Məhkəmə qərarları › İş №2(012)-3387/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3387/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3387/2020 01.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7000 ABŞ dolları məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumu olaraq pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdeh makler vasitəsilə ev almaq üçün tanış olmuşdur. Sonra quşçuluqda ev tapmışdır. Cavabdeh evi satan zaman o evi görmüş və onu bəyənmişdir. Evin alğı-satqısı baş tutmadığına görə kredit müqaviləsi bağlamışlar. O, yaşaığı evi satıb pulu tam vermək istəmişdir. Borc müqaviləsinə əsasən cavabdeh ondan 2500 ABŞ dolları məbləğində pul almışdır. Hazırki müqavilədən əvvəl də cavabdeh 22000 ABŞ dolları məbləğində pul almış, sonradan həmin pulu qaytarmışdır. Ondan aldığı pulları cavabdeh ev satmaq adı ilə almış,evin alğı-satqısı ləngidiyindən və cavabdehə də təcili pul lazım olduğundan həmin pulu bir borc müqaviləsi kimi rəsmiləşdirdik. Ümumiyyətlə aralarında 2014 və 2019-cu il tarixlərində 2 müqavilə bağlanmışdır. Cavabdeh həmin almış olduğu borcun bir hissəsini qaytarsa da, bir hissəsini verməmişdir. Onun tərəfindən hətta cavabdehin hərəkətləri barədə polis idarəsinə də şikayət ərizəsi ünvanlanmışdır. Hazırda cavabdehin mənə olan ödənilməmiş borcu 7000 ABŞ dolları təşkil edir. O, bunu biləndən sonra cavabdeh xaricə getmişdir. Ona görə də o, Rəşadı tapa bilməmişdir. Cavabdeh hal-hazırda Azərbaycanda deyil və Almaniyadadır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2073/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsinə etiraz etmir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdeh İddiaçı hal-hazırda Azərbaycanda deyil. Cavabdehin qardaşının verdiyi məlumata əsasən iddiaçı onlarına evinə 1 dəfə gəlmişdir, cavabdehin iddiaçıya borcu yoxdur. O, həmçinin məhkəməyə vəsatətlə müraciət edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh pul tələb etmişdir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Abşeron rayonu, Xırdalan şəhərində bağlanılan xx xxxxx 2014-cü il tarixli və xx xxx 2019-cu il tarixli borc və kredit müqavilələrinə istinad edir. İiddiaçının iddia tələbi ümumiyyətlə əsassızdır. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur. İddia tələbi əsassız olmaqla yanaşı, həm də hazırkı tələblə bağlı iddia müddəti də bitmişdir. Belə ki, iddiaçı xx xxxxx 2014- cü il tarixli və xx xxx 2014-cü il tarixli müqavilələrinə istinad etmişdir. Məhkəməyə bu barədə iddia isə 2019-cu ildə təqdim edilmişdir. Məhkəməyə hazırkı iddia verildikdə artıq bu növ tələb üzrə iddia müddəti bitmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3(üç) ildir. Həmin Məcəllənin 377.1- ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bununla bağlı olaraq bildiririk ki, iddiaçının istinad etdiyi müqavilələrdə icra müddəti də elə 2014-cü ildə bitmişdir. Lakin iddia tələbi əsassız olduğu üçün iddiaçı məhkəməyə müraciət etməmiş, yalnız 5-6 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəf 2014-cü ildən sonrakı 3 il ərzində iddia irəli sürməmişdir. Odur ki, bütün bunları da məhkəmə nəzərə almalı və iddia müddəti bitdiyi üçün iddianı rədd etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin həmin maddəsinin tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin L.İ.Binnətovanm şikayəti üzrə qəbul etdiyi xx xxx 2008ci il tarixli Qərarı ilə də möhkəmləndirilmişdir. Həmin Qərarda da qeyd olunmuşdur ki, iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə tərəfindən qərar çıxarılana qədər təqdim edilməlidir. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının tətbiqi mühüm əhəmiyyətə malikdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx xxx 2014-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı 25000 ABŞ dollarının 19625 manat məbləğində pulu xx xxx 2014-cü il tarixdən xx xxxx 2014-cü il müddətinə qaytarmaq şərti ilə Cavabdeh borc vermişdir. Cavabdeh 25000 ABŞ dollarının 19625 manat məbləğində pulu xx xxx 2014-cü il tarixdən xx xxxx 2014-cü il müddətinə qaytarmaq şərti ilə İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 2073/2019 saylı qiyabi qətnaməsinə əsasən, Cavabdeh 7000 ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmşdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3387/2020 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2073/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən qeyd olunan borc məbləği üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, sözügedən müqavilə xx xxx 2014-cü ildə bağlanmış və öhdəliyin icrası müddəti xx xxxx 2014-cü ilədək müəyyənləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vəkili-nümayəndəsi X1 iddia müddətin tətbiqi barədə vəsatətinin qanuni əsasları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-cu maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cu maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar