Məhkəmə qərarları › İş №2(012)-3389/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3389/2020

25.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3389/2020 25.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdeh qarşı qeydiyyatdan və müvəqqəti istifadəsinə verilmiş otaqdan çıxarılma barədə iddia ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı qeydiyyatdan və müvəqqəti istifadəsinə verilmiş otaqdan çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən qeydiyyatdan və və müvəqqəti istifadəsinə verilmiş otaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 153.2.1 maddəsinə əsasən işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, şəxsin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması səlahiyyəti məhkəmə yox, müvafiq icra orqanının Daxili İşlər Nazirliyinin səlahiyyətinə aiddir.İddiaçı bu barədə ilkin olaraq həmin Nazirliyin yerli idarəsinə müraciət etməli, narazı qaldığı hallarda həmin orqanın qərar və hərəkətlərindən inzibati məhkəməyə şikayət vermək hüququ vardır. İddia tələbinin müvəqqəti istifadəsinə verilmiş otaqdan çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ayrıca iddia ərizəsi ilə bu barədə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı qeydiyyatdan və müvəqqəti istifadəsinə verilmiş otaqdan çıxarılma barədə iddia ərizəsinin qəbulundan imtina olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar