Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-340/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6916,15 ABŞ Dolları məbləğində kredit borcu, 6014,36 ABŞ Dolları məbləğində faiz borcu və 4737,33 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17667,84 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 28.07.2008-ci il tarixli 01L000001194 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 09.03.2018-ci il tarixli 01L000001194S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 236 ay müddətinə 100000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.03.2015-ci il tarixli 001R**********S saylı, 27.04.2016-cı il tarixli 001R**********SA saylı, 26.08.2016-cı il tarixli 001R**********SB saylı, 13.10.2016-cı il tarixli 001R**********SC saylı, 19.01.2017-ci il tarixli 001R**********SD saylı, 19.07.2017-ci il tarixli 001R**********SE saylı, 09.03.2018-ci il tarixli 001R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19.12.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 8083,85 ABŞ Dolları ödəmiş, onun 6916,15 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01.05.2020-ci il tarixə 499 gün üçün hesablanmış faiz borcu 6014,36 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-cı bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 01.05.2020-ci il tarixə 499 gün üçün hesablanmış cərimə 4737,33 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X5, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında ki, İddiaçı QSC ona 28.07.2008-ci il tarixli 01L000001194 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit vermişdir. 09.03.2018-ci il tarixli 01L000001194S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 236 ay müddətinə 100000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Lakin o, vaxtı-vaxtında kreditini qaytarmış, Prezidentin Fərmanına düşdüyünə görə iddiaçı bank tərəfindən ona ödəniş etməməyi bildirilmişdir. Bu səbəbdən o, ödəniş etməmişdir. O, yeni cədvəl açılmasını xahiş edir. Əslində bu qədər məbləğ Azərbaycan manatına çevrilməli idi. Faizlər hədsiz dərəcədə şişirdilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 28.07.2008-ci il tarixli 01L000001194 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh2 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açmışdır. 09.03.2018-ci il tarixli 01L000001194S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 236 ay müddətinə 100000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 18.03.2015-ci il tarixli 001R**********S saylı, 27.04.2016-cı il tarixli 001R**********SA saylı, 26.08.2016-cı il tarixli 001R**********SB saylı, 13.10.2016-cı il tarixli 001R**********SC saylı, 19.01.2017-ci il tarixli 001R**********SD saylı, 19.07.2017-ci il tarixli 001R**********SE saylı, 09.03.2018-ci il tarixli 001R**********SF saylı sazişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 9/3426 №-li ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 18.03.2015-ci il tarixli 001R**********S saylı, 27.04.2016-cı il tarixli 001R**********SA saylı, 26.08.2016-cı il tarixli 001R**********SB saylı, 13.10.2016-cı il tarixli 001R**********SC saylı, 19.01.2017-ci il tarixli 001R**********SD saylı, 19.07.2017-ci il tarixli 001R**********SE saylı, 09.03.2018-ci il tarixli 001R**********SF saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədidiyi məbləğlər nəzərə alınmaqla Cavabdeh2 banka olan əsas borcu 6916,85 ABŞ dolları, faiz borcu 2777,78 ABŞ dolları təşkil edir. 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşması üzrə cərimə borcunun hesablanma qaydası və cərimə hesabı olmadığından həmin müqavilə üzrə Cavabdeh2 cərimə borcu hesablanmamışdır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması və kredit razılaşmasına və ödəniş planına dəyişiklik barədə sazişlər imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-340/2021 saylı, 06.04.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 9/3426 №-li ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 18.03.2015ci il tarixli 001R**********S saylı, 27.04.2016-cı il tarixli 001R**********SA saylı, 26.08.2016-cı il tarixli 001R**********SB saylı, 13.10.2016-cı il tarixli 001R**********SC saylı, 19.01.2017-ci il tarixli 001R**********SD saylı, 19.07.2017-ci il tarixli 001R**********SE saylı, 09.03.2018-ci il tarixli 001R**********SF saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədidiyi məbləğlər nəzərə alınmaqla Cavabdeh2 banka olan əsas borcu 6916,85 ABŞ dolları, faiz borcu 2777,78 ABŞ dolları təşkil edir. 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşması üzrə cərimə borcunun hesablanma qaydası və cərimə hesabı olmadığından həmin müqavilə üzrə Cavabdeh2 cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh2 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşması,19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 18.03.2015-ci il tarixli 001R**********S saylı, 27.04.2016-cı il tarixli 001R**********SA saylı, 26.08.2016-cı il tarixli 001R**********SB saylı, 13.10.2016-cı il tarixli 001R**********SC saylı, 19.01.2017-ci il tarixli 001R**********SD saylı, 19.07.2017-ci il tarixli 001R**********SE saylı, 09.03.2018-ci il tarixli 001R**********SF saylı sazişlər üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini, ona hesablanmış faizləri və cərimə borcunu kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 9/3426 №-li ekspert rəyini də nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşması üzrə 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6916,15 ABŞ Dolları məbləğində kredit borcu, 2777,78 ABŞ Dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən, hesablanmış 4737,33 ABŞ dolları məbləğində cərimə borcunun azaldılması cavabdehin maddi durumunu daha da yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 200 ABŞ dolları məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 9/3426 №-li mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 82 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh1, 66 manat isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X3 və Cavabdeh1 müştərək qaydada 19.11.2014-cü il tarixli 001R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6916,15 ABŞ Dolları məbləğində kredit borcu, 2777,78 ABŞ Dolları məbləğində faiz borcu və 200 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9893,93 ABŞ Dolları məbləğində borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 9/3426 №-li mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 82 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X5 və Cavabdeh1, 66 manat isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-340/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-340/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver