Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3405/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pulun və 90 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 7090 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın dostu X1 vasitəsilə tanış olduğu Cavabdeh ilə sonralar aralarında səmimi münasibət və dostluq əlaqələri yaranmışdır. Cavabdeh borc adı ilə ondan 2 dəfəyə aldığı 9000 manat pulu ələ keçirərək mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Cavabdeh ümumi borcdan hissə-hissə olaraq 2000 manat qaytarmış, qalan 7000 manat pulu isə qaytarmamışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. O bildirdi ki, cavabdehə iki dəfəyə 9000 manat borc verib, o isə bundan cəmi 3000 manat qaytarmışdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, iddiaçı ona pul verməmiş, borcla yükləmişdir. İltizamdakı imzalar onundur, buna məcbur olaraq imza atmışdır. İndiyədək iddiaçıya cəmi 3000 manat qaytarmışdır. Sonda o, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Yasamal filialından 7000 manat vəsait qəbul etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı 7000 manat borc almış və bu borcu 18 ay müddətinə qaytaracaqdır. İşdə olan xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı 2000 manat borc almış və bu borcu xx.xx.2026-cı ilədək qaytaracaqdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı aldığı 7000 manat borcdan 3000 manatını qaytarmışdır. Bu tarixdə yenidən aldığı 2000 manat borcla birlikdə ümumi borcu 6000 manat edir və bu borcu 2026-cı ilin sonunadək qaytaracaqdır. İşdə olan Abşeron rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində etdiyi şikayət ərizəsində göstərilən xüsusatla bağlı İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 7000 manat borc almış, bunun 3000 manatını qaytarmış, xx.xx.2023-cü il taixdə isə yenidən 2000 manat borc almış və beləliklə, onun ümumi borcu 6000 manat təşkil etmişdir. Cavabdeh sonradan iddiaçı ilə əlaqəni kəsmiş, bununla da, tərəflər arasında mübahisə yaranmışdır. Məsələ ilə bağlı İddiaçı Abşeron rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, ərizə əsasında ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda Məmmədov X2 Anar Aydın oğluna qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pulun və 90 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 7090 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, pul verilməsi barədə iddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İşdən görünür ki, şifahi bağlanmış borc müqavilələrinə görə Cavabdeh iddiaçıya hazırda 6000 manat borcu qalmışdır. Bu fakt onun özü tərəfindən məhkəmə iclasında etiraf edildiyindən, habelə iş materiaları ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, 6000 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia qismən təmin olunmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 90 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 manat və ödənilmiş dövlət rüsumu üçün 90 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3405/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3405/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver