Məhkəmə qərarları › İş №2(012)-343/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-343/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-343/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 6000 (2200+3800) manat borc pulun və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin sentyabr ayında İddiaçı X1 ilə söhbət edərkən ona Səbuhinin maşınını satmaq istədiyi məlum olmuşdur. Həmin maşını ona borc əvəzi olaraq Cavabdeh vermişdir. İddiaçı tanışı Razim ilə “Passat Golf” markalı həmin minik avtomaşınına baxış keçirmiş, avtomaşının yararsız vəziyyətdə olması və işlək hala gətirmək üçün xeyli vəsaitə ehtiyacı olmasını müəyyən etmişdir. İddiaçı Səbuhi ilə avtomaşını almaq üçün 2200 manata razılaşmışlar. Cavabdeh maşının bütün sənədlərini götürüb Səbuhi adlı şəxslə birlikdə iddiaçı ilə görüşmüş, qeyd edilən məbləği aldıqdan sonra maşını iddiaçıya təhvil vermişdir. İddiaçı avtomaşını təmiri üçün 3800 manat pul xərcləyərək, işlək vəziyyətə gətirmişdir. İddiaçı maşını idarə edərkən YPX əməkdaşları onu saxlamış, “Passat Golf” markalı avtomaşının barəsində həbs qərarının olduğunu bildirərək onu cərimə meydançasına yerləşdirmişlər. Bundan sonra iddiaçı cavabdeh ilə əlaqə saxlayıb verdiyi 2200 manat və təmir üçün xərclədiyi 3800 manatı cavabdehdən tələb etmişdir. Cavabdeh isə öz növbəsində əlində həbsin götürülməsi barədə qətnamə olduğu bildirmiş və maşını cərimə meydançasından çıxararaq ona təhvil verəcəyini, əks halda verdiyi pulu və təmir xərclərini geri qaytaracağını bildirmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh nə maşını, nə də ki pulunu ona geri qaytara bilmişdir. Bu səbəbdən də Cavabdeh ümumilikdə 6000 (2200+3800) manat borc pulun və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pulun alınması tələbi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, cavabdeh hərbi hospitalda həkim olarkən onunla tanış olub. Bəzi sənədlərin düzəldilməsi üçün ona 6000 manat pul verib. 2 il pulu vermədi və sonra məhkəmə iclası oldu. Bu zaman cavabdeh sözügedən maşını ona verib və maşın həyətdə qalıb. Daha sonra 4800 manat pul qaytarıb və 2200 manat borcu qalıb. Maşını satmaq qərarına gəliblər. Maşın 2200 manata iddiaçıya onun yanında satılıb. Həmin pulu cavabdeh də ona verib. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı Səbuhi adlı şəxs vasitəsilə cavabdehdən avtomaşın almış, qarşılığında 2200 manat pul vermiş, əlavə olaraq 3800 manat təmirinə xərcləyərək işlək vəziyyətə gətirmişdir. Sonradan həmin avtomobilin üzərinə həbs qoyulduğu məlum olmuş və avtomaşın cərimə meydançasına yerləşdirilmişdir. İddiaçı cavabdehə bu barədə məlumat vermiş, cavabdeh isə həbsi götürəcəyini, əks halda pulunu bütövlükdə qaytaracağını vəd etmişdir. İddiaçı hazırda pulunu geri tələb edir. Şahid ifadəsi ilə də iddia təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2200 manat ödənilən pul və 3800 təmir xərci olmaqla, ümumilikdə 6000 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumu üçün 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2200 manat ödənilən pul və 3800 manat təmir xərcləri olmaqla, ümumilikdə 6000 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar