Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3438/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X4 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.01.2021-ci il tarixli, ******* №-li akta əsasən abonent saldosunda göstərilən 885,60 manat cərimənin silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən fərdi evi onun mülkiyyətimdədir. Bunu 31.08.2016-cı il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təsdiq edir. Cavabdeh Sumqayıt X6 əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydaların pozulması haqqında 29.01.2021-ci il tarixli, ******* №-li akt tərtib edilmişdir. Sözügedən akta əsasən ona 885,60 manat itirilmiş qazın bərpası üçün cərimə hesablanmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. Cavabdeh tərəfindən tərtib olunmuş aktda tərəfindən guya təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edildiyi yazılmışdır. Sayğacdan kənar qaz xəttindən istifadə etməmiş, istehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və bu səbəbdən də tələb olunan 885,60 manat məbləği əsassız hesab edir. Həmçinin aktın tərtibində iştirak etməmiş və aktı imzalamamışdır. Eyni zamanda qeyd edir ki, qaz sayğacı fərdi evdən kənarda, hasarın çölündə yerləşir. Sayğaca edilən hər hansı bir müdaxiləyə görə o, günahkar deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən 29.01.2021-ci il tarixdə İddiaçı məxsus ünvanda baxış keçirilərkən məlum olmuşdur ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. Bununla əlaqədar 29.01.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir və akta əsasən iddiaçıya 885,60 manat məbləğində əlavə ödəniş hesablanmışdır. Abonentə hesablanmış məbləğ itirilmiş təbii qazın miqdarıdır və iddiaçı tərəfindən ödənilməlidir. Akt təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun tərtib edilmişdir. Ona görə də iddianı əsassız hesab edir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3 maddəsinin tələblərinə cavab vermədiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmışdır, lakin iddia ərizəsinin əlavə edilmiş 29.01.2021-ci il tarixli, ******* nömrəli aktın və abonent saldosunun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********16950 abonent kodu X3 adınadır və 29.01.2021-ci il tarixli, ******* nömrəli akt Q.Vəliyevin adına tərtib edilmişdir. Göründüyü kimi iddia ərizəsi onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-ci maddəsinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 259.0.3 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3438/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3438/2021
12.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver