Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3439/2025 03.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11000 manat məbləğində borcun və məhkəmə üçün ödənilmiş 150 manat dövlət rüsumunun alınıb İddiaçı Aftandil qızına verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə bir yerdə işləyiblər. Belə ki, onlar birlikdə Amazon səhifəsi işlətmişlər. O, Cavabdeh pul göndərmiş, əvəzində cavabdeh onlayn qaydada mallar alaraq Amazon səhifəsində satışlar həyata keçirimişdir. Cavbdehlə bir müddət belə işləmiş aralarında etimad yaranmışdır. Müxtəlif vaxtlarda cavabdehə cəmi 11000 manat pul vermişdir. Bunun 6000 manatını sonuncu dəfə Cavabdeh Çindən komputer gətirib satması üçün verib, qalan pulları dollar və ya manat şəklində göndərib. Göndərdiyi pullardan 2000 min dollar bir, 1700 manat da ayrı cavabdehin kartına ödəyib. Cavabdehlə onun arasında 11000 manat məbləğində pul olub. Bunu cavabdeh də bilir və etiraf edibdir. Cavabdeh guya ki, onun bank hesabına 5000 dollar köçürdüyünü söyləyirmiş, amma o bankdan məlumat aldıqda hesaba heç bir köçürmənin olmadığını bildirmişdir. Sonuncu 6000 manatı əmisiqızı ilə birlikdə Cavabdeh veribdir. Cavabdehin ona 11000 manat məbləğində borcu olduğunu şahidlərinin ifadələrində və məhkəməyə təqdim etdiyi telefon yazışmalarında da öz təsdiqini tapır. Cavabdeh hazırkı vaxta qədər onun borcunu verməkdən yayınır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində bildirmişdir ki, o, iddiaçının doğma qızıdır. Anası cavabdehlə internet vasitəsilə onlayn satışla məşğul olmuşdur. Lakin sonradan cavabdeh ona işlə əlaqədar olaraq pula ehtiyacı olduğunu bildirmiş, iddiaçı isə onun iştirakı ilə maşında 6000 manat olmaqla, sonradan isə 5000 manat olmaqla, ümumilikdə 11000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Lakin cavabdeh hər dəfə pulu qaytaracağını bildirsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmədə şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində bildirmişdir ki, o, iddiaçının əmisi qızıdır. Qeyd edir ki, iddiaçının onun evində qaldığı müddətdə o, iddiaçı ilə cavabdeh arasında olan mübahisələrin şahidi olmuşdur. Belə ki, iddiaçı özünün idarə etdiyi maşında onun iştirakı ilə cavabdehə 6000 manat borc pul vermiş, sonradan isə onun yanında aparılan telefon və səs yazışmalarından ona məlum olmuşdur ki, sonradan iddiaçı cavabdehə 5000 manat da olmaqla, ümumilikdə 11000 manat məbləğində borc vermişdir. Cavabdeh dəfələrlə iddiaçını aldadaraq pulu verəcəyini bildirmiş, lakin iddiaçıya heç bir məbləğ qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı ilə Cavabdeh arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalardan və xx.xx.2025-ci il tarixli səs yazılarından görünür ki, sonuncunun İddiaçı 11000 manat borcu vardır və hələ də borcunu qaytarmamışdır. Beləliklə sübutların tədqiqi zamanı məlum olmuşdur ki, İddiaçı tanışı-Cavabdeh xx.xx.2024-cü il tarixində şifahi borc müqaviləsi əsasında 11000 manat pul vəsaiti borc vermiş, lakin cavabdeh hələ də borcunu iddiaçıya qaytarmamış və borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 11000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə işin araşdırılan hallarını və sübutları tədqiq edərək qeyd edir ki, İddiaçı Cavabdeh aralarında olan işgüzar münasibətlərə əsasən, 11000 manat məbləğində borc yaranmış, lakin cavabdeh borcu iddiaçıya qaytarmamışdır. Bu hal iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalar və xx.xx.2025-ci il tarixli səs yazıları ilə və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan əlavə cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddianın əsassız olmasına dair etirazını məhkəməyə ünvanlamamış, iddianı təkzib edən hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 11000 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin;
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 49 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 249, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat pul və 150 (yüz əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Hakim: Habil Əhmədov