Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3447/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum və nikah faktının müəyyən edilməsi» tələbi barəsində ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum və nikah faktının müəyyən edilməsi» tələbi barəsində ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1948-ci ildə Ermənistan SSR, Sisiyan rayonunda doğulması, atasının X1, anasının X3 olması faktının və onların yəni, X2 ilə Bayramova (Orxduxanova) Firəngiz Xanvəli qızı arasındakı nikahın qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizəni və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, Ərizəçi tələbində özünün 1948-ci ildə Ermənistan SSR, Sisiyan rayonunda anadan olmasını, atasının X1, anasının X3 olmasını, X2 ilə 1968-ci il tarixdə rəsmi nikaha daxil olduğunu və ona məxsus doğum və nikah haqqında şəhadətnamələrin naməlum şəraitdə itdiyini göstərmişdir. Lakin iddia iddia əizəsində göstərilənlərlə xahiş edilən tələb arasında uyğunsuzluq vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, ərizəçi özünün 1948-ci ildə Ermənistan SSR, Sisiyan rayonunda doğulması, atasının X1, anasının X3 olması faktının və onların yəni, X2 ilə Bayramova (Orxduxanova) Firəngiz Xanvəli qızı arasındakı nikahın qeydə alınması faktının müəyyən edilməsi tələbi ilə deyil, doğum və nikah haqqında qeydin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları ərizəçi tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149.2.3cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum və nikah faktının müəyyən edilməsi» tələbi barəsində ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum və nikah faktının müəyyən edilməsi» tələbi barəsində ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3447/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3447/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver