Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3454/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Maraqlı şəxs Mirzəmməd oğluna qarşı qaimə faktura üzrə alınmış malların dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs Maraqlı şəxs Mirzəmməd oğluna qarşı qaimə faktura üzrə alınmış malların dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ******* №-li, xx.xx.2018-cü il tarixli qaimə faktura üzrə götürmüş olduğu inşaat materiallarının toplam dəyəri olan 7000 (yeddi min) manatın və “lesa” nın icarə haqqı olan 1800 (min səkkiz yüz) manatın cəmini təşkil edən 8800 (səkkiz min səkkiz yüz) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı məhkəmə iclasında tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ******* №-li, xx.xx.2018-cü il tarixli qaimə faktura üzrə ondan ümumi dəyəri 7000 (yeddi min) manat olan inşaat materialları götürmüş və bu barədə sözügedən qaimə fakturanı imzalamışdır. Bundan başqa inşaat işlərini binanın fasadında və çöl divarında aparmaq üçün icarə haqqı 1800 (min səkkiz yüz) manat təşkil edən “lesa” adlandırılan dəmir konstruksiyadan istifadə etmişdir. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh ona malın və “lesa”nın icarə pulunu 2019-cu ilin may ayında ödəməli idi. Arada olan şifahi razılaşmaya baxmayaraq Cavabdeh materialların və “lesa”nın pulunu bu günə qədər ödəməkdən yayınır. Cavabdeh həmin inşaat materiallarını və “lesa”nı Maraqlı şəxs Mirzəmməd oğluna məxsus Novxanı kəndində yerləşən villaya işlətdiyini, işlədilmiş inşaat materiallarının və “lesa”nın icarə pulunu isə bu günə qədər Mirzəcandan ala bilmədiyini və bu səbəbdən də onun pulunu ödəməkdə çətinlik çəkdiyini bildirir. Cavabdeh materialı və “lesa”nı ona vermiş, pulu Maraqlı şəxs aldığı zaman onunla hesablaşacağını bildirmişdir. O, artıq bu cavablardan yorulmuş və bu mübahisəni kökündən həll etmək məqsədi ilə AR MPM-nin 4.1-ci maddəsinə uyğun olaraq Məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbini təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, izahatında göstərdi ki, onun iddiaçıya həqiqətən də 8800 (səkkiz min səkkiz yüz) manat borcu vardır və bu barədə etiraf ərizəsini məhkəməyə təqdim etdi. 3-cü şəxs Maraqlı şəxs Mirzəmməd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli qaimə fakturadan görünür ki, Cavabdeh taxta-2300 manat, kley-1740 manat, setka-2400 manat, B/mkt-220 manat, məftil-90 manat, dam-125 manat, şkuria-105 manat, nasadka-20 manat, cəmi 7000 (yeddi min) manat material təhvil verilmişdir. -Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh məcburi köçkün kimi Abşeron rayonunda müvəqqəti məskunlaşmışdır. - Cavabdeh xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı qaimə faktura üzrə alınmış malların dəyərinin ödənilməsi tələbinə dair iddia tələbini tam qəbul edir. Həqiqətən də iddiaçıya 8800 (səkkiz min səkkiz yüz) manat borcu vardır. . Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh X3 İddiaçı ******* №-li, xx.xx.2018-cü il tarixli qaimə faktura üzrə ümumi dəyəri 7000 (yeddi min) manat olan inşaat materialları götürmüş və bu barədə sözügedən qaimə fakturanı imzalamışdır. Bundan başqa inşaat işlərini binanın fasadında və çöl divarında aparmaq üçün icarə haqqı 1800 (min səkkiz yüz) manat təşkil edən “lesa” adlandırılan dəmir konstruksiyadan istifadə etmişdir. Cavabdeh həmin inşaat materiallarını və “lesa”nı Maraqlı şəxs Mirzəmməd oğluna məxsus Novxanı kəndində yerləşən villaya işlətmiş, işlədilmiş inşaat materiallarının və “lesa”nın icarə pulunu isə bu günə qədər Mirzəcandan ala bilmədiyindən iddiaçıya ödəyə bilməmişdir. Cavabdeh materialı və “lesa”nı iddiaçıya vermiş, pulu Maraqlı şəxs aldığı zaman qaytaracağını bildirmişdir İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. İddiaçı borcu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmiş, cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etdiyini bildirərək iddianın etirafı haqqında ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarını, habelə cavabdehin etirafını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslıdır, 8800 manat məbləğində pul Cavabdeh tutulub, iddiaçı X1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 8800 (səkkiz min səkkiz yüz) manat borc pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3454/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3454/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver