Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3456/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə İddiaçı Unibank KB ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı Unibank KB ASC-nin xeyrinə 24.08.2019-cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3181,86 manat, faiz borcuna görə 32,56 manat olmaqla cəmi 3214,42 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Unibank KB ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 24.08.2019-cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərtilə 3183.34 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin 24.08.2019-cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə Unibank KB ASC-yə 07.04.2021-ci il tarixə əsas borca görə 3181,86 manat, faiz borcuna görə 32,56 manat olmaqla cəmi 3214,42 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı Unibank KB ASC ilə bağladığı 24.08.2019-cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən istehlak məqsədləri üçün 3183.34 manat kredit götürmüşdür. Əvvəllər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirsə də sonradan maddi çətinliyi ucbatından ödənişlərini edə bilməmişdir. Ona görə də göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 24.08.2019cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24.08.2024-ci il tarixədək 12 ay güzəşt müddəti, illik 1% ödəmək şərti ilə 3183.34 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 24.08.2019cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, borcalan 24.09.2019-cu il tarixdən 24.08.2024-cü il tarixədək olan müddət ərzində kredit borcunu hissə-hissə olmaqla hər ay 68 manat (sonuncu ay 53.50 manat) ödəməlidir. -Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 24.08.2019cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair sazişdən görünür ki, tərəflər arasında bağlanmış 30.10.2014-cü il tarixli 9477nkADJ/14 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq 01.03.2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 0 ABŞ dolları faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. -Unibank KB ASC-nin Cavabdeh ünvanladığı 05.10.2020-ci il tarixli, 13.10.2020-ci il tarixli bildirişindən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. -Unibank KB ASC-nin 07.04.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 24.08.2019-cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3181,86 manat, faiz borcuna görə 32,56 manat olmaqla cəmi 3214,42 manat borcu vardır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Unibank KB ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının müqdarına dair, qanuni təmsilçi X5 olmasına dair 26.05.2017-ci il tarixli, **********253900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X3 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -07.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Pirəkəşkül Ərazi Dairəsi Pirəkəşkül kəndi Hərbi Şəhərcik 138 saylı evin 29 saylı mənzilində qeydiyyatdadır. -AA 077616 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Tərəflərin izahatından, tədqiq edilmiş sübutlardan və işin araşdırılan digər hallarından müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini pozmuş və nəticədə onun iddiaçıya cəmi, 3214,42 AZN borcu yaranmışdır. Müqavilə öhdəliklərinin pozulması və nəticədə borcun yaranması tədqiq edilmiş sübutlardan, cavabdehin etiraf izahatından da öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh 24.08.2019-cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 24.08.2019-cu il tarixli 1349rstDNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3181,86 (üç min yüz səksən bir manat səksən altı qəpik) manat, faiz borcuna görə 32,56 (otuz iki manat əlli altı qəpik) manat olmaqla cəmi 3214,42 (üç min iki yüz on dörd manat qırx iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz manat) manat Unibank KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3456/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3456/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver