Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3457/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3533.59 manat, faiz borcuna görə 37.51 manat olmaqla cəmi 3571.10 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Unibank KB ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərtilə 3540.35 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə Unibank KB ASC-yə 16.03.2021-ci il tarixə əsas borca görə 3533.59 manat, faiz borcuna görə 37.51 manat olmaqla cəmi 3571.10 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə bağladığı 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərtilə 3540.35 manat kredit verilmişdir. O, banka olan borcunu ödəməkdən yayınmır. Ayda 100 manat olmaqla hissə-hissə ödəniş edə bilər. Ona görə də iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank borcalana 06.08.2024-ci il tarixədək 12 ay güzəşt müddəti, illik 1% ödəmək şərti ilə 3540.35 manat kredit verməyi öhdəsinə götürmüşdür. - Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, borcalan 06.09.2019-cu il tarixdən 06.08.2024-cü il tarixədək olan müddət ərzində 3540.35 manat kredit borcunu hissə-hissə olmaqla hər ay 76 manat (sonuncu ay 40.41 manat) ödəməlidir. - Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair sazişdən görünür ki, tərəflər arasında bağlanmış 27.07.2015-ci il tarixli 3225nkNAR/15 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq 01.03.2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 0 ABŞ dolları faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. - Unibank KB ASC-nin Cavabdeh ünvanladığı 06.02.2020-ci il tarixli, 13.10.2020-ci il tarixli bildirişindən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - Unibank KB ASC-nin 16.03.2021-ci il tarixli UB-BANK/PİKMD/943430 saylı arayışından müəyyən olunur ki, Cavabdeh 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3533.59 manat, faiz borcuna görə 37.51 manat olmaqla cəmi 3571.10 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 06.08.2019-cu il tarixli 1445rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3533,59 (üç min beş yüz otuz üç manat 59 qəpik) manat, faiz borcuna görə 37,51 (otuz yeddi manat 51 qəpik) manat olmaqla cəmi 3571,10 (üç min beş yüz yetmiş bir manat 10 qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3457/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3457/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver