Məhkəmə qərarları › İş №2(012)-3465/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3465/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3465/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 iyun 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.12.2019-cu kredit müqaviləsi ilə müəyyən edilən 12000 manat məbləğində pulun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh Vəlibala oğlu arasında 24.12.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, 12000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində 24.12.2020-ci il tarixədək ona qaytarmağı öz öhtəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bugünkü günədək 12000 manat məbləğində olan borcunu ona qaytarmamışdır. O, pulun qaytarılması ilə bağlı cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlasa da cavabdeh ona olan borcunu qaytarmasında heç bir addım atmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, borcunun olduğunu qəbul edir. O, müharibəylə əlaqədar cəbhədə olduğundan iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Odur ki, o, borcunu qaytaracaqdır. İş materiallarında olan 24.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı borcalan Cavabdeh 12000 manat məbləğində pulu borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği 24.12.2020-ci il tarixədək faizsiz olaraq kreditor İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı borcalan Cavabdeh 12000 manat məbləğində pulu borc verməyi, borcalan Cavabdeh isə həmin məbləği 24.12.2020-ci il tarixədək faizsiz olaraq kreditor İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh məhkəmə iclasında izahatında etiraf etdiyi kimi kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və 12000 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 12000 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 24.12.2019-cu il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 12000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar