Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3485/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 20 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində borcun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 13 sentyabr 2021-ci il tarixində iddiaçıdan 8000 (səkkiz min) manat pul vəsaiti almış və əl yazısı ilə həmin pulu borc olaraq aldığını və ayda 200 (iki yüz) manat olmaqla qaytaracağını bildirmişdir.Cavabdehlə bağlanan kredit müqaviləsinə əsasən cavabdeh ona verilmiş pulu 24 may 2019-cu ilə qədər geri qaytarmağı öhdəsinə götürsə də,həmin ödəliyi yerinə yetirməmiş və bu günə qədər həmin borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yazılmış qəbzin surətindən görünür ki, o, İddiaçı 8000 (səkkiz min) manat pul borcu alıb və ayda 200 (iki yüz) manat olmaqla qaytaracağını bildirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək müəyyən edir ki, Cavabdeh 13 sentyabr 2021-ci il tarixində iddiaçıdan 8000 (səkkiz min) manat pulu borc olaraq alıb və ayda 200 (iki yüz) manat olmaqla bu pulu qaytarmağı öhdəsinə götürməyinə baxmayaraq,bu günə qədər cavabdeh pulu iddiaçıya geri qaytarmamışdır.Odur ki,iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə öz növbəsində iddianı etirafla qəbul edərək, İddiaçı 8000 (səkkiz min) manat borcunun olduğunu etiraf etmişdir, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı hazırda tələbində haqlı olduğundan və cavabdeh də bu tələbi qəbul etdiyindən iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Qafarov Elşən iddiaçıdan 8000 manat borc aldığını və hər ay 200 manat qaytaracağına söz vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı borca dair hissədə etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 111 (yüz on bir) manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilərək ondan iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc pul və 111 (yüz on bir) manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3485/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3485/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver