Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3496/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-4852/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğini artıraraq xx xxxx 2010-cu il təvəllüdlü X2, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay 170 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü övladları X2, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Uzun müddət Cavabdeh ilə ailə kimi yaşasalar da, bir müddət sonra bu münasibətlər tamam əks istiqamətə dəyişmişdir. Məhz bu səbəbdən də boşanmaq qərarına gələrək, boşanmaq üçün Abşeron rayon Məhkəməsinə ərizə ilə müraciət etmişlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)- 4852/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə xx.xx.2009-cu il tarixli nikah pozulmuş və birgə nikahdan anadan olan xx xxxx 2010-cu il təvəllüdlü X2, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay 136 manat məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə çıxdıqdan sonra məhsul və xidmətlərdə kəskin qiymət artımı olmuşdur. Bu isə təbii olaraq uşağın xərcinin də artmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, 2020-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İddianı müdafiə edir. Buna baxmayaraq onlarda məlumat var ki, cavabdeh hazırda cəbhə zonasındadır. Döyüş bölgəsində erməni terrorçularına qarşı döyüşür. Odur ki, alimentin artırılıb-arıtırılmaması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki cavabdeh hərbçidir. Hazırda cəbhə zonasındadır, ermənilərə qarşı döyüşür. Aliment oğlu tərəfindən hər ay vaxtı-vaxtında ödənilir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-482/2017 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu ildə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 248 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Cavabdeh ilə xx xxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü övladları X2, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. İddia ərizəsində yazılanlara əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-4852/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə xx.xx.2009-cu il tarixli nikah pozulmuş və birgə nikahdan anadan olan xx xxxx 2010-cu il təvəllüdlü X2, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay 136 manat məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-4852/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğini artıraraq xx xxxx 2010-cu il təvəllüdlü X2, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay 170 manat məbləğində alimentin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı alimentin artırılmasını Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-4852/2017 saylı qətnaməsində göstərilmiş aliment məbləğinin artırılması ilə əsaslandırsa da həmin məhkəmənin qətnaməsi iddia ərizəsinə əlavə etməmiş məhkəmə iclaslarında da məhkəməyə təqdim etməmişdir. Eyni zamanda 170 manat məbləğində alimentin ödənilməsi ilə bağlı cavabdehin maliyyə imkanının olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək, qanununvericiliyin qeyd edilən tələbini rəhbər tutub hesab edir ki, iddiaçı aliment tələb edərkən sübut etmək vəzifəsi onun üzərinə düşsə də, o buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3496/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3496/2020
28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver