Məhkəmə qərarları › İş №2(012)-3499/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3499/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3499/2020 05.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-2059/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh xx xxxx 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2014-cü ildə anadan olmuş X5 adlı bir övladları var. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2059/2018, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və azyaşlı övladları X3 təminatı üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində alimentin alınaraq ona verilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən Apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(103)-5781/2018 saylı qətnaməsinə əsasən, şikayət təmin edilmişdir. Tərəfindən kassasiya şikayəti verilmiş və şikayəti təmin edilmiş, Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(012)-1662/19 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(103)-5781/2018 saylı qətnaməsi ləğv edilərək yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 20219-cu il tarixli, 2(103)-7246/2019 saylı qətnaməsinə əsasən, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-2059/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməsi mümkün deyildir. Uşağı artıq böyüyür. Bununla bağlı olaraq onun xərcləri əvvəlki miqdarda deyil. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Alimentin artırılmasına razıdır. İddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ № 354635 saylı “Doğum haqqında şəhadətnamənin” notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx xxxx 2014-cü ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-2059/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsindən görünür ki, xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 İddiaçı xeyrinə hər ay üçün 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2020-ci il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla xx xxxx 2014-cü il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment X2 İddiaçı xeyrinə tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərək hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ət etdi: İddiatələbitəminedilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2059/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyənedilmiş alimentinmiqdarı dəyişdirilərək, xx xxxx 2014-cü il təvəllüdlü X3yetkinlikyaşına çatanaqədərsaxlanılması üçüncavabdehX2həray170(yüz yetmiş) manatsabitpulməbləğində alimenttutularaq, iddiaçı ŞahmirzəyevaGünelHüseynquluqızınaödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh X2 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar