Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-35/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,02 ha torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 aprel 2016-cı il tarixdə o cavabdehə qarşı iddia qaldıraraq ünvan 1 ünvanında seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən mülkiyyətində 0,02 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə qaytarılmasını xahiş etmişdir. 5 ildən artıq müddətdə davam edən məhkəmə çəkişməsindən sonra Ali Məhkəmənin 2(102)-376/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun iddiasının təmin olunması barədə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-90/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra məmurları tərəfindən icra olunmuşdur. Lakin göstərilənlərə baxmayaraq cavabdeh onun mülkiyyətində olan yuxarıda qeyd edilən torpaq sahəsində təmir tikinti işləri aparmağına maneələr törədir. Bununla bağlı dəfələrlə polisə və 102 xidmətinə müraciətlər ünvanlanmasına baxmayaraq ona məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin evinin giriş-çıxış qapısı evinin tininə dəyişdirilmişdir. Bununla belə, cavabdeh onun həyətyanı torpaq sahəsində hasar divarın çəkilməsinə maneçilik törədir. Məhkəmə prosesində iştirak edən Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdilər. Cavabdeh iddiaya etirazını onunla əsaslandırdı ki, iddiaçıya satılmış olan torpaq sahəsinin eskiz layihəsi DƏDRX tərəfindən düzgün tərtib olunmamışdır. Belə ki, iddiaçıya satılmış torpaq sahəsi yerləşmə yerinə görə onun evinin giriş-çıxış qapısından istifadəni imkansız edir, çəkmək istədiyi hasar isə onun evinə giriş-çıxışı məhdudlaşdırır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın və texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********04-10301 reyestr nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının sürətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilməmiş saxlanılmışdır. Həmin qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-90/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına verilmiş seriya RX №0224307 saylı çıxarışa və “Qeydiyyat vəsiqəsi”nə qanunsuz olaraq salındığından AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin, onun əsasında verilmiş seriya RX № ******* saylı çıxarışın və “Qeydiyyat vəsiqəsi”nin qismən, 25 kv.m torpaq sahəsi həcmində ləğv olunması barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan məhkəmə qərarlarından görünür ki, Abşeron rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş 48 kv.m. torpaq sahəsində inşa edilmiş 01 m. hündürlüyündə 3,0 x 2,5 m. ölçüdə mişar daşından pilləkənın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qeyri-qanuni sahibliyindən alınıb İddiaçı qanuni sahibliyinə qaytarılması, torpaq sahəsinin alqısatqısının etibarsız hesab edilməsi və s. barədə Cavabdeh qarşılıqlı iddiası isə təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2022-ci il tarixli 2(012)-933/2022 nömrəli mülki iş üzrə mütəxəssis rəyindən görünür ki, İddiaçı çəkmək istədiyi hasar divarının ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin koordinatları daxilinə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/4787 nömrəli ekspert rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı çəkmək istədiyi hasar divarının ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin koordinatları daxilinə düşüyü müəyyən edildi. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı çəkmək istədiyi hasar divarının ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin koordinatları daxilinə düşüyü müəyyən edilir, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə hasar divar çəkmək istəsə də, cavabdeh buna maneçilik edir. Bununla da, cavabdeh öz qeyri-hüquqi hərəkətləri ilə iddiaçıya maneçilik törədir. Cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Abşeron rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş 48 kv.m. torpaq sahəsində inşa edilmiş 01 m. hündürlüyündə 3,0 x 2,5 m. ölçüdə mişar daşından pilləkənın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qeyri-qanuni sahibliyindən alınıb İddiaçı qanuni sahibliyinə qaytarılması, torpaq sahəsinin alqı-satqısının etibarsız hesab edilməsi və s. barədə Cavabdeh qarşılıqlı iddiası isə təmin edilməmişdir. Yəni göründüyü kimi cavabdehin mübahisələndiridiyi öz evinə giriş-çıxış üçün nəzərdə tutulan pilləkən hissəsinin sökülməsi barədə qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, iş üzrə ekspertiza xərci olan 50 manat pul cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 manat pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-35/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-35/2024
23.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver