Məhkəmə qərarları › İş №2(012)-350/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-350/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-350/2022 13.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 04 fevral 2018-ci il tarixli 1 saylı notariat kontorunda 4Ə- 158 saylı reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X10 ərizə ilə məhkəməyə müraciət edərək, həmin müqavilə üzrə alıcı qismində çıxış edən Cavabdeh1 cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X10 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin evdən daimi istifadə hüququna malikdir. Lakin sonradan İddiaçı onun qeydiyyatda olduğu ünvan 2 ünvanının razılıq ərizəsi olmadan satıldığı məlum olmuşdur ki, bu barədə Abşeron rayon 1 saylı Dövlət Notariat kontorunda 04.02.2018-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı da alqı-satqı prosesində iştirak etməli və bu barədə rəsmi ərizə verməli idi. Lakin İddiaçı iştirakı olmadan X6 adından Alı Guseynov və Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı özü də həmin evdə qeydiyyatda olmaqla istifadə etdiyinə görə onun alqı-satqıda iştirak etməsi vacib məsələ idi. Halbuki, icra şöbəsi evin boşaldılması ilə bağlı xəbərdarlıq edəndə İddiaçı bütün hüquqlarının pozulduğunu anlamışdır. Beləliklə, məlum olur ki, Arzu Şəfiyevanın adından hərəkət edən Alı Guseynov tərəfindən aldatma hərəkəti edilmiş, İddiaçı xəbəri və iştirakı, razılığı olmadan alqı-satqı edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ünvan 3 ünvanladığı 24.12.2021-ci il tarixli 4903 saylı ərizəyə əsasən cavabdehin nümayəndəsi 13.01.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.03.2009-cu il tarixli AZ-İ № 098636 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 275 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.04.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndi T.İsmayılov küçəsi ev 1 ünvanında yerləşən ümumi sahəsi 116.5 kv.m olan daşınmaz əmlak X6 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 5 saylı reyestr kitabının 52 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********76-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon 1 saylı Notariat Kontorunun 04.02.2018-ci il tarixli arayışından görünür ki, 04.02.2018-ci il tarixinə X6 mülkiyyətində olan daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. -Elektron notariat X1 çıxarışdan görünür ki, Abşeron rayonu Novxanı kəndi T.İsmayılov küçəsi ev 1 ünvanında qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. -X3 çıxarışından görünür ki, X7 ilə X13 Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 10.04.1989-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 920 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Şəfiyeva soyadı verilmiş, həmin nikahdan X14 anadan olmuş, bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 16.03.2003-cü il tarixdə 567 nömrəli doğum akt qeydi tərtib edilmişdir. -X11 ilə Cavabdeh1 notarial qaydada təsdiq olunmuş 04.02.2018-ci il tarixli ərizələrindən görünür ki, onlar Abşeron rayonu Novxanı kəndi T.İsmayılov küçəsi ev 1 ünvanında yerləşən ümumi sahəsi 116.5 kv.m olan bağ evinin 45000 manata satılması barədə razılığa gəlmişlər. -X2 adından Alı Guseinov ilə alıcı Cavabdeh1 arasında bağlanmış 04.02.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Novxanı kəndi T.İsmayılov küçəsi ev 1 ünvanında yerləşən ümumi sahəsi 116.5 kv.m olan bağ evini alıcıya 45000 manata satmışdır. Müqavilənin 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun üzərində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Müqavilənin 7-ci bəndinə əsasən, alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka dair sənədləri alıcıya verməyə borcludur. Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9-cu bəndinə əsasən, satıcı həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. -Abşeron RPİ tərəfindən verilmiş 27.11.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Quliyev X12 rayonu Novxanı Ərazi Dairəsi Novxanı kəndi M.Hüseynzadə küçəsi döngə 2, 8 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 116.5 kv.m olan bağ sahəsi mülkiyyət hüququ əsasında X8 məxsus olmuş və bu barədə sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.04.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış təqdim edilməklə daşınmaz əmlakın dövlət reyestrində 5 saylı reyestr kitabının 52 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********76-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlakın mülkiyyətçisi kimi X11 alıcı Cavabdeh1 ilə bağladığı 04.02.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən həmin əmlakın alıcıya 45000 manata satılmasına dair razılığa gəlmişdir. Hazırda, həmin bağ evində qeydiyyatda olmaqla yaşadığını və istifadə hüququnun olduğunu iddia edən İddiaçı Abşeron rayonu Novxanı kəndi T.İsmayılov küçəsi 1 ünvanına dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1. maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş 04.02.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfləri X11 və Cavabdeh1 çıxış etməklə, həmin müqavilə Abşeron rayon 1 saylı Notariat kontorunun xüsusi notariusu B.S.İslamov tərəfindən 4Ə-158 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi olaraq bağlanmış, həmçinin müqavilə bağlanmazdan öncə onun bağlanmasını mümkün edən hallar araşdırılmaqla, yəni əmlakın üzərində yüklülük olmamasına, həmin əmlakda qeydiyyatda olan şəxslərin olmamasına dair hallar təsdiqini tapmış, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak vermiş, həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Mülki Məcəllənin: 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sahiblik, istifadə və sərəncam vermək hüquqlarını özündə ehtiva edən, hazırki iş üzrə mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 116.5 kv.m olan bağ evinin mülkiyyətçisi olmuş X11 qanunvericiliyin ona verdiyi hüquqlarından istifadə edərək mülkiyyətində olan əmlakının satılmasına dair 04.02.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamış, həmin əmlakı alıcı-Cavabdeh1 satmaqla əmlak üzərində sərəncamvermə hüququnu həyata keçirmişdir. Göründüyü kimi, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun üzərində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir ki, bu, X4 çıxarılmış cavabdeh barəsində əmlak məlumatlarında da öz təsdiqini tapmışdır. Belə ki, həmin məlumata əsasən, ********** qeydiyyat nömrəli, **********76-11301 reyestr nömrəli bağ evi hazırda, cavabdehin mülkiyyətində olmaqla sonuncunun qanuni istifadəsində və sahibliyindədir. Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. Məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək qeyd edir ki, tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olaraq bağlanmış 04.02.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı iddia tələbinə münasibət bildirib qeyd edir ki, iddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi onun qeydiyyatda olduğu daşınmaz əmlakın satılmasına dair razılıq ərizəsinin olmaması ilə əlaqələndirmişdir. Lakin alqı-satqı müqaviləsinin bağlanması zamanı müqavilə tərəfi kimi mülkiyyətçinin daşınmaz əmlakında qeydiyyatda kimsənin olmamasına dair Elektron notariat X1 çıxarış təqdim olunmuş, bağ evinin satılması zamanı mülkiyyətçinin nikahı pozulmuş, himayəsində olan azyaşlı isə yetkinlik yaşına çatmamışdır. Məhkəmə iddiaçının razılıq ərizəsinin olmamasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyə görə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən etmişdir. Beləliklə də, məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, müqavilə bağlanan zaman qeydiyyatda olan şəxsin razılıq ərizəsinin alınmaması həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, alqısatqı zamanı mübahisə predmeti olan daşınmaz əmlakda qeydiyyatda olan şəxsin olubolmaması müəyyən edilmiş, Elektron notariat X1 çıxarışa əsasən, Abşeron rayonu Novxanı kəndi T.İsmayılov küçəsi ev 1 ünvanında qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. Beləliklə də, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı ünvan 5ə bağlanan tarixə iddiaçı artıq həmin ünvan üzrə qeydiyyatda olmamışdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları, Konstitusiya Məhkəməsinin Plenum Qərarını məcmu halında qiymətləndirib və qanunun tələblərini rəhbər tutub hesab edir ki, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar