Məhkəmə qərarları › İş №2(012)-3508/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3508/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3508/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 04.01.2020-ci il tarixli M9790011/20 saylı müqaviləyə əsasən, 408 manat əsas, 390 manat cərimə və 31.01.2020-ci il tarixli M970086/20 saylı müqaviləyə əsasən, 2011 manat əsas, 440 manat cərimə olmaqla cəmi 3249 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.01.2020-ci il tarixli M9790011/20 nömrəli nisyə satış müqaviləsinə əsasən 612 manat dəyərində Redmi markalı Note8 (4-64GB) black modelli mobil cihazı 6 ay müddətinə, hər ay 102 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqavilənin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Həmin müqaviləyə əsasən, alıcı razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% ödəyəcəyini öz üzərinə götürür. Hazırda, cavabdehin 04.01.2020-ci il tarixli M9790011/20 nömrəli nisyə satış müqaviləsi üzrə borcu 408 manat əsas borc və cərimə borcu 390 manat olmaqla cəmi 798 manat təşkil edir. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.01.2020-ci il tarixli M9790086/20 nömrəli nisyə satış müqaviləsinə əsasən 2355 manat dəyərində Apple markalı İphone 11 128GB black modelli mobil cihazı 15 ay müddətinə hər ay 143.67 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Həmin müqaviləyə alıcı razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% cərimə ödəyəcəyini öz üzərinə götürür. Hazırda, cavabdehin 31.01.2020-ci il tarixli M9790086/20 nömrəli nisyə satış müqaviləsi üzrə borcu 2011 manat əsas borc və cərimə 440 manat olmaqla cəmi 2451 manat təşkil edir. Sözügedən müqavilələrə əsasən, alıcı razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% cərimə ödəyəcəyini öz üzərinə götürür. Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 16.06.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, bu səbəbdən də işə onun iştirakı olmadan baxılmasını, iddia tələbini tam müdafiə etdiyini və cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, fiziki şəxs İddiaçı ilə 04.01.2020-ci il tarixdə bağladığı M9790011/20 nömrəli nisyə satış müqaviləsinə əsasən ona 612 manat dəyərində Redmi markalı Note8 (4-64GB) black modelli mobil cihazı 6 ay müddətinə, hər ay 102 manat ödəməklə, 31.01.2020-ci il tarixli M9790086/20 nömrəli nisyə satış müqaviləsinə əsasən isə 2355 manat dəyərində Apple markalı İphone 11 128GB black modelli mobil cihazı 15 ay müddətinə hər ay 143.67 manat ödənilməklə nisyə satılmışdır. Əvvəllər nisyə alqı-satqı müqavilələri üzrə ödənişlərini vaxtında icra etsə də sonradan ödəmə qabiliyyəti zəiflədiyi üçün ödənişlərində gecikmələri yaranmışdır. Hazırda iddia tələbini qismən qəbul edir və müqavilələr üzrə borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.01.2020-ci il tarixli M9790011/20 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı dəyəri 612 manat olan əşyanı almış, 04.02.2020-ci il tarixdən 04.07.2020-ci il tarixədək hər ay 102 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.01.2020-ci il tarixli M970086/20 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlundan dəyəri 2355 manat olan əşyanı almış, 31.02.2020-ci il tarixdən 31.04.2021-ci il tarixədək hər ay 143.67 manat, sonuncu ay isə 143.64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - Satılmış məhsulların təhvil-təslim olunması haqqında aktdan görünür ki, müqavilə üzrə alınan əşyalar yeni və işlək vəziyyətdə alıcıya təhvil verilmişdir. Alıcı məhsulun (telefonun) dəyərini vaxtında ödəmədikdə və ya tam ödənilməsini 45 gündən artıq müddətdə həyata keçirmədikdə, satıcı bu və digər müqavilələr üzrə (borc bağlanmış olduğu halda belə) məhsulun istifadəsini deaktiv etmək məqsədi ilə aidiyyatı qurumlara müraciət edərək həmin məhsulun (telefonun) İMEİ kodlarının istifadəsinə məhdudiyyət tətbiq etmək hüququna malikdir. Alıcı məhsulun (telefonun) dəyərini vaxtında ödəmədikdə və ya tam ödənilməsini 45 gündən artıq müddətdə həyata keçirmədikdə, satıcı məhsulun (telefonun) müqavilə üzrə qalıq borc dəyərində alıcının ünvanında və ya istifadəsində olan istənilən məhsulu (telefonu) müvəqqəti olaraq alıcıdan götürüb ödəniş olunana qədər özündə saxlamaq və ya bazar qiyməti ilə dəyərləndirib borcundan silməyi alıcı ilə əvvəlcədən razılaşdırmışdır. -İddiaçı maliyyə arayışından görünür ki, Cavabdeh 04.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 714 manat (12 ay x 59 manat + 6 manat ilkin ödəniş) İMEİ Kodu **********52695 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 460 manat olmaqla ondan, 408 manat ödənilməmiş hissə, 390 manat dəbbə; 31.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2457 manat (12 ay x 169 manat + 429 manat ilkin ödəniş) İMEİ Kodu **********23151 olan iPhone X markalı telefon üçün ümumilikdə, 1991 manat olmaqla ondan, 2011 manat ödənilməmiş hissə, 440 manat dəbbə pulu hesablanmışdır. - İddiaçı Cavabdeh ünvanlandığı bildirişdən görünür ki, satıcı alıcıya alqı-satqı müqavilələri üzrə borcun 5 gün müddətində ödənilməsini tələb etmişdir. - 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.01.2020-ci il tarixli M9790086/20 nömrəli Nisyə satış müqaviləsinə əsasən 2355 manat dəyərində, 200 manat ilkin ödəniş edilməklə, Apple markalı İphone 11 128GB black modelli mobil cihazı 15 ay müddətinə, hər ay 143.67 manat ödənilməklə nisyə satılmışdır. Borclu Cavabdeh 31.01.2020-ci il tarixli M9790086/20 saylı nisyə satış müqaviləsi üzrə cəmi 344 manat ödənilmişdir. Borclu Cavabdeh 31.01.2020-ci il tarixli M9790086/20 nömrəli nisyə satış müqaviləsi üzrə borcu 2011 manat əsas borc və cərimə borcu 440 manat olmaqla cəmi 2451 manat təşkil edir. - 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.01.2020-ci il tarixli M9790011/20 nömrəli Nisyə satış müqaviləsinə əsasən 612 manat dəyərində Redmi markalı Note 8 (4-64GB) black modelli mobil cihazı 6 ay müddətinə, hər ay 102 manat ödənilməklə nisyə satılmışdır. Borclu Cavabdeh 04.01.2020ci il tarixli M9790011/20 saylı nisyə satış müqaviləsi üzrə cəmi 204 manat ödənilmişdir. Borclu Cavabdeh 04.01.2020-ci il tarixli M9790011/20 nömrəli nisyə satış müqaviləsi üzrə borcu 408 manat əsas borc və cərimə borcu 390 manat olmaqla cəmi 798 manat təşkil edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 26.01.2021-ci il tarixli arayışdan görünür ki, Pirqani X2 rayonu Xırdalan şəhəri Əbdüləli Mürsəlov küçəsi 178B mənzil 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı alqı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtlıvaxtında və tam həcmdə yerinə yetirmədiyindən 04.01.2020-ci il tarixli M9790011/20 saylı müqaviləyə əsasən 408 manat əsas, 390 manat cərimə və 31.01.2020-ci il tarixli M970086/20 saylı müqaviləyə əsasən isə 2011 manat əsas, 440 manat cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 04.01.2020-ci il tarixli M9790011/20 saylı müqaviləyə əsasən 408 manat ödənilməmiş hissə üzrə hesablanmış 390 manat dəbbə pulunun azaldılaraq 20 manat, 31.01.2020-ci il tarixli M970086/20 saylı müqaviləyə əsasən isə 2011 manat ödənilməmiş hissə üzrə hesablanmış 440 manat dəbbə pulunun azaldılaraq 22 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. 08.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 04.01.2020-ci il tarixli M9790011/20 saylı müqaviləyə əsasən 408 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 31.01.2020-ci il tarixli M970086/20 saylı müqaviləyə əsasən 2011 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu və 30.40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2461 manat borc Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 04.01.2020-ci il tarixli M9790011/20 saylı müqaviləyə əsasən 408 (dörd yüz səkkiz) manat əsas, 20 (iyirmi) manat cərimə, 31.01.2020-ci il tarixli M9790086/20 saylı müqaviləyə əsasən 2011 (iki min on bir) manat əsas, 22 (iyirmi iki) manat cərimə olmaqla, cəmi 2461 (iki min dörd yüz altmış bir) manat borc və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar