Məhkəmə qərarları › İş №2(012)-3514/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3514/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3514/2020 03.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı “İddiaçı ”MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə xx xxxxxxxx 2020-ci il tarixdə , Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3 maddəsinə görə iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı kimi qeyd edilən Abşeron rayonu Yeni Bakı Yaşayış massivi cavabdehin faktiki yaşayış yeridir.Halbuki, işin materiallarında olan cavabdehə məxsus şəxsiyyət vəsiqəsindən cavabdehin qeydiyyat ünvanının Bakı şəhəri Yasamal rayonu olduğu görünür. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı “İddiaçı ”MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar