Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-352/2024 20.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 9155.00 manat zərərin ödənilməsi və dövlət rüsumu olaraq ödədikləri 112 manat məbləğin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qarşı iddia tələblərinin 18874.76 manat həcmində artırılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06031 saylı 36 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə 13623.25 borcun və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqı cəmi 13673.25 manat və dövlət rüsumu olaraq ödədikləri mediasiya xidmət haqqı kimi ödədikləri 200 manat məbləğin, iddiaçı Bank olmayan Kredit Təşkilatı İDK” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Mülkiyətlərində olan Hyundai Elantra minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması 03/90 saylı xx.xx.2023cii il tarixli etibarnamə ilə xx.xx.2023-cti il tarixinə qədər olan vətəndaş Cavabdeh1 qızma verilmişdir. xx.xx.2023-cii il tarixində Cavabdeh1 oğlu Cavabdeh2 Riifət oğlu anasının xəbəri olmadan avtomobili götürmüş və yol-nəqliyyat hadisəsi törətmişdir. Abşeron rayon Polis şöbəsinin i 1 aprel 2023-cü il tarixli arayışına əsasən həmin avtomabil tərəflərindan yararsız vəziyətdə cərimə meydançasından götürülmüşdü. Baş vermiş yol-nəqliyyat hadisəsi zaman avtomobillərinə ciddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli zərər dəymiş avtomobilin qiymətləndirmə aktına əsasən Hyundai Elantra minik markalı 77 AX8 42 dövlət qeydiyyat nişanlı avtomobilə 18874.76 manat məbləğində ziyan vurulmuşdur. Dövlət rüsumu olaraq mediasiya xidmət haqqı kimi 200 manat ödənilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə baxış iclasında iştirakı Bakı şəhəri Nizami rayon Məhkəməsində 2(007)- 1578/2024 saylı iş üzrə məhkəmə iclasında iştirakı ilə əlaqədar mümkünsüzdür və qeyd etmək zəruridir ki, həmin məhkəmə baxış iclası onun iradəsi xaricimdə hazırki iş üzrə eyni günə və vaxta təyin edilmişdir ki, yaranmış zərurətdən (şahidlərin dindirilməsi, zəruri sübutların təqdim edilməsi və.s) Nizami rayon Məhkəməsində iştirak etmək məcburiyyəti mövcuddur ki, bu halın məhkəmə tərəfindən üzrlü hesab edilməsini xahiş edir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, iddia tələbi ilə razı deyillər. İş üzrə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilsə də, həmin ekspertiza ilə nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği həm rəydə, həm də iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktından göstərilən məbləğdən daha az olmalıdır. Bu zaman həm avtomobilin ili, onun normal vəziyyətdə aşınması, habelə ekspertizanın nəqliyyat vasitəsinə baxış keçirilmədən mövcud sənədlər əsasında keçirilməsini nəzərə alınmasını xahiş edirlər. Faktiki olaraq ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımasa da, göstərilən nəqliyyat vasitəsinin daha az məsrəf hesabına bərpası mümkündür. Bundan başqa iddiaçı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğini qüsur aktı ilə müəyyən etsə də, qüsur aktı yol nəqliyyat hadisəsindən dərhal sonra deyil, ondan sonraki 3 aylıq periodda qiymətləndirilmişdir, baxmayaraq ki, nəqliyyat vasitəsinin duracaqdan təmiri hadisədən sonraki müddətə buraxılmışdır. Həmin müddət nəqliyyat vasitəsinə üçüncü şəxslər tərəfindən zərər vurulması imkanı mövcud olduğundan, habelə yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin faktiki hansı detallarının zədələnməsi barədə zəruri sənədlər (nəqliyyat vasitəsinin duracağa aparılan zamanda əzilmiş hissələri ilə bağlı tərtib edilmiş akt, hadisədən əvvəlki vəziyyətlə hadisədən sonraki müddətə tərtib edilmiş akt, zədələnmiş hissələrin hər birinin hadisə zamanı yoxsa ondan əvvəl olmasına dair faktiki təsdiqedici sənədlər) mövcud olmadığından ümumiyyətlə cavabdeh tərəfindən hansı hissədə nəqliyyat vasitəsinə zərər vurulması müəyyən edilməməkdədir. Əlavə olaraq qeyd edilməlidir ki, göstərilən nəqliyyat vasitəsi cavabdehərə alqı-satqı predmeti kimi təqdim edilmiş, həmin nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı Cavabdeh1 iddiaçı tərəfindən qısamüddətli etibarnamə təqdim edilmişdir. Digər tərəfdən iddiaçı hazırki iş üzrə dəymiş ziyandan əlavə əldən çıxmış fayda qismində cavabdehlərdən pul vəsaiti tələb edir ki, həmin pul vəsaitinin əldən çıxması ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş maliyyə lizinq müqaviləsi cavabdehlərlə deyil, tamamilə başqa şəxslə bağlanmış lizinq müqaviləsidir ki, hazırki mərhələdə iddiaçı sübut edə bilməmişdir ki, məhz maliyyə lizinqi müqaviləsi üzrə nəqliyyat vasitəsi iddiaçı tərəfindən hazırki iş üzrə cavabdehlərə təqdim edilmişdir. Əgər iddiaçı əldən çıxmış fayda qismində zərər məbləğinin əvəzini cavabdehlərdən tələb edirsə hansı səbəbdən hazırki cavabdehlərlə bağlanmış lizinq müqaviləsini deyil də, xx.xx.2022-ci il tarixdə X5 ilə imzalanmış daxili maliyyə lizinq müqaviləsini iş materiallarına əlavə etmişdir? Nəzərə alınması zəruridir ki, hazırki nəqliyyat vasitəsi Rent A Car 444 tərəfindən Cavabdeh1 təqdim edilmişdir ki, bununla bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli iltizamnamə imzalanmışdır. Məlumdur ki, heç bir şəxs hər hansı şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə münasibətdə mülkiyyətçiinin icazəsi olmadan müstəqil qaydada sərəncamvermə hərəkətini həyata keçirə bilməz. İddiaçı xx.xx.2022-ci il tarixli X8 müqaviləsini təqdim etsə də, xx.xx.2023-cü il tarixli İltizamnamədən bəlli olur ki, əslində hazırda zərər vurulmuş nəqliyyat vasitəsi iddiaçının razılığı əsasında hüquqlar günlük və ya aylıq icarə əsasında sonradan Rent A Car 444 adlı şirkətə ötürülmüş, həmin şirkət isə qeyd edilən nəqliyyat vasitəsini hazırki Cavabdeh1 ilə alqı-satqı kimi xarakterizə edilməklə idarə edilməsi üçün ona vermişdir. Bu halı təsdiq edən iddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnamədir. Bu anlamda qeyd edilməlidir ki, iddiaçı həm dəymiş ziyanın həm də əldən çıxmış faydanı tələb etməklə əsassız varlanmaq niyyətindədir ki, hesab edirlər ki, bu hal yol verilməz olmaqla bərabər əldən çıxmış faydanı sübut edən zəruri faktları məhkəməyə təqdim edə biləmişdir. X6 ilə imzalanmış xx.xx.2022-ci il tarixli müqavilənin qüvvədə olub-olmaması, həmin müqavilənin həqiqətən də mövcudluğu, davamında qeyd edilən müqavilənin imzalanmasından sonra nəqliyyat vasitəsinin dərhal Rent A Car 444 adlı şirkətə verilməsi, həmin şirkətin göstərilən nəqliyyat vasitəsini digər şəxslərin istifadəsinə verməsi bu halın həqiqət olmadığını təsdiq edir. Bu anlamda hazırki hissədə iddia tələbi ümumiyyətlə tərəflərindən qəbul edilmir. Qeyd edilənlərə əsasən işdəki sübutlara məcmu halında qiymət verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Lizinq verən "xxxx" MMC ilə lizinq alan X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/06039 saylı daxili maliyyə lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqavilənin ümumi məbləği 26000 manat təşkil edir. -Daxili lizinq müqaviləsindən görünür ki, müqavilə üzrə lizinq obyektinin dəyəri 26500 manat olan “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -BB 331412 saylı, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. -Hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində **********4125 saylı hesaba 917 manat pul köçürülmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus 2012-ci il buraxılışlı “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 xx.xx.2023-cü il tarixədək etibarnaməli idarə edilməsinə verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 313 saylı arayışın surətindən görünür ki, İDK BOKT MMC-yə məxsus Hyundai Elantra markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomaşının X3 tərəfindən cərimə meydançasından buraxılmasına və təmirinə icazə verilməlidir. -Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, Cavabdeh2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə anası Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomaşını onun xəbəri olmadan götürüb sürücülük vəsiqəsi olmadan idarə etməyə başlamış, həmin vaxt qonşusu Elmir də yanında olmuşdur. Saat 16:40 radələrində Mehdiabad qəsəbəsindən Fatmai kəndi istiqamətində saatda 60 kilometr surətlə hərəkət edən zaman qarşısında gedən Toyota Prius markalı avtomaşını ötmək üçün qarşı hərəkət zolağına çıxmış, qarşı hərəkət zolağı ilə Renault markalı avtomaşının gəlməsini görüb öz zolağına qayıtmaq istəmiş, lakin onun hərəkət zolağında, yəni onunla paralel sağ tərəfdə avtomaşın getdiyi üçün öz zolağına qayıda bilməmiş və idarə etdiyi avtomaşının ön sağ hissəsi ilə həmin avtomaşının ön sağ hissəsi toqquşmuşdur. Bildirmişdir ki, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomaşın yüksüz və saz vəziyyətdə olmuş, hadisə zamanı qonşusu Elmir ön sağ oturacaqda əyləşmiş, xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Qərardan daha sonra görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, Hyundai Elantra markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində evdə olan zaman ona məlum olmuşdur ki, oğlu Cavabdeh2 ona məxsus avtomaşını icazəsiz olaraq götürərək idarə edib və yol nəqliyyat hadisəsi törətmişdir. Oğlu Cavabdeh2 avtomaşını onun icazəsi olmadan götürüb idarə edərək yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. -X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin quymətləndirilməsinə dair hesabat”dan görünür ki, “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 9155 manat hesablanmışdır. -"xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, təşkilata 9155 manat məbləğində ziyan vurulduğu, həmin ziyanın 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əliyeva X1 rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, Hüseyn Cavid küçəsi, ev.15/2 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8851 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X4” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai Elantra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7607 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, İF/06039 saylı daxili lizinq müqaviləsinə əsasən, “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi lizinq verən "xxxx" MMC tərəfindən lizinq alan X2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 26000 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə hər ay lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil X2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, iddiaçı isə həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 363.1. maddəsinə əsasən, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. 363.3. maddəsinə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Mülki iş materiallarına əlavə olunmuş etibarnamənin surətindən göründüyü kimi, həmin etibarnamə əsasında lizinq obyekti olan “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilmək üçün Cavabdeh1 "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixədək etibar edilmişdir. Mülki Məcəllənin: 700.1. maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki iş materiallarına əlavə olunmuş icarəyə verən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili bu etibarnamə ilə başqa şəxsə verilə bilməz. Buna görə də avtomobilin saxlanılmasına, eyni zamanda, baş verəcək yol nəqliyyat hadisələri, həmçinin, bədbəxt hadisələr nəticəsində avtomobilə dəymiş zərərə görə də məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin mülkiyyətində olan, lizinq obyekti kimi X2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" MMC tərəfindən etinarnamə əsasında Cavabdeh1 müvəqqəti istifadəsinə verilmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, etibarnaməyə əsasən, Cavabdeh1 ona etibar edilmiş nəqliyyat vasitəsinin idarəetmə məsuliyyətini öz üzərinə götürmüş, eyni zamanda, ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, istifadə və istismar qaydalarına riayət edilməsi, yol nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi və digər öhdəliklərin icra edilməsinə görə məsuliyyət daşımışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, Cavabdeh1 öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, Cavabdeh1 oğlu Cavabdeh2 “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İddia tələbindən müəyyən olunur ki, avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyərinin qeyd olunan tarixə bazar qiymətinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8851 saylı rəyi ilə “Hyundai Elantra” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən, 7607 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mülki iş materialları ilə paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qəbul edir və avtomobilə 7607 manat zərərin dəyməsi qənaətinə gəlir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, Cavabdeh1 etibarnamə əsasında müvəqqəti istifadəyə götürdüyü “Hyundai Elantra” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə özü və oğlu Cavabdeh2 dəymiş zərəri ödəməmələri öz təsdiqini tapdığından, iddia ərizəsi avtomobilə dəymiş zərər olaraq 7607 manat maddi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı dövlət rüsumu olaraq ödədikləri mediasiya xidmət haqqı kimi ödədikləri 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyana görə 7607 manat pul vəsaiti və 112 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyana görə 7607 (yeddi min altı yüz yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 112 (yüz on iki) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov