Məhkəmə qərarları › İş №2(012)-354/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-354/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-354/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 2700 manat məbləğində ziyanın və 47 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2020-ci ilin sentyabr ayında ona Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 2,5 sot torpaq sahəsini satdığını bildirmişdir. O, torpaq sahəsini almaq niyyəti ilə ümumilikdə 2700 manat məbləğində pulu cavabdehə müxtəlif vaxtlarda ödəmişdir. Lakin bir müddət sonra məlum olmuşdur ki, cavabdeh eyni torpaq sahəsini Rəşad Arkişiyev adlı başqa şəxsə satmışdır. Baş verənlərlə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ağabala Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən Cavabdeh əməllərində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Lakin istintaq müddəti ərzində cavabdeh ondan ümumilikdə 2700 manat məbləğində pulu götürdüyünü öz izahatında etiraf etmiş, hətta 1000 manat pulu geri qaytarmış, 1700 manat pulu isə hissə-hissə qaytaracağına dair vəd vermişdir. Cavabdehin ona vurduğu ziyan yalnız bununla kifayətlənmir. Belə ki, guya ona satılan torpaq sahəsinə dəfələrlə ümumi dəyəri 1750 manat təşkil edən müxtəlif tikinti materialları gətirilmişdir (daş, sement, qum və s.). Lakin torpaq sahəsinin digər şəxslərə satıldığını biləndə artıq həmin tikinti materialları ərazidən yoxa çıxmışdır. Bütün bu müddət ərzində torpaq faktiki olaraq cavabdehin sahibliyində olduğundan o, qeyd edilən tikinti materiallarının dəyərinin 750 manatlıq hissəsini geri qaytarmışdır. Lakin 1000 manat bu günədək ödənilməyərək olaraq qalır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblərdən olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş materiallardan görünür ki, mübahisə üzrə hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh göstərmişdir ki, o, 2020-ci ilin sentyabr-oktyabr aylarında ümumi tanışların vasitəsi ilə İddiaçıla tanış olmuşdur. O, Abşeron rayonu, Qobu qəsəbəsində torpaq sahəsi almaq istədiyini bildirmiş, o isə Elməddinə demişdir ki, Qobu qəsəbəsində pay torpaq sahələri var, həmin torpaq sahələrindən bir hissəsini satır. Elməddin onunla həmin torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsi onun xoşuna gəlmiş, onunla razılaşaraq 2,5 sot torpaq sahəsini İddiaçı 2300 manata satmağa razılaşmışlar. Bundan sonra, İddiaçıla 19 saylı Bakı şəhəri, Yasamal rayon notariat kontoruna gedərək, orada İddiaçı 2,5 sot torpaq sahəsi üçün etibarnamə vermiş, həmin torpağın müqabilində bir neçə dəfəyə olmaqla ümumilikdə 2300 manat pul almışdır. Bundan sonra, İddiaçı həmin torpaq sahəsinin ölçüləri kiçik olduğundan onu qəbul etməmiş,o isə həmin torpaq sahəsinin əvəzinə Qobu qəsəbəsinin digər hissəsində 4 sot torpaq sahəsini təklif etmişdir. Elməddin həmin torpaq sahəsinə baxaraq bəyənmişdir. İddiaçı 4 sot torpaq sahəsinə çıxarış düzəldilməsini bildirmiş, o isə buna görə 400 manat pul lazım olduğunu Elməddinə demişdir. O, iki dəfəyə yenidən ondan 400 manat pul almışdır. Müəyyən müddət keçdikdən sonra İddiaçı imtina edərək geri qaytardığı 2,5 sot torpaq sahəsini Rəşad Arkişiyevə satmışdır. Təxminən 2021-ci ilin may ayında İddiaçı onunla əlaqə yaradaraq geri qaytardığı 2,5 sot torpaq sahəsini niyə digər şəxsə satdığını soruşmuş, o isə cavabında bildirmişdir ki, onun 2,5 sot torpaq sahəsindən imtina etdiyinə görə əvəzində ona 4 sot torpaq sahəsi verilmişdir. Bu 4 sot torpaq sahəsinin sənədləri hazırlanarkən Covid-19 pandemiyası ilə əlaqədar yubanmalar vardır. İddiaçı isə 2700 manat pulunu geri istədiyini, artıq heç bir torpaq sahəsinə ehtiyacı olmadığını bildirmişdir. O, hazırda 2700 manat pulu ödəməyə imkanı olmadığını bildirmiş, İddiaçı müəyyən vaxt istəmişdir ki, həmin pulu hissə-hissə də olsa ödəsin. Lakin o, bununla razılaşmayaraq 102 xidmətinə zəng edərək ondan şikayət etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən torpaq sahəsinə dair şifahi razılaşma olmuş, iddiaçı həmin torpaq sahəsinin əldə edilməsi müqabilində cavabdehə ümumilikdə 2700 manat pul vermişdir. Bundan sonra isə cavabdeh vədinə əməl etmədiyindən iddiaçı onun barəsində polis orqanlarına şikayət ərizəsi yazmış, polis bölməsində hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, qeyd edilən torpaq sahəsinə və onun sənədləşdirilməsinə görə İddiaçı ümumilikdə 2700 manat pul almış, lakin sonradan narazılıq olduğuna görə həmin pulu tezliklə ödəyəcəyinə vəd vermişdir. Göründüyü kimi, Cavabdeh torpaq sahəsinə görə İddiaçı müxtəlif vaxtlarda cəmi 2700 manat pul almasını etiraf etmişdir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, Cavabdeh İddiaçı hesabına əsassız varlanmışdır. Buna görə də iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2700 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 47 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar