Məhkəmə qərarları › İş №2(012)-3557/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3557/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3557/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 16 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4852/2014 saylı, 01 dekabr 2014-cü il tarixli qətnaməsi ilə 14 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi tutularaq iddiaçıya ödənilməsi hissəsinin dəyişdirilməsi və 14 noyabr 2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 09 aprel 2011-ci il tarixdə qeydə alınmış nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-4852/2014 saylı, 01 dekabr 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahlarından anadan olmuş 14 noyabr 2011-ci il təvəllüdlü X2 anasının yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin tutulması müəyyən edilmişdir. İddiaçı hesab edir ki, bu məbləğ hazırda övladının saxlanması üçün kifayət etmir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehin maddi vəziyyəti olduqca yaxşıdır və bir ata olaraq övladının tələbatlarını qarşılamaq onun mənəvi borcudur. Cavabdeh iddianı qismən qəbul etdi və bildirdi ki, onun aylıq əmək haqqı 350 manat təşkil edir və ikinci dəfə ailə qurmuş bu nikahdan 2 övladı da dünyaya gəlmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4852/2014 saylı, 01 dekabr 2014-cü il tarixli qətnaməsi ilə 14 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Məhkəmə, azyaşlı uşaqların mənafelərini, normal inkişaf etmələrini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-4852/2014 saylı, 01 dekabr 2014-cü il tarixli qətnaməsi ilə 14 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün təyin edilmiş cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment artırılaraq hər ay üçün 150 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-4852/2014 saylı, 01 dekabr 2014-cü il tarixli qətnaməsi ilə 14 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün təyin edilmiş cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində olan alimentin məbləği artırılsın. 14 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 20 manat dövlət rüsumuna görə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar