Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3579/2025 19.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 onun xeyrinə 1400 manat pulun 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, 2000-ci ildən Abşeron rayonu Masazır qəsəbəsində 19 sot torpaq sahəsində evi inşa etdirib və həmin mənzidə yaşayır, heç bir kəslə şəxsi ədavəti və düşmənçilikləri olmamışdır. 2006-cı ildən yoldaşı ilə o qeyd olunan mənzilə pasport qeydiyyatına düşmüşlər. Həmin müddətdən iddiaçı hər ilə 80 manat Abşeron rayon Masazır bələdiyyəsinə torpaq vergisi ilə bağlı pul ödəmiş, ödənişləri hər il icraçı X8 vermişdir, sonuncu ona bu barədə qəbz vermişdir. Sonuncu dəfə 2018-ci ildə aldandığını görüb pulu poçt vasitəsi ilə ödəniş etməsi qərarına gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, X14 rayon Masazır Bələdiyəsinin sədri olmasından istifadə edərək 2018-ci ildə onu Abşeron rayon məhkəməsinə vermişdir və onun 19 sot torpaq sahəsindən 5 sot torpaq sahəsini məhkəmə qərarı ilə iddiaçıdan almışlar. 2024-cü ilin oktyabr ayına kimi torpaq sahəsi iddiaçının istifadəsində olmasına baxmayaraq icra probasiya şöbəsi tərəfindən iddiaçının əlindən alınmışdır. İddiaçı bundan sonra Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Hal-hazırda bu faktla bağlı məhkəmə tərəfindən qətnamə çıxmışdır, iddiaçı yenidən Abşeron rayon prokurorluğuna müraciət etmişdir. 14 il müddətində Abşeron rayon Bələdiyəsinə 80 manatdan pul ödəyib, ümumilikdə Masazır Bələdiyəsinin sədri X9 1400 manat borcludur. İddiaçı 80 manat torpaq vergisi ödəmələrini X8 ödəniş etmişdir. X16 həmin müddətdə Abşeron rayon Masazır Bələdiyəsinin sədri olmuşdur. Abşeron RPl-nin Təhqiqat şöbəsində araşdırma aparılmış və faktla bağlı toplanmış materiala əsasən xx.xx.2025-ci il tarixli Qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh X9 verdiyi izahatında bildirmişdir ki, “İddiaçı yazmış olduğu müraciət şər və böhtan xarakterlidir. O 2002-ci ildən Abşeron rayon, Masazır kənd Bələdiyəsinin sədri vəzifəsində işləmişdir. 2019-cu ildə tutduğu vəzifədən azad edilmiş, hal hazırda hec bir yerdə işləmir.İddiaçı Abşeron rayon Masazır kəndində 19 sot torpaq sahəsi olmuşdur və qeyd olunan torpaq sahəsinə aid rəsmi qaydada ödənişlər etmişdir. O Bələdiyyənin sədri olan zaman vergi borclarını bələdiyyə əməkdaşları tərəfindən yığılaraq mədaxil qəbzi ilə Bələdiyə hesabına köçürülmüşdür. O 2019-cu il tarixdə Masazır Bələdiyyəsindən işdən çıxdıqda Bələdiyyə sənədlərini arxiv idarəsinə təhvil vermişdir. Müəyyən sənədlərin müddəti keçdiyi üçün sənədlər məhv edilmişdir.Bu faktla bağlı o inzibatı məhkəmədə şahid qismində iştirak etmiş və onlardan hec bir məbləğdə pul almamışdır. O həmin illərdə Bələdiyyə sədri işləmiş, torpaq vergisi ilə bağlı olan borclar bələdiyyə əməkdaşları tərəfindən yığılaraq hesabına köçürülmüş və bu barədə vətəndaşlara qəbz verilmişdir, qəbzlərin müddəti 5 il olmasından arxiv idarəsi tərəfindən ləğv edilmişdir.” Qeyd edir ki, məsələ ilə bağlı dəfələrlə polisdə olmuş buna xeyli vaxt etməklə iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı stress keçirmiş və depresiyyaya düşmüşdür. Odur ki, hesab edir cavabdehdən 300 manat mənəvi zərərə görə pul tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(017)-101/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin cavabdeh İddiaçı qarşı özbaşına tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin geri qaytarılması və qeyri-qanuni tikmiş daş hasarın sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Abşeron Rayon Masazır Bələdiyyəsinin mülkiyyətində olan cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0.05 ha torpaq sahası geri qaytarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş 10 m, hündürlüyündə 28.0 m uzunluğunda 1 60 m hündürlükdə 15.0 m. uzunluğunda daş hasar cavabdehin öz hesabına sökülməsi, həmin torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının mülkiyyətinə verilməsi məhkəmənin qətnaməsi ilə təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1568/2021 saylı xx.xx.2021-ci il tarixli qerarına əsasən İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq verxisinə dair qəbzlərin Masazır bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına pul vəsaitinin ödənilib-ödenilməməsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsi» tələbinə dair iddia tələbi təmin edilmişdir. İddiaçı Masazır Kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır bələdiyəsində qeydiyyat keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına iddiaçı tərəfindən pul vəsaitinin ödənilibödənilməməsi barədə məlumatın verilməsi öhdəliyi Abşeron rayon Masazır Bələdiyyəsinə həvalə olunması qət edilmişdir. Masazır Bələdiyyəsinin 15/01-04/67 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1568/2021 saylı İnzibati iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın icrası ilə əlaqədar Masazır kəndi Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci dlaxil olmaqla torpaq vergisinə dair ödəniş qəbzlərinin (surətləri) arxivdə olubolmaması barədə məlumat olması ilə bağlı Abşeron Rayon Dövlət Arxivinə sorğu ilə müraciət olunmuşdur. Arxiv İdarəsinin H391 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, «Abşeron Rayon Dövlət Arxivində sənədlər müvafiq İcra struktularının qərar və sərəncaiları, tarix və nömrəsinə uyğun olaraq saxlanılır. Qeyd olunan sorğu ilə bağlı Abşeron Rayon Dövlət Arxivində hər hansı bir məlumat əldə etmək imkan xaricindədir. Eyni zamanda Masazır bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən 2006-2103-cü il tarixlərinə aid müvafiq ödəniş qəbzləri Abşeron Rayon Dövlət Arxivinə göndərilməsi keçmiş rəhbərlik tərəfindən edilsə də, 2013-2018-ci il tarixinə aid digər qismi isə bələdiyyəyə seçilmiş yeni tərkibə təhvil edilməmişdir. Masazır bələdiyyəsində X1 X2 göstərilən dövrlər üzrə torpaq və əmlak borcu isə yoxdur. Abşeron Rayon Masazır bələdiyyəsinin 01/01-06/e 1696 saylı xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, Abşeron rayon məhkəməsinin 2(012)101/2020 saylı 25 fevral 2020-ci il tarixli icra sənədi Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən 01 noyabr 2024-cü il tarixdə icra edilmiş və borclu İddiaçı zəbt etdiyi torpaq sahəsi geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3598/2024 saylı xx.xx.2024-cü ıl tarixli qərardadı ilə İddiaçı Canmirze qızının cavabdeh X6 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsi, İddiaçı Canmirze qızının cavabdeh X7 borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması, İddiaçı tərəfindən xx.xx.2024-cu il tarixli ******* saylı qəbz əsasında ödənilmiş 34 manat məbləğində dövlət rüsumu iddiası qaytarılması qət edilmişdir. Göründüyü kimi cavabdeh X4 1400 manat pulu ələ keçirməsinə dair kifayət qədər sübut vardır. Odur ki, həmin pul məbləği cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı tərəfindən 1400 manat torpaq vergisi ödənilmiş bu məbləğ onun tərəfindən Abşeron Rayonu Masazır Bələdiyyəsinin hesabına köçürülmüşdür. Bununla bağlı o, X10 müraciət etmiş, lakin oradan əldə etdiyi məlumata əsasən, həmin məbləğin Abşeron Rayonu Masazır Bələdiyyəsinə ödənilməsi ilə bağlı qəbzlər və sənədlərin arxivdə olduğu bildirilmişdir.Belə ki, müəyyən müddət keçdityindən artıq həmin sənədlər məhv edilmişdir. Onu da bildirir ki, o, 2019-cu ildən etibarən Abşeron Rayonu Masazır Bələdiyyəsinin sədri vəzifəsində işləmir. Odur ki, o, iddia tələbinin ona aid olmadığından təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0,05 ha torpaq sahəsinin geri qaytarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş 1.0 m. hündürlüyündə 28.0 m. uzunluğunda, 1,60 m. hündürlükdə 15,0 m. uzunluğunda daş hasarın cavabdehin öz hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur və bu torpağa görə sonuncu, Masazır Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. -Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1568/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına pul vəsaitinin ödənilib-ödenilməməsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsi» tələbinə dair iddia tələbi təmin edilmişdir. İddiaçı Masazır Kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır bələdiyəsində qeydiyyat keçibkeçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına iddiaçı tərəfindən pul vəsaitinin ödənilib-ödənilməməsi barədə məlumatın verilməsi öhdəliyi Abşeron rayon Masazır Bələdiyyəsinə həvalə olunması qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 2(012)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsindən 80 manat və ödənilmiş dövlət rüsumuna görə 2 manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. -Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, onlarda olan baza məlumatlarına əsasən, (BAMS proqram) İddiaçı adına xx.xx.2019-cu ildə kod açılsa da adına torpaq (0.12 ha) və əmlak vergisi ödənilməmişdir. Nümayəndə adına xx.xx.2020-ci ildə torpaq (0.12) və əmlak vergisi üzrə kod açılıb 82.9 azn torpaq vergisi 111.45 azn əmlak vergisi olmaqla ümumi 194.45 azn ödəniş edilib və hal-hazrda borcu yoxdur. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, dövlət reyestrindən verilmiş çıxarışdan göründüyü kimi Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Nümayəndə adına xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı 2006-2018-ci illərdə hər il torpaq vergisini Masazır Bələdiyyəsinə ödəmişdir. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1568/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Masazır Kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır bələdiyəsində qeydiyyat keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına iddiaçı tərəfindən pul vəsaitinin ödənilib-ödənilməməsi barədə məlumatın verilməsi öhdəliyi Abşeron rayon Masazır Bələdiyyəsinə həvalə olunması qət edilmişdir. Odur ki, iddiaçı torpaq vergisini ödəməsinə baxmayaraq sözügedən torpaq sahəsi ondan alınmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 1400 manat miqdarında vəsaitinin, tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı istifadəsində olan Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsi ərazisində yerləşən Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə görə 2006-2018-ci illərdə Abşeron Rayonu Masazır Bələdiyyəsinə torpaq vergisi olaraq ümumilikdə 1400 manat məbləğində pul ödəmiş və bu hal cavabdehin izahatında da öz təsdiqini tapmışdır. Abşeron rayon Məhkəməsinin Qətnaməsi ilə iddiaçının qanunsuz istifadəsində olan torpağın alınaraq Masazır Bələdiyyəsinə verilmişdir. Cavabdeh həmin dövrdə Abşeron Rayonu Masazır Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Həmçinin cavabdeh izahatında iddiaçının ödədiyi 1400 manat torpaq vergisini bələdiyyənin hesabına ödədiyini qeyd etmiş, lakin həmin hesaba köçürülmə sənədləri barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Belə ki, 1400 manat pulun həqiqətəndə iddiaçı tərəfindən ödənilməsi cavabdehin izahatı ilə təsdiq edilməsinə baxmayaraq, cavabdeh həmin pulun bələdiyyə hesabına köçürülməsini bildirmiş, lakin bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, həmin sübutların təqdim edilməsi vəzifəsi qanunla cavabdehin üzərinə düşür. Bundan əlavə yalnız 80 manat məbləğində torpaq vergisinin İddiaçı tərəfindən Abşeron Rayonu Masazır Bələdiyyəsinə ödənilməsi və qalan ödənişlərin bələdiyyəyə köçürülməsini təsdiq edən sübutların olmaması faktı Abşeron Rayon Məhkəməsinin 2(012)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bununla müəyyən edilir ki, cavabdehin bələdiyyə sədri olduğu vaxtda köçürülmüş 1400 manat torpaq vergisi bələdiyyənin hesabına köçürülməmişdir. Məhkəmə qeyd edir ki həmin dövrdə Abşeron Rayonu, Masazır Bələdiyyəsinin sədri vəzifəsini Cavabdeh icra etdiyindən, sədr olaraq vətəndaşların ödədikləri vergilərin bələdiyyənin hesabına köçürülməsinin təmin edilməsi və ona nəzarət etməsi onun vəzifə borcu olduğundan, lakin həmin vəzifəni yerinə yetirmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 1400 manat torpaq vergisinin iddiaçıya qaytarılması öhdəliyi onun üzərinə düşür. Beləliklə qeyd edilən bu hallara məcmu şəklində qiymət verərək, məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli və Cavabdeh 1400 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3579/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3579/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver