Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3582/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 05/2017 saylı qətnaməsi ilə təyin olunmuş 118 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X1 üçün 175(yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, birgə nikahlarından dünyaya gəlmiş 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X4 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməy iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1si ilə təyin olunmuş 110 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X9, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X4 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 (bir yüz) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X9, 08 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilən alimentin məbləğinin artırılaraq 160 manat, cəmi 320 manat alimentin tutulması və 11 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Cavabdeh “alimentin miqdarının dəyişdirilməsi” iddia tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-808/2020 saylı qətnaməsinə əsasən 2(002)-844/2019 saylı, 28.03.2019-cu il tarixli qətnaməsi ilə təyin edilən alimentin miqdarının dəyişdirilərək, 05 yanvar 2016-cı il təvəllüdlü X9, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat olmaqla, 330 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşaqların ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Bu səbəbdən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və ünvanlandığı iddia ərizəsinə etirazda bildirdi ki, o, iddianı qəbul etmir. o, 13 iyun 2014-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, yataqxana 57, mənzil 73-də yaşayan X7 ilə ailə həyatı qurmuşdur. Cavabdehlə nikahları 13 may 2014-cü ildə qeydə alınmışdır. Ailə qurduqdan bir neçə ay sonra biz cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, yataqxana 57, mənzil 73də yaşamışlar. Birgə nikahlarından 05.01.2016-cı ildə Xəyal adında, 08.04.2017-ci ildə Fəray adında və 11.12.2018-ci ildə isə Afşin adında 3 övladları dünyaya gəlmişdir. İddiaçı onun müvəqqəti işsizliyindən istifadə edərək əvvəlcə anadan olmuş iki uşağa görə Qaradağ rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli və 05.06.2017-ci il tarixli qətnamələri ilə uşaqların hər birinə 118 manat, cəmi 236 manat ondan aliment alır. Bundan sonra iddiaçı 11 dekabr 2018-ci ildə anadan olmuş 3-cü uşağa görə alimentin təyin olunması və əvvəlki iki uşağa təyin olunmuş alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etdi və Qaradağ rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(002)-844/2019 saylı qətnaməsi ilə ondan hər uşağa görə 160 manat, cəmi 480 manat alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. O, iddiaçı ilə aralarında olan nikahın pozulmasına qərar verdi. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli 2(002)-205/2020 saylı qətnaməsi ilə onunla iddiaçı arasında olan 13 may 2014-cü il tarixdə Kürdəmir RİHB-nin Mehdili kəndi üzrə nümayəndəliyində 16 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Bundan sonra tərəfindən keçmiş həyat yoldaşına qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbi ilə Məhkəməyə müraciət etdi. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli 2(002)- 808/2020 saylı qətnaməsi ilə iddiası qismən təmin olunmuş, hər uşağa görə alimentin miqdarı 160 manatdan 110 manata azaldılmış, alimentin ümumi məbləği isə 480 manatdan 330 manata endirilmişdir. Məhkəmənin bu ədalətli qərarından hiddətlənən iddiaçı sözügedən Məhkəmə qərarının qüvvəyə minməsindən bir neçə gün keçdikdən sonra “alimentin artırılması tələbinə dair” əsası olmayan iddia ərizəsi ilə Məhkəməyə müraciət edir. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(002)-1445/2020 saylı qətnaməsi ilə iddiaçı X11 qızının iddiası rədd edilmişdir. Bu məlum qətnamədən iddiaçı tərəfindən verilən Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(103)-6911/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı ərazi aidiyyətini dəyişərək “alimentin miqdarının artırılması tələbinə dair” 2021-ci ilin iyun ayında Abşeron rayon Məhkəməsinə ərizə verir. Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”nin 6-cı maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Hazırda Kürdəmir SSİ-də İİİ dərəcəli maşinist və ayda 270 manat sabit pul məbləğində əmək haqqı alır. Bu məbləğdən savayı, kənar yerdən heç bir qazancı yoxdur. Özünə məxsus yaşayış evi də yoxdur. Valideynlərinə məxsus mənzildə məskunlaşmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən, məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də, diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla, azaldıla və artırıla bilər.Qeyd olunan hüquqi akta əsasən, 3 uşağa görə ondan tutulan alimentin miqdarı, hazırki məvacibimə uyğun olaraq, məhkəmə tərəfindən cəmisi, 125 manat təyin edilməli idi. Lakin məhkəmə bunları nəzərə almadan, məndən 330 manat pulun tutulmasını qət etmişdir, (hər uşağa görə 110 manat).Hal-hazırda onun 270 manat sabit pul məbləğində olan əmək haqqından 70 faiz hesabı ilə, hər ay 175 manat pul tutularaq, iddiaçıya ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1,-ci maddəsində göstərilir ki, “aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər”. Odur ki, keçən müddətdə onun gəlirlərində heç bir dəyişiklik baş verməmişdir. Yeganə dəyişiklik bu dövrdə o, yeni ailə həyatı qurmuş və ailə büdcəsindəki gərginlik artmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan ünvan 1sindən görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-844/2019 saylı, 28.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 05 yanvar 2016-cı il təvəllüdlü X9, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AR Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh AR Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyin Daykazımlı kəndində qeydiyyatdadır və işləyir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarına istinad edərək hesab edir ki, hazırki iş üzrə cavabdehin hər ay hər uşaq üçün iddiaçıya 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment ödəməsi, həmçinin 11 dekabr 2018-ci il təvəllüdlü X4 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 manat alimentin tutulması real olmadığından faktiki olaraq imkanı xaricindədir. Həmçinin cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olması barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyi üçün iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarından çıxış edərək hesab edir ki, cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olması barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyi üçün iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1si ilə təyin olunmuş 110 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X9, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X4 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 (bir yüz) manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3582/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3582/2021
29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver