Məhkəmə qərarları › İş №2(012)-3608/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3608/2022

14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3608/2022 14.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı X2 nümayəndəsi və vəkili Abbas-X17 iştirakı ilə, İddiaçı X2 cavabdeh X12 qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh X12 qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh X14 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış 36 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 onun yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili X19 oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı X6 cavabdeh X14 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Tərəflərin xarakterlərinin uyğun gəlməməsi, cavabdehin uşaqların maddi təminatını ödəməməsi, uşaqların tərbiyəsində iştirak etməməsi evdə mütəmadi olaraq münaqişələrin yaranmasına səbəb olmuş, bu hadisə uşaqların psixi durumlarına da mənfi təsir göstərdiyindən tərəflər arasında ailə nikah münasibətləri tamamilə kəsilmişdir. Tərəflərin barışması, gələcək ailə həyatının qorunub saxlanılması mümkün deyildir. Məhkəmə tərəfindən verilmiş 3 aylıq barışıq müddəti ərzində tərəflərin ailə nikah münasibətləri bərpa olunmadığından iddiaçı nikahının pozulmasında israrlıdır. Nikah pozulduqdan sonra cavabdeh ilə birgə nikahlarından olan uşaqların onun yanında saxlanılmasını və uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulmasını iddiaçı zəruri hesab edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ № 107204 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X6 xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 nömrəsi ilə qeyd edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ № 949061 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1824 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X14, anası X4r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ № 225773 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2511 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X14, anası X4r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 489868 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 340 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X14, anası X4r. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, X1 rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 15 saylı evin 28 saylı mənzilində, X14 isə Gəncə şəhəri Kəpəz rayonu Nuxa küçəsi 37 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlanacaq): 19.1 maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1. maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirib hesab edir ki, iddiaçı nikahının pozulmasını təkid etdiyindən, verilmiş barışıq müddəti ərzində tərəflərin ailə nikah münasibətləri bərpa olunmadığından, nikaha daxil olmaq könüllü olduğu kimi nikah münasibətlərində qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan iddia tələbləri nikahın pozulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Ailə Məcəlləsinin 22.2.1. maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsini həll etməlidir. Məhkəmə, tərəflərin birgə nikahlarından olan uşaqların yaşını, anaya bağlılığını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X11 anasının (iddiaçının) yanında qalmalıdır. Ailə Məcəlləsinin: 22.2.2. maddəsinə əsasən, məhkəmə boşanmadan sonra aliment məsələsini həll etməlidir. 75.1., 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə, qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, tərəflərin diqqətəlаyiq mаrаqlаrını nəzərə аlаrаq, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, yəni xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq, X8 X2 хеyrinə hər аy hər bir uşağa görə 193 mаnаt olmaqla, cəmi 579 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 237-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X6 ilə X14 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış 36 nömrəli akt qeydli nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X11 anaları X2 yanında saxlanılsın. Cavabdeh X8 xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar