Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3610/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 2(012)-3610/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QİYABİ QƏTNAMƏ ABŞERON RAYON MƏHKƏMƏSİ 01 iyul 2021-ci il Xırdalan şəhəri Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli 10.01.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyini nəzərər alaraq, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, Qarabağ qazisidir. Könüllü olaraq ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Müharibədə hərbi partlayış travması almışdır. Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli 10.01.2015-ci il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydi hazırda Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Lakin Cavabdeh borcunu ödəməmişdir. Artıq 6 ildir ki, Cavabdeh icra qeydini icra etmir və onun bu hərəkəti ona qarşı əldən çıxmış faydaya səbəb olmuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli 10.01.2015-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh 9144 manat pul məbləği tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindın verilmiş icra sənədinin məhkəməyə qaytarılması haqqında 23.06.2017-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M- 01/17 reyestrli 10.01.2015-ci il tarixli icra qeydinin hazırki mərhələdə icrası mümkün olmadığı nəzərə alınması və icra sənədlərinin məhkəməyə qaytarılmasını qərara almışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli 10.01.2015-ci il tarixli icra qeydinə əsasən, Cavabdeh 9144 manat pul məbləği tutularaq İddiaçı ödənilməlidir. Lakin Cavabdeh hələdə öz öhdəliyini yerinə yetirməmiş və Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindın verilmiş icra sənədinin məhkəməyə qaytarılması haqqında 23.06.2017-ci il tarixli qərarına əsasən, Cavabdeh barəsində Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli 10.01.2015-ci il tarixli icra qeydinin hazırki mərhələdə icrası mümkün olmadığı nəzərə alınması və icra sənədlərinin məhkəməyə qaytarılmasını qərara almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının icra qeydinin icra edilmədiyi müddət üçün faizləri cavabdehdən tələb etmək hüququ vardır. Odur ki, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli 10.01.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyini nəzərər alaraq, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Əmrah Firüddin oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli 10.01.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədi üçün, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3610/2021
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-3610/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver