Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3619/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 14 iyul 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.10.2018-ci il tarixli müqaviləyə əsasən X5 markalı Kombi, İMEİ Kodu **********94022 olan Samsung Galaxy J7 markalı telefon üçün 706 manat ödənilməmiş hissə, 195 manat dəbbə pulu, 12.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor, DECT PANASONİC markalı ev telefonu üçün 2.337 manat ödənilməmiş hissə, 691 manat dəbbə pulu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən DECT PANASONİC markalı ev telefonu üçün 60 manat ödənilməmiş hissə, 18 manat dəbbə, 14.10.2019-cu il tarixli müqaviləyə əsasən X4 markalı Kombi üçün 1.934 manat ödənilməmiş hissə, 433 manat dəbbə, ümumilikdə 6.374 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 23.10.2018-ci il tarixli, 12.09.2019-cu il tarixli, 13.09.2019-cu il tarixli və 14.10.2019-cu il tarixli müqavilələrə əsasən X5 markalı Kombi, İMEİ Kodu **********94022 Samsung Galaxy J7 markalı telefon, LG LED markalı televizor, 2 ədəd DECT PANASONİC markalı ev telefonu, X4 markalı Kombi almış və nəticədə 6.374 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 23.10.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.347 manat olan X5 markalı Kombi, İMEİ Kodu **********94022 Samsung Galaxy J7 markalı telefon üçün 706 manat ödənilməmiş hissə, 195 manat dəbbə pulu olmaqla, cəmi 901 manat borcu yaranmışdır. 12.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.899 manat olan LG LED markalı televizor, DECT PANASONİC markalı ev telefonu üçün 2.337 manat ödənilməmiş hissə, 691 manat dəbbə pulu olmaqla, cəmi 3.028 manat borcu yaranmışdır. 13.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 84 manat olan DECT PANASONİC markalı ev telefonu üçün 60 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu olmaqla, cəmi 78 manat borcu yaranmışdır. 14.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.040 manat olan X4 markalı Kombi üçün 1.934 manat ödənilməmiş hissə, 433 manat dəbbə pulu olmaqla, cəmi 2.367 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.333 manat təşkil edir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 23.10.2018-ci il tarixli, 00344750 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən X5 markalı Kombi və İMEİ Kodu **********94022 olan Samsung Galaxy J7 markalı telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.09.2019-cu il tarixli, 00906968 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən LG LED markalı televizor və DECT PANASONİC markalı ev telefonu qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.09.2019-cu il tarixli, 00909262 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən DECT PANASONİC markalı ev telefonu qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.10.2019-cu il tarixli, 00980365 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən X4 markalı Kombi qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 23.10.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu X5 markalı Kombi, İMEİ Kodu **********94022 olan Samsung Galaxy J7 markalı telefon üçün 706 manat ödənilməmiş hissə, 195 manat dəbbə pulu olmaqla, ümumilikdə 901 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 12.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor, DECT PANASONİC markalı ev telefonu üçün 2.337 manat ödənilməmiş hissə, 691 manat dəbbə pulu olmaqla, ümumilikdə 3.028 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 13.09.2019-cu il tarixli müqaviləyə əsasən DECT PANASONİC markalı ev telefonu üçün 60 manat ödənilməmiş hissə,18 manat dəbbə pulu olmaqla, ümumilikdə 78 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 14.10.2019-cu il tarixli müqaviləyə əsasən X4 markalı Kombi üçün 1.934 manat ödənilməmiş hissə, 433 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.367 manat borcu vardır. İş materiallarında olan 29.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 23.10.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 195 manat dəbbənin məbləği azaldılmalı, 19 manat müəyyən edilməli, 12.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 691 manat dəbbənin məbləği azaldılmalı, 69 manat müəyyən edilməli, 13.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 18 manat dəbbənin məbləği azaldılmalı, 5 manat müəyyən edilməli və 14.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 433 manat dəbbənin məbləği azaldılmalı, 43 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 23.10.2018-ci il tarixli müqaviləyə əsasən X5 markalı Kombi və İMEİ Kodu **********94022 olan Samsung Galaxy J7 markalı telefon üçün 706 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 12.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor və DECT PANASONİC markalı ev telefonu üçün 2.337 manat ödənilməmiş hissə, 69 manat dəbbə pulu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən DECT PANASONİC markalı ev telefonu üçün 60 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu və 14.10.2019-cu il tarixli X4 markalı Kombi üçün 1.934 manat ödənilməmiş hissə 43 manat dəbbə pulu, ümumilikdə 5.173 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23.10.2018-ci il tarixli müqaviləyə əsasən X5 markalı Kombi və İMEİ Kodu **********94022 olan Samsung Galaxy J7 markalı telefon üçün 706 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 12.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor və DECT PANASONİC markalı ev telefonu üçün 2.337 manat ödənilməmiş hissə, 69 manat dəbbə pulu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən DECT PANASONİC markalı ev telefonu üçün 60 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu və 14.10.2019cu il tarixli X4 markalı Kombi üçün 1.934 manat ödənilməmiş hissə 43 manat dəbbə pulu, ümumilikdə 5.173 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3619/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3619/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver