Məhkəmə qərarları › İş №2(012)-3619/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3619/2023

11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3619/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ümumilikdə 10000 manat məbləğində zərərin və məhkəməyə müraciət etmək üçün ödənilən 120 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh xx.xx.2021-ci ildə Abşeron rayon, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsini satmışdır. Belə ki, cavabdeh ilə aralarında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi olmamışdır. Cavabdeh ona torpaq sahəsini xx.xx.2021-ci ildə verilmiş etibarnamə ilə təhvil vermişdir. O, torpaq sahəsini almaq üçün cavabdehə ilkin olaraq əlbəəl 5000 manat, daha sonra isə növbəti 2 ayda əlbəəl 2000 manat, sonra isə 4 ay ərzində 1000 manat, 900 manat, 805 manat və 302 manat olmaqla cavabdehin “Kapital Bank”-dan olan bank hesabına ödəmişdir. Həmçinin cavabdeh özü əmlak alqı-satqısıyla məşğuldur. Lakin cavabdehin ona satdığı torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi (çıxarışı) yoxdur. Buna görə də onlar rəsmi qaydada notariusda alqı-satqı müqaviləsi bağlaya bilməmişlər. Belə ki, cavabdeh həmin torpaq sahəsini Abşeron Rayon Qobu Bələdiyyəsinə müraciət edərək əldə etmiş və nəzərdə tutulan akta əsasən, cavabdeh torpaq sahəsinin müqavilində Abşeron Rayon Qobu Bələdiyyəsinə 800 manat ödəniş etmişdir. Lakin torpaq sahəsini aldıqdan sonra cavabdehin adına belə bir torpaq sahəsinin olmadığı müəyyən edilmişdir. Burdan aydın olur ki, cavabdeh onu aldatmışdır. O, bununla bağlı Abşeron Rayon Polis İdarəsinə də müraciət etmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş izahatdan görünür ki, 2021-ci ilin dekabr ayında o, özünə məxsus olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsini 16000 manat müqabilində İddiaçı satmış və sonuncu ilkin ödəniş qismində 5000 manat ödəmiş, geri qalan 11000 manatı isə hissə-hissə ödəyəcəyinə söz vermiş, o isə etiraz etməmişdir. Bundan sonra o, Mədinəyə Bakı şəhərində yerləşən 32 saylı Notariat Kontorunda etibarnamə vermiş, sonradan Mədinə ona 5000 manat da ödəməklə ona ümumilikdə 10000 manat pul vermişdir. Lakin sonradan Mədinə torpaq sahəsini almaq istəmədiyini deyərək pulu geri qaytarmasını tələb etmişdir. O isə maddi vəziyyətinin pis olması səbəbindən həmin pulun 3500 manatını xərcləmiş, qalan 6500 manatını isə vermişdir. Bundan sonra o, torpaq sahəsini satdıqdan sonra pulunu verəcəyinə söz vermişdir. Onun Mədinəni aldatmaq fikri olmamışdır, torpaq sahəsinin sənədləri saxta deyildir və torpaq sahəsini satdıqdan sonra Mədinənin pulunu qaytaracaqdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Cavabdeh İddiaçı torpaq sahəsinə görə ümumilikdə 10000 manat pul almışdır. Lakin torpaq sahəsinin rəsmi sənədi olmadığında cavabdeh həmin torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməmişdir. Belə olan halda iddiaçı ödədiyi 10000 manat pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh həmin məbləği qaytarmamışdır. Cavabdeh İddiaçı torpaq sahəsinə görə ümumilikdə 10000 manat pul alması Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli cinayıt işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş izahat ilə öz təsdiqini tapır. Odur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, Cavabdeh 10000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 120 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10000 manat pul və 120 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar