Məhkəmə qərarları › İş №2(012)-362/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-362/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-362/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş ziyana görə 1760 manat məbləğində pulun, ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun, 300 manat məbləğində hüquqi yardım pulunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, “Ford Transit yük” markalı ** GV *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı xüsusi mülkiyyətindədir. Həmin maşını etibarnamə ilə idarə edilməsi üçün X1 vermişdir. xx.xx.2024-cü ildə X3 etibarnamə ilə idarə etdiyi ona məxsus “Ford Transit yük” markalı ** GV *** dövlət nömrə nişanlı avtomaşını Məmmədli qəsəbəsi Pirşağı-Məmmədli yolunda sola geri dönmək üçün dayanmış, arxasında yaxınlaşmaqda olan 'Toyota Prius” markalı ** SD *** dövlət nömrə nişanlı avtomaşın onu arxa hissədən vurmuşdur və nəticədə avtomobilin arxa hissəsi yararsız vəziyyətə düşmüşdür. Yol hərəkət qaydalarını pozmuş “Toyota Prius” markalı ** SD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində inzibati qərar çıxarılaraq AR İXM-nin 327.1 -ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomaşına 1760 manat məbləğində maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan yetirilməsi iddia ərizəsinə əlavə edilmiş qüsur aktı ilə də sübut olunur. Cavabdehin idarə etdiyi avtomaşının icbari sığortası olmadığından hazırda avtomaşına dəymiş ziyan qarşılana bilmir. Cavabdehdən iddiaçıya dəymiş ziyanı ödəməsini tələb etsə də, o bundan boyun qaçırır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş,lakin məhkəmənin hazırlıq iclaslarında iştirak edərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. “Ford Transit yük” markalı ** GV *** dövlət nömrə nişanlı avtomaşına 755 manat ziyan dəymişdir.İddiaçının maşınının qapısı çürük olduğu üçün onun qapısının yenisi ilə əvəz edilməsinə razı deyildir.İddiaçıya məxsus avtomaşına əhəmiyətli dərəcədə ziyan dəyməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Sabunçu DYPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətlarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh «“Toyota Prius” markalı ** SD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə, saat 13:15 radələrində Bakı şəhəri Babək (Zabrat) 53 yolunda araməsafəsi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli, 9/9092 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “X7” tərəfindən tərtib edilmiş zərər aktına əsasən 1999-cu il buraxılışlı “Ford Transit yük” markalı, ** GV *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1275,0 müəyyən edilir. Nəzəri hesablama yolu “Müstəqil ekspert X4” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışına əsasən 1999-cu il buraxılışlı “Ford Transit yük” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1295,0 müəyyən edilir. Məhkəmə iddiaçının vəkili- nümayəndəsini dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli, 9/9092 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “X7” tərəfindən tərtib edilmiş zərər aktına əsasən 1999-cu il buraxılışlı “Ford Transit yük” markalı, ** GV *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1275,0 müəyyən edilir. Nəzəri hesablama yolu “Müstəqil ekspert X4” tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli arayışına əsasən 1999-cu il buraxılışlı “Ford Transit yük” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1295,0 müəyyən edilir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edildi ki, “Ford Transit yük” markalı ** GV *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı xüsusi mülkiyyətindədir. Həmin maşını etibarnamə ilə idarə edilməsi üçün X1 vermişdir. xx.xx.2024-cü ildə X3 etibarnamə ilə idarə etdiyi iddiaçıya məxsus “Ford Transit yük” markalı ** GV *** dövlət nömrə nişanlı avtomaşını Məmmədli qəsəbəsi Pirşağı-Məmmədli yolunda sola geri dönmək üçün dayanmış, 'Toyota Prius” markalı ** SD *** dövlət nömrə nişanlı avtomaşın avtomobili arxa hissədən vurmuşdur və nəticədə avtomobilin arxa hissəsi yararsız vəziyyətə düşmüşdür. Yol hərəkət qaydalarını pozmuş “Toyota Prius” markalı ** SD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində inzibati qərar çıxarılaraq AR İXM-nin 327.1 -ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 1295 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 16 dekabr 2024-cü il tarixli, 9/9092 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçının hüquqi yardımla əlaqədar ödədiyi 300 manat məbləğində xidmət haqqı qismən təmin edilərək cavabdehdən 200 manat məbləğində xidmət haqqı və iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 38 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1295 manat, hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı və 38 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 16 dekabr 2024-cü il tarixli, 9/9092 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar