Məhkəmə qərarları › İş №2(012)-3624/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3624/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3624/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehİddiaçı ASC-nin xeyrinə kredit borcu 2032,44 manat, faiz borcu 775,84 manat, cəmi 2808,28 manat və ödənilmişdir 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının İddiaçı ASC-ninnümayəndəsi Musayev Rövşən Əlövsət oğlu məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizəylə müraciət edərək, Cavabdeh əsas borcu 1413,80 manat, faiz borcu 120, 35 manat, cəmi borcu isə 1534,15 manat və 20 manat dövlət rüsumunun məbləği tutularaq “ İddiaçı” ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının İddiaçı ASC-ninnümayəndəsi Musayev Rövşən Əlövsət oğlu iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə № PK-756 saylı Kredit muqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 28% olmaqla 48 ay müddətinədək 2790 manat məbləğində kredit verilmişdir. Bundan əlavə PK-756 saylı kredit müqaviləsinin 4.2-ci maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 15-dən gec olmayaraq 97,24 manat məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə uyğun olaraq nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsində göstərilən öhdəlikləri lazımincə icra etmir. Tərəflərindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcu ödəməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh göstərdi ki, banka kredit borcuna görə ödənişlər etmiş, ona görə də bank ödədiyi əlavə pulları ona qaytarmalı olduğundan idianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli № PK-756 saylı kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh İddiaçıASC tərəfindən 48 ay müddətinə, illik 28% ödəmək şərti ilə 2790 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli № PK-756 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə əsas borcu 1413, 80 manat, faiz borcu 120, 35 manat olmaqla, cəmi 1534, 15 manat borcu vardır. İş materialında olan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunda göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində PK-799 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Sizə istehlak məqsədi ilə 48 ay müddətinə, illik 28% olmaqla 2790 AZN manat məbləğində kredit verilmişdir. Lakin Siz xx.xx.2014-cü il tarixində PK-799 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmirsiz. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında xx.xx.2014-ci il tarixli PK-799 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2014-ci il tarixli PK-799 saylı kredit müqaviləsinin üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 20 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əsas borcu 1413,80 manat, faiz borcu 120, 35 manat, olmaqla, cəmi borcu isə 1534,15 manat borcun və 20 manat dövlət rüsumunun məbləği tutularaq “ İddiaçı” ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar