Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3625/2024 26.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün aliment miqdarının artırılaraq sabit məbləğdə hər uşağa hər ay 235 manat olmaqla, cəmi 470 manat alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə nikaha girmiş və nikah rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Ədalət və xx.xx.2013-cü il təvəllüdlü Dünyamin adlı iki uşaq olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-3628/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozularkən birgə nikahdan olan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşağa ayda 154 manat sabit pul məbləğində alimentin pulunun tutulub ona verilməsi müəyyən olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2022-ci il tarixli qətnaməsinə əsasən isə alimentin miqdarı artırılaraq hər uşağa 193 manat müəyyən olunmuşdur. Lakin göstərilən miqdarda aliment uşaqların saxlanılması üçün yetərli deyil. Uşaqların saxlanmasında çətinlik çəkir. Birgə nikahdan doğulmuş uşaqlara tək baxır. Cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. Özü isə xəstədir və heç bir yerdə işləmir. Uşağa tək baxmağa imkanı yoxdur. Cavabdehin də öz uşağına baxmaq valideynlik borcudur. Cavabdeh kifayət qədər gəlirə malikdir və onun uşağın saxlanması üçün kifayət qədər maddi imkanı vardır. Bundan əlavə, uşaqlar böyümüş və xərcləri çox artmışdır. Məktəb və hazırlıq xərcləri alimentin miqdarından dəfələrlə artıqdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi. O qeyd etdi ki, təkrar nikaha girmişdir və bu nikahdan 2 uşağı vardır. Maddi imkanı zəif olduğundan alimentin artırılmasına zərurət yoxdur. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1813/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3628/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan ******* saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikahdan xx.xx.2020-ci il tarixdə Zəhra və xx.xx.2022-ci il tarixdə Rəsul adlı uşaqlar doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin əməkdaşıdır. X8 Şöbəsində köməkçi çilingər vəzifəsində işləyir və aylıq əmək haqqı 431,02 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Bundan başqa, işdən görünür ki, cavabdeh yenidən nikaha girmişdir və bu nikahdan onun xx.xx.2020-ci il tarixdə Zəhra və xx.xx.2022-ci il tarixdə Rəsul adlı uşaqları doğulmuşdur. Həmçinin işdəki mötəbər sənədlərdən görünür ki, cavabdeh rəsmi olaraq işləyir və 431,02 manat əmək haqqı alır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini, cavabdehin təkrar nikahdan uşaqlarının doğulmasını və rəsmi iş yerinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1813/2022 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay cəmi 386 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay cəmi 430 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1813/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 215 manat olmaqla, cəmi 430 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3625/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3625/2024
26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver