Məhkəmə qərarları › İş №2(012)-3628/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3628/2021

21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3628/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi X1 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı Rufullayeva Günel Sultanağa qızının, cavabdeh Rufullayev Turan Oktay oğlunun iştirakı ilə, İddiaçı Rufullayeva Günel Sultanağa qızının, cavabdeh Rufullayev Turan Oktay oğluna qarşı aliment tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rufullayeva Günel Sultanağa qızının, cavabdeh Rufullayev Turan Oktay oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərin birgə nikahlarından anadan olan Turan adlı oğlunun saxlanması üçün cavabdehdən sabit pul məbləğində 200 manat olmaqla, övladının 3 yaşına çatanadək saxlanması üçün əlavə 50 manat olmaqla, cəmi 250 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəsatət verərək bildirdi ki, tərəflərin hər ikisinin qeydiyyatı Lənkaran rayonuna aid olduğu üçün hazırkı işin ərazi aidiyyatı üzrə Lənkaran Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinin ərazi aidiyyatı üzrə düzgün verildiyini, vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə cavabdehin vəsatətini işin materialları ilə birgə araşdırıb hesab edir ki, verilmiş vəsatət təmin edilməli və mülki iş baxılması üçün Lənkaran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarından görünür ki, tərəflərin hər ikisinin qeydiyyatı Lənkaran rayonunadır.İddiaçının Abşeron rayonuna müvəqqəti qeydiyyatının olması onun hazırkı iddia ilə Abşeron rayonuna müraciət etməsi və işə həmin məhkəmədə baxılması üçün əsas ola bilməz. MPM-nin 35.1 maddəsinə görə qanunda başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 45.1.maddəsinə görə mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2.maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Rufullayeva Günel Sultanağa qızının, cavabdeh Rufullayev Turan Oktay oğluna qarşı aliment tələbinə dair mülki iş baxılması üçün Lənkaran rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: C.İ. Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar