Məhkəmə qərarları › İş №2(012)-3628/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3628/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3628/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Fəxrəddin oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə 05 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Əliyev Aqil Qulu oğluna və Cavabdeh Fəxrəddin oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əliyev Aqil Qulu oğlu və Cavabdeh Fəxrəddin oğlundan xx.xx.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 800.57 (səkkiz yüz manat əlli yeddi qəpik) manat əsas borc, 410.64 (dörd yüz on manat altmış dörd qəpik) manat faiz borcu, 396.95 (üç yüz doxsan altı manat doxsan beş qəpik) manat kredit müqaviləsinin bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 1608.16 (min altı yüz səkkiz manat on altı qəpik) manat borcun, 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı AS-nin “İnam” filialı ilə cavabdeh Əliyev Aqil Qulu oğlu bağlanmış xx.xx.2011-ci il tarixli 2475 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 30% ödənilmək şərti ilə 2200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh Fəxrəddin oğlu ilə həmin tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh Fəxrəddin oğlu borclunun bank qarşısındakı öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Əliyev Aqil Qulu oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borcluların xx.xx.2018-ci il tarixə hesablanmış Banka ödənilməmiş pul borcu 800.57 (səkkiz yüz manat əlli yeddi qəpik) manat əsas borc, 410.64 (dörd yüz on manat altmış dörd qəpik) manat faiz borcu, 396.95 (üç yüz doxsan altı manat doxsan beş qəpik) manat cərimə, 225,75 manat kredit müqaviləsinin bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 1608.16 (min altı yüz səkkiz manat on altı qəpik) manat təşkil edir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3628/2022 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Əliyev Aqil Qulu oğluna və Cavabdeh Fəxrəddin oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası cavabdeh Əliyev Aqil Qulu oğluna münasibətdə iddia tələbi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2011-ci il tarixli 2475 saylı kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Əliyev Aqil Qulu oğluna illik 30% ödənməsi şərti ilə 12 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli Zaminlik Müqaviləsindən görünür ki, zamin Cavabdeh Fəxrəddin oğlu borclunun bank qarşısındakı öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh Fəxrəddin oğlunun xx.xx.2011-ci il tarixində bağlanmış 2475 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə İddiaçı ASC-yə 800.57 (səkkiz yüz manat əlli yeddi qəpik) manat əsas borc, 410.64 (dörd yüz on manat altmış dörd qəpik) manat faiz borcu, 396.95 (üç yüz doxsan altı manat doxsan beş qəpik) manat kredit müqaviləsinin bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 1608.16 (min altı yüz səkkiz manat on altı qəpik) manat borcu vardır. Mülki işin materiallarında olan 1 saylı Bakı İnziabati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarından müəyyən edilir ki, İddiaçı ASC-nin məcburi ləğv edilməsi və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nın ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, bоrclu оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra еdilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər bоrclu öhdəliyin lazımınca icra еdilməməsi, о cümlədən müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi üçün cərimə ödəyəcəyini vəd еtmişdirsə, krеditоr cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb еdə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixində bağlanmış 2475 saylı kredit müqaviləsi üzrə hesablanmış 396.95 (üç yüz doxsan altı manat doxsan beş qəpik) manat cərimənin məbləği azaldılmalı və həmin məbləğ 75 manat müəyyən edilməlidir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən бorclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Азярбайъан Республикасы Мцлки Мяъяллянин 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çağırdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə müddətin keçməsi ilə xitam verilməsi əsası ilə iddia əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Fəxrəddin oğluna qarşı kredit müqaviləsi üzrə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası zaminliyə müddətin keçməsi ilə əlaqədar xitam verildiyindən təmin edilməməldir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə hesablanmış 30 manat dövlət rüsumu iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Fəxrəddin oğluna qarşı kredit müqaviləsi üzrə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərci olan iddia ərizəsinin verilməsinə görə hesablanmış 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar