Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-723/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(026)-12/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı 1318,34 ABŞ dolları əsas borc, 1098,64 ABŞ dolları faiz, 906,09 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 3323,07 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "DəmirBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 33 faiz olmaqla 24 ay müddətinə 2540 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında 10 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 10 iyul 2018-ci il tarixədək Ləğv prosesində olan İddiaçı ASC-yə 1318,34 ABŞ dolları əsas, 1098,64 ABŞ dolları faiz, 906,09 ABŞ dolları cərimə, ümumilikdə 323,07 ABŞ dolları borcu vardır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar.
3. Cavabdeh1 Əmiraslan oğlu tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, bankın iddiası və ekspert rəyi əsassızdır. Bankla xx.xx.2014-cü il tarixdə müqavilə bağlamış və xx.xx.2016-cı il tarixdə müqavilə bitmişdir. Tələb olunan məbləğ şişirdilmişdir. Bu isə çətin durumda olan dolanacaq vəziyyətini daha da ağırlaşdıracaqdır. Ailəsi 9 nəfərdən, dördü azyaşlı məktəbli uşaqdan ibarədtdir. Ailə üzvləri heç bir yerdə işləmir. Bankdan 2 il müddətinə 33 %-lə 1947,80 manat pul götürmüşdür, Borcu ümumilikdə 2 il müddətinı 2590 manat təşkil etmişdir. 1 il 6 ay bankın hesabın hər ay 115 manat, ümumilikdə 1995 manat ödəniş etmişdir. Banka 595,55 manat borcu qalmışdır. 8 ay ödəniş etmiş, 2015-ci lin fevral ayında ABŞ dollarının kursu qalxmış, bankdan soruşduqda köhnə qaydada ödəniş etməli olduğu bildirilmişdir. 2015-ci ilin dekabr ayında ikinci devalivasiyadan sonra ona 1,7 manat kursla hesablanma aparıldığı bildirilmişdir. Sonradan banka olan 595,55 manatı ödəyə bilməmişdir.
4. Qobustan Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(026)-12/2019 saylı qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada manatın ABŞ dollarına olan nisbətdə ödəniş gününə olan məzənnəsi ilə 10 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən 1318,67 ABŞ dolları əsas borc, 1098,77 ABŞ dolları faiz olmaqla, ümumilikdə 2417,11 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 33 faiz olmaqla 24 ay müddətinə 2540 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında 10 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini pozmuşdur. Cavabdehin 10 iyul 2018-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən 1318,34 ABŞ dolları əsas borc, 1098,77 ABŞ dolları faiz borcu olmaqla cəmi 2417,11 ABŞ dolları məbləğində borcu vardır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2, ç448.1, 449.1, 472.1, 472.2, 739.1, 739.2-ci i maddələrinə istinad edərək istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh1 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(026)-12/2019 saylı qətnaməsin dəyişdirilməsini, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 saylı Fərmanı tətbiq edilməklə qalıq borcu olan 962,53 manat məbləğində pulun 60 ay müddətinə restrukturizasiya edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni ondan və zamindən cəmi 2417,11 ABŞ dolları məbləğində borcun tutulmasına dair hissədə aşağıda istinad olunanlara əsasən tamamailə qanunsuz və əsassız hesab edir və yalnız Prezidentin məlum fərmanına əsasən qalıq borcunun restruktrizasiya edildikdən sonra qalan 962,53 manat məbləğinin tutulmasını qanuni hesab edir. Hazırda ləğvetmə prosesində olan "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixdə bağladığı kredit müqaviləsi ilə əlaqədar bankdan 2540 ABŞ dolları pulu illik 33 faiz ödəmək şərti ilə 24 aya kredit götürmüş, aylıq o vaxtkı kurs ilə 114,25 manat 17 ay ödəniş etmiş, axırıncı ayı 40 manat ödəmişdir. 2015-ci il tarixdə baş vermiş devolvasiya ilə əlaqədar kredit müqaviləsi üzrə borcunu vaxtında ödəyə bilməmişdir. Ləğvetmə prosesində olan "xxxx" ASC ləğvedicisi X1 və zamin X5 qarşı Qobustan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək,1318 ABŞ dolları əsas borc,1098,64 ABŞ dolları faiz, 906,09 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 3323,07 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə məhkəmədə baxılması zamanı problemli kreditlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı hazırlandığından məhkəməyə həmin sərəncam qəbul edilənədək işin baxılmasını təxirə salınmasını xahiş etmiş və məhkəmə baxışı təxirə salınmışdır. Bundan sonra həmin iş üzrə məhkəmə iclasının olması barədə daha sonra isə iş üzrə hər hansı bir qətnamə qəbul edilməsi barədə heç bir məlumat verilməmişdir. Həmin günlərdə Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 saylı fərmanı qəbul edildiyindən və sonrakı məhkəmə iclasının olması barədə heç bir məlumat verilmədiyindən həmin məsələnin Prezidentin qeyd olunan fərmanı əsasında həll olunduğu qənaətinə gəlmişdir. Lakin 2025-ci ildə ona məlum olmuşdur ki, Qobustan Rayon Məhkəməsinin qeyd olunan iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi olmuşdur. Belə ki, məhkəmə iclası mənim vəsatəti ilə təxirə salındığı halda növbəti məhkəmənin vaxtı və yeri barədə ona heç bir məlumat verilmədən qeyd olunan qətnamə çıxarılmışdır. Həmin qətnamə qəbul edildikdən bir gün sonra Prezidentin məlum fərmanı qəbul edilmişdir. Əgər doğrudan da həmin qətnamədən məlumatı olsa idi, onda hökmən həmin qətnamədən apellyasiya şikayəti verərdi. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin broblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 saylı fərmanı qəbul edilmişdir. Həmin fərman təbii olaraq, ona də tətbiq edilmiş və "xxxx" ASC ilə bağladığı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən yaradılan elektron portalda restruktrizasiya ilə əlaqədar onunla müqavilə üzrə qalıq borcumun 962,53 manat olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixdə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevə rəsmi qaydada ərizə ilə müraciət edərək, xahiş etmişdir ki,” Dəmir Bank” ASC ilə bağladığı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 962,53 manat məbləğində borcunun 60 ay müddətinə restruktrizasiya edilməsinə və bankın elektron sistemi vasitəsilə hesablanmış faizlərin silinməsinə göstəriş versin. Lakin yuxarıda qeyd olunanlara və rəsmi müraciətinə baxmayaraq, 2025-ci ilə kimi nə cavabdeh təşkilatdan nə də məhkəmə icraçılarından ona heç bir borcun ödənilməsi tələbinə dair bildiriş və ya məktub göndərilməmişdir. Yalnız 24 dekabr 2024-cü il tarixdə cavabdeh tərəfindən Qobustan rayon İcra və probasiya şöbəsinə, ona və zamin X4 məktub göndərilərək xx.xx.2019-cu il tarixli qətnamə əsasında ondan və zamindən 2471.11 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq,” Dəmir Bank” ASC-yə ödənilməli olduğu bildirilmiş və qeyd edilmişdir ki, icra sənədinə əsasən 752,15 ABŞ dolları ödəniş edildiyindən 1664,96 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu borcu qalmışdır. Həmin məktubu isə 2025-ci ilin əvvəlində almışdır. Qeyd olunan qətnamənin yalnız ondan 962,53 manat məbləğində kredit borcunun tutulmasına dair hissəsi ilə razıdır və hesab edir ki, şikayət olunan qətnamə apellyasiya qaydasında dəyişdirilməlidir və iddiaçının iddiası qismən təmin olunaraq ondan 10 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi ilə əlaqədar 962,53 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış 10 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi ilə əlaqədar 2015-ci ildəki devolvasiyaya qədər onun tərəfindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyin pozulması və lazımınca icra edilməməsi halı mövcud olmamışdır. Belə ki, təqdim edilmiş sübutlardan da görünür ki, aylıq o vaxtkı kurs ilə 114,25 manatdan 17 ay ödəniş etmiş, axırıncı ayı 40 manat ödəmişdir. Həmin vaxt mantın devolvasiyası baş verdiyindən və kredit müqaviləsi üzrə borcu birdən-birə təxminən ikiqat artdığından onun iradəsindən asılı olmayan səbəblərə görə ödəniş edə bilməmişdir. Ona görə də, istinad olunan kredit müqaviləsi üzrə tərəfimdən kreditora hər hansı bir zərər vurulmasından söhbət belə gedə bilməzdi. Məhkəmə tərəfindən ondan və zamindən 2471.11 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edərkən bü cür qətnamənin qəbul edilməsin əsaslandıra biləcək iş üçün əhəmiyyətli olan hallar qətiyyən sübut edilməmişdir. Məhkəmə tərəfindən yalnız iddiaçının kredit müqaviləsi üzrə riyazi hesablamaları əsas götürülərək, kredit borcunun qalan hissəsini ödəməyini qeyri-mümkün edən yuxarıda qeyd edilmiş manatın 2015-ci ildə devolvasiyası ilə əlaqədar obyektiv hallar əsassız olaraq qətnamə qəbul edilərək nəzər alınmamışdır. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin broblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 saylı fərmanı qəbul edilmişdir. Həmin fərmana görə hazırda ləğvetmə prosesində olan "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixdə bağladığı kredit müqaviləsi üzrə qalıq borcum da restruktrizasiya edilərək 962,53 manat məbləğində qalıq borcumun olması müəyyən edilməli idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdiki, 2014-cü ildə bankdan 24 ay müddətinə, ayda 146 ABŞ dolları ödəmək şərtilə, 2540 ABŞ dolları məbləğində kredit götürmüş, 33 faizlə 17 ay gecikmə olmadan ödəmişdir. 2015-ci il tarixdə baş vermiş devalvasiya ilə əlaqədar kredit müqaviləsi üzrə borcunu vaxtında ödəyə bilməmişdir. 2019-cu ildə iddiaçı şişirdilmiş məbləğlərlə bağlı məhkəməyə müraciət etmişdir. 2025-ci ilin yanvar ayından etibarən əmək haqqından bankın hesabına tutulmalar olduğunu öyrənmişdir. Bundan sonra ona məlum olub ki, 2019-cu ilin fevralında onun iştirakı olmadan qətnamə çıxarılıb. Qətnamədən sonra heç bir ödəniş etməmişdir. İş materiallarında olan məktub öncəki ödənişlərə aiddir. Restrukturizasiyadan sonra 563 manat qalıq borcu var, ona görə də qalıq borcun 563 manat olmasını müəyyənləşdirilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar
12. Bakı Apelyasiya Məhkəməsinin 2-l(103)-3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
13. 10 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin surətində göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh1 Əmiraslan oğlu arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik faiz dərəcəsi 33 % olmaqla 24 ay müddətinə 2540 ABŞ dolları məbləğində kredit verilmişdir.
14. 10 iyul 2014-cü il tarixli 340004937/ZM saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.
15. Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 10 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 1318,34 ABŞ dolları əsas borc, 1098,64 ABŞ dolları faiz, 906,09 ABŞ dolları cərimə olmaqla ümumilikdə 3323,07 ABŞ dolları məbləğində borcu vardır.
16. 06 iyul 2018-ci il tarixli **********725 saylı xəbərdarlıqda göstərilir ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir ödəniş etməmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2019-cu il tarixli 28514 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və 10 iyul 2014- cü il tarixli ********* saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 1318,67 ABŞ dolları, faiz borcu 1098,77 ABŞ dolları məbləğində müəyyən edilir. .
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Qobustan Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(026)-12/2019 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(026)-12/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Əmiraslan oğlundan 962,53 manat məbləğində pul tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası Cavabdeh2 münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göğründüyü kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminliyə xitam verilməsinin əsaslarından biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarmasıdır. Hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədikdə zaminliyə xitam verilir. Hazırki işdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə, iki il müddətinə müqavilə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının son tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Hazırki işdən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə, müqavilə müddəti bitdikdən 2 il 1 ay 10 gün sonra məhkəməyə müraciət etmiş, bununla da zaminliyə xitam verilməklə, ona münasibətdə kreditorun tələb hüququ aradan qalxmışdır. Bu səbəbdən iddia tələbinin zamin Cavabdeh2 münasibətdə təmin edilməsi əsassız və qanunsuz olmuşdur.
23. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən Cavabdeh1 01 mart 2019-cu il tarixə əsas kredit borcu 2241,18 manat təşkil etmiş, borcun azaldılmasına yönələn məbləğ 1278,65 manat olmaqla, qalıq borcun və təklif olunan restrukturizasiya məbləği də 962,53 manat təşkil etmişdir. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq hesablanmış faizlərin silinməsi nəzərədə tutulsa da iddiaçı bank tərəfindən borc üzrə cərimə və faizlərin silinməsi təmin edilməmişdir.
24. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(026)-12/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Əmiraslan oğlundan 962,53 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi Cavabdeh2 münasibətdə və qalan hissədə təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Qobustan Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(026)-12/2019 saylı qətnaməsi çıxarılandan hazırkı vaxtadək cavabdeh tərəfindən qətnamənin icrası qaydasında ödənilmiş hər hansı bir məbləğ hazırkı qətnamə ilə tutulan borc məbləği üzrə icra zamanı nəzərə alınmalıdır.
26. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(026)-12/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Əmiraslan oğlundan 962,53 (doqquz yüz altımış iki manat, 53 qəpik) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 Əmiraslan oğluna münasibətdə qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.