Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1850/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə, İlkin İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdehlər ləğv prosesində olan İddiaçı ASC-yə qarşı kredit müqaviləsi üzrə tələbin təminata yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-40/2021 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ilkin iddia tələbinin qismən təmin edilməsi, 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 3430,55 manat, cərimə borcu üzrə 541,71 manat olmaqla, cəmi 3972,26 manat borc; 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 manat, müqavilə müddətinə heablanmış faiz borcu üzrə 49.466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.392,60 manat, cərimə borcu üzrə 175.247,10 manat olmaqla, cəmi 1.358.106,36 manat borc; 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502.500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32.662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115.502,45 manat, cərimə borcu üzrə 94.358,28 manat olmaqla, cəmi 745.023,23 manat borc; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11.239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.207,60 manat, cərimə borcu üzrə 38.469,17 manat olmaqla, cəmi 296.915,94 manat borc, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ilkin iddia tələbi “1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 77.638,90 manat, cərimə borcu üzrə 4333,29 manat, cəmi 81.972,19 manat borcun və 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 1703,11 manat, cəmi 1703,11 manat borcun Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair hissədə, iddia müddəti keçdiyindən, təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh “ "xxxx" ASC ilə aralarında bağlanmış 16 yanvar 2015-ci il tarixli, 25 fevral 2015-ci il tarixli və 10 mart 2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair ilkin iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə əlavə verərək, Cavabdeh 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 manat, müqavilə müddətinə heablanmış faiz borcu üzrə 49.466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.392,60 manat, cərimə borcu üzrə 175.247,10 manat olmaqla, cəmi borc 1.358.106,36 manat, 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 1703,11 manat, cəmi borc 1703,11 manat; 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 3430,55 manat, cərimə borcu üzrə 541,71 manat, cəmi borc 3972,26 manat; 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502.500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32.662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115.502,45 manat, cərimə borcu üzrə 94.358,28 manat, ümumilikdə 745.023,23 manat; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11.239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.207,60 manat, cərimə borcu üzrə 38.469,17 manat, ümumilikdə 296.915,94 manat; 1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 77.638,90 manat, cərimə borcu üzrə 4333,29 manat, ümumilikdə 81.972,19 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 6.5 faizlə 12 ay müddətinə 920.000 (doqquz yüz iyirmi min manat) AZN, 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 6.5 faizlə 12 ay müddətinə 530.000 (beş yüz otuz min manat) AZN, 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 6.5 faizlə 12 ay müddətinə 1.000.000 (bir milyon manat) AZN, 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 6.5 faizlə 12 ay müddətinə 201.000 (iki yüz bir min manat) AZN, 1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 6.5 faizlə 12 ay müddətinə 2.000.000 (iki milyon) AZN məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 nömrəli 10 fevral 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və "xxxx" MMC İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. Lakin sonradan həmin Məhkəmənin 2- 1(81)-1541/2016 nömrəli 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. Cavabdeh 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 (doqquz yüz iyirmi min manat 0 qəpik) AZN, faiz borcu üzrə 203.783,78 (iki yüz üç min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) AZN, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 118.705,56 (yüz on səkkiz min yeddi yüz beş manat əlli altı qəpik) olmaqla, cəmi 1.242.489,34 (bir milyon iki yüz qırx iki min dörd yüz səksən doqquz manat otuz dörd qəpik) AZN, 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 (sıfır manat 0 qəpik) AZN, faiz borcu üzrə 1819,41 min səkkiz yüz on doqquz manat qırx bir qəpik) AZN, cəmi 1819,41 (min səkkiz yüz on doqquz manat qırx bir qəpik) AZN; 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 (sıfır manat 0 qəpik) AZN, faiz borcu üzrə 3972,26 (üç min doqquz yüz yetmiş iki manat iyirmi altı qəpik) AZN, cəmi 3972,26 (üç min doqquz yüz yetmiş iki manat iyirmi altı qəpik) AZN; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201.000 (iki yüz bir min manat 0 qəpik) AZN, faiz borcu üzrə 45.135,59 (qırx beş min yüz otuz beş manat əlli doqquz qəpik) AZN, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 25.515,84 (iyirmi beş min beş yüz on beş manat səksən dörd qəpik) AZN, cəmi 271.651,43 (iki yüz yetmiş bir min altı yüz əlli bir manat qırx üç qəpik) AZN; 1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 (sıfır manat 0 qəpik) AZN, faiz borcu üzrə 81.972,19 (səksən bir min doqquz yüz yetmiş iki manat on doqquz qəpik) AZN olmaqla, cəmi 81.972,19 (səksən bir min doqquz yüz yetmiş iki manat on doqquz qəpik) AZN borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz manat) AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Cavabdehlər ləğv prosesində olan İddiaçı ASC-yə qarşı kredit müqaviləsi üzrə tələbin təminata yönəldilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə əlavə verərək göstərmişdir ki, hazırda iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Belə ki, 1568 nömrəli 05 dekabr 2014cü il tarixli kredit müqaviləsinin icra müddəti 05 dekabr 2015-ci il tarixədək, 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti 07 yanvar 2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçının sözügedən kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi isə 08 yanvar 2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə olan halda hesab edirlər ki, qeyd edilən iki müqavilə üzrə iddia müddəti keçdiyinə görə həmin müqavilələr üzrə pul tutula və girov predmetinə yönəldilə bilməz. Onunla "xxxx" ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli, 25 fevral 2015-ci il tarixli və 10 mart 2015ci il tarixli müqavilələr üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, hazırda pul tələbinin əsasını təşkil edən kredit borcları təminatlı borclardır. Kredit müqavilələrinin 4.1-ci bəndində onların təminatı göstərilmişdir: 05.12.2014-cü il tarixli müqavilə üzrə ayrılmış kredit 2.000.000 manat, təminat-bank qarantiyası; 14.01.2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 500.000 manat, təminat - 500.000 manat məbləğində depozit; 16.01.2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 1.000.000 manat, təminat - 1.000.000 manat məbləğində depozit; 25.02.2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 920.000 manat, təminat - 1.000.000 manat məbləğində depozit; 10.03.2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 201.000 manat, təminat - 11.000.000 manat məbləğində depozit. Belə olan halda hesab edirlər ki, iddiaçının tələbi təminatlı olduğuna görə həmin tələb təminata yönəldilməlidir. Qarşılıqlı iddianın verilməsi üçün əsas hazırkı məhkəmə işinin gedişindən əmələ gəlmişdir. Belə ki, 26 noyabr 2019-cu il tarixdə "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavab olaraq "xxxx" ASC ilə "xxxx" ASC arasında depozit münasibətlərinin rəsmiləşdirilməsi SWİFT 190 və 320 formatı vasitəsilə həyata keçirildiyi bildirilmiş və buna dair elektron çıxarışlar təqdim edilmişdir. Elektron çıxarışlar verilmiş borcların təminatlı olduğunu sübuta yetirir. Digər tərəfdən cavabdeh "xxxx" ASC-yə sorğu verilmiş və 24 avqust 2020-ci il tarixdə sorğuya cavab olaraq kredit müqavilələri üzrə borc məbləğlərinin bir hissəsinin depozit məbləğləri hesabına ödənildiyi bildirilmişdir. Lakin depozit məbləğlərinin borc məbləğlərindən çox olduğunu nəzərə aldıqda hal-hazırda borc mövcud olmamalıdır. Bu hal iş üzrə təyin edilmiş ekspert rəyi ilə də təsdiqini tapır. Belə olan halda hesab edirlər ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 14 yanvar 2015-ci il tarixli, 16 yanvar 2015-ci il tarixli, 25 fevral 2015-ci il tarixli, 10 mart 2015-ci il tarixli müqavilə üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə və bank qarantiyasına yönəldilməlidir. Onunla "xxxx" ASC arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 14 yanvar 2015-ci il tarixli, 16 yanvar 2015-ci il tarixli, 25 fevral 2015-ci il tarixli və 10 mart 2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə və bank qarantiyasına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Əsgərov X5 Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə qarşılıqlı iddiaçının təqdim etdiyi sübutlarda yazılı öhdəliyə dair sənədlərin mövcud olmaması, istinad edilən girov müqavilələri qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi üçün qanuni əsasların olmaması ilə əsaslandırmışdır. Qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnaməni ilkin iddia tələbinin təmin olunmuş, qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində mübahisələndirərək, qətnamənin həmin hissələrdə ləğv edilərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qarşılıqlı iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşdən göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona verilmiş pul vəsaiti üzrə borcunun "xxxx" ASC tərəfindən iddiaçı bankda yerləşdirilmiş depozitlərə yönəldilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı Mülki Məcəllənin 460 və 478-ci maddələrinin tələblərində nəzərdə tutulan mötəbər sübutlar təqdim edə bilmədiyindən, qarşılıqlı iddianın təmin edilməsi üçün qanuni əsasın olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq ilkin iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmə də bu ilkin iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, qarşılıqlı iddiaçı göstərdiyi hallara dair hər hansı bir sübut təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1850/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1850/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver