Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-363/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi verərək, ƏDV daxil olmaqla ona dəymiş 6120 manat maddi ziyanın və ödədiyi 82 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, «Toyota Prius (hidrid) minik» markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin əsl sahibi Cavabdeh1, yol-nəqliyyat hadisəsini törədən isə həmin avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 15:55-də ona məxsus «Chevrolet Tracker LTZ minik» markalı, ** YC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə birinci zolaqda hərəkətdə olarkən, 2-ci zolaqda hərəkət edən «Toyota Prius (hidrid) minik» markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili sağa dönərkən qəflətən onun avtomobilini ön sol tərəfdən vurmuşdur. Polis tərəfindən araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, sürücü Cavabdeh2 «Toyota Prius (hidrid) minik» markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili icbari sığorta olmadan idarə etmiş və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh2 barəsində 353889 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək barəsində ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Dəfələrlə cavabdehlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət olunsa da avtomobilin əsl sahibi Cavabdeh1 və avtomobili etibarnamə ilə idarə edən Cavabdeh2 avtomobilinə dəymiş ziyanı qarşılamamışdır. O, avtomobilə dəymiş ziyanın hesablanması ilə bağlı "xxxx" MMC-yə müraciət etmişdir. Sözügedən MMC tərəfindən xx.xx.2024-cü il tarixdə «Chevrolet Tracker LTZ minik» markalı, ** YC *** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın məbləğinin təyin olunması üçün baxış keçirilmiş və ümumilikdə avtomobilə 6120 manat ziyan dəydiyi barədə akt tərtib edilmişdir. O, cavabdehlərdən dəymiş ziyanı tələb etsə də cavabdehlər bu ziyanı ödəməkdən boyun qaçırmış, sonradan telefon zənglərinə cavab belə verməmiş, bu günki günədək ona vurduğu maddi ziyanı ödəməmişdirlər. Qəza baş verdikdən sonra Cavabdeh2 ilə danışmış, cavabdeh ona avtomobili təmir etdirməyə imkanı olmadığını bildirmişdir. Bu səbəbdən də o, cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyana görə 6120 manat məbləğində pulun ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona təqdim edilmiş ziyan aktında avtomobilinə təqribən 6120 manat məbləğində zərər dəydiyi təsdiq olunmasına baxmayaraq o, ekspert rəyində göstərilmiş məbləğ ilə də razıdır və sözügedən rəydə qeyd edilmiş 5419,40 manat məbləğində pulun ödənilməsi halı da onu qane edir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, ona məxsus «Toyota Prius (hidrid) minik» markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında Naib adlı şəxsə satmışdır. Hesab edir ki, o, hazırki iş üzrə cavabdeh deyildir. Belə ki, sadəcə sözügedən avtomobil hələ də onun adına olduğundan hazırki işə cavabdeh qismində cəlb edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, İddiaçı məxsus avtomobilə dəymiş zərəri hissə-hissə ödəyə bilər. Onun dəymiş zərərin əvəzi olaraq iddiaçı tərəfindən tələb edilən məbləği ödəməyə imkanı yoxdur. Qeyd edir ki, vaxtilə ona idarə etdiyi maşının sığortalı olduğu bildirilmiş, lakin sonralar maşının sığortası olmadığı ona aydın olmuşdur. Odur ki, göstərilənlərə əsasən o, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 "Toyota Prius (hidrid) minik” markalı, ** CM *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, Heydər Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. İş materiallarında olan Cavabdeh1 adına qeydiyyata alınmış "Toyota Prius (hidrid) minik” markalı, ** CM *** dövlət nömrə nişanlı avtomobil barədə məlumatlara dair sistemdən çıxarışdan görünür ki, "Toyota Prius (hidrid) minik” markalı, ** CM *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 sözügedən avtomobili etibarnamə əsasında Cavabdeh2 vermiş və etibarnamənin xx.xx.2025-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. İş materiallarında olan «X1» MMC-nin 08 may 2025-ci il tarixli, 53 №-li ekspert rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərilən ehtiyat hissələri nəzərə alınmaqla, “Chevrolet Tracker LTZ minik” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş detalları tədqiqata təqdim edilmədiyindən pərakəndə satış qiymətlərini təyin etmək mümkün olmamış, lakin qüsur aktına əsasən avtomobilin bərpa olunması üçün xidmət haqqı 5419,40 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci və 1108.3-cü maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh2 "Toyota Prius (hidrid) minik” markalı, ** CM *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, Heydər Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və Bakı şəhər DYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh2 hərəkətləri nəticəsində «Chevrolet Tracker LTZ minik» markalı, ** YC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, «X1» MMC-nin 08 may 2025-ci il tarixli, 53 saylı ekspert rəyindən məlum olur ki, aparılmış tədqiqatlar nəticəsində iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərilən ehtiyat hissələri nəzərə alınmaqla, “Chevrolet Tracker LTZ minik” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş detalları tədqiqata təqdim edilmədiyindən pərakəndə satış qiymətlərini təyin etmək mümkün olmamış, lakin qüsur aktına əsasən avtomobilin bərpa olunması üçün xidmət haqqı 5419,40 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, qanuni əsasla nəqliyyat vasitəsinə sahiblik etmiş Cavabdeh2 5419,40 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş zərər ilə bağlı Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da cavabdeh kimi göstərsə də məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilən mülki hüquq və vəzifələrin əmələ gəlməsi hallarını təsdiq edən sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 82 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, «X1» MMC tərəfindən keçirilən 08 may 2025-ci il tarixli, 53 saylı əmtəəşünaslıq ekspertizasına görə 200 manat ekspertiza xərci Cavabdeh2 tutularaq «X1» MMC-nin aşağıdakı hesabına köçürülməlidir: Kapital Bank ASC Sahil filialı; Kod 201218; VÖEN **********; SWİFT kod АİİВАZ2Х; M/h AZ37NABZ********************; VÖEN **********; hesab AZ64AİİB400900C**********208. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5419,40 manat pul və 82 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid hissədə rədd edilsin. «X1» MMC tərəfindən keçirilən 08 may 2025-ci il tarixli, 53 saylı əmtəəşünaslıq ekspertizasına görə 200 manat ekspertiza xərci Cavabdeh2 tutularaq «X1» MMC-nin aşağıdakı hesabına köçürülsün: Kapital Bank ASC Sahil filialı; Kod 201218; VÖEN **********; SWİFT kod АİİВАZ2Х; M/h AZ37NABZ********************; VÖEN **********; hesab AZ64AİİB400900C**********208. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-363/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-363/2025
16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver