Məhkəmə qərarları › İş №2(012)-3637/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3637/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3637/2022 09.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X3 Səfiyeva İddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə xx.xx.2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. MPM-nin 152.1.3 maddəsinə görə əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.12 maddəsinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə verilə bilər. İddia ərizəsinin giriş hissəsindən görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1ilmişdir. Elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh Məmişov X1 rayonunda qeydiyyatdadır. İşin materiallarında olan 12 fevral 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən icarəyə götürənə spirtli içkilər sexini icarəyə verir. Götürən malı qəbul edir və müqavilə ilə razılaşdırılmış pulu götürənə ödəyir. Həmin müqavilədə müqavilənin icra yeri qeyd edilməmişdir. Göründüyü kimi cavabdeh Məmişov X2 rayonu ərazisində qeydiyyatda deyildir, tərəflər arasında bağlanan 12 fevral 2020-ci il tarixli icarə müqaviləsində isə icra yeri qeyd edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ərizəsi ilə müvafiq rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 336.39 (üç yüz otuz altı manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" Kiçik Müəssisəsinə qaytarılmalı, qərardadın icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə müvafiq rayon məhkəməsinə müraciət etmək hüququ izah olunsun. İddiaçı "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 336.39 (üç yüz otuz altı manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" Kiçik Müəssisəsinə qaytarılsın. Qərardadın bu hissədə icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar