Məhkəmə qərarları › İş №2(012)-365/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-365/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-365/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehə verilmiş 30000 manat borc məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2008-ci il tarixində "xxxx" ASC (indiki "xxxx" ASC) ilə kredit müqaviləsi bağlamış, həmin bankdan 30000 manat pul vəsaitini borc şəklində almış və Cavabdeh vermişdir. Bildirmək istəyir ki, qeyd edilən borc məbləğinin ödənilməsi məqsədi ilə cavabdehlə dəfələrcə əlaqə saxlasa da, cavabdeh bugünə qədər borcu ödəməkdən imtina etmişdir. 25 iyun 2021-ci il tarixində Cavabdeh yazılı öhdəlik götürürək onun tərəfindən 2008-ci il tarixində "xxxx" ASC-dən götürülmüş 30000 manat pulun ona verildiyini, pulu tam ödəyə bilmədiyi üçün hissə-hissə ödəyəcəyini, ilk 2 ay hər ay 200 manat, qalan aylarda isə 100 manat ödəyəcəyini bildirmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yazılı öhdəlikdə qeyd edilənlər yerinə yetirməmişdir. Həmin müddət ərzində borc vəsaitindən qismən də olsa hər hansı bir ödəniş həyata keçirtməmişdir. Bu səbəbdən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və məhkəməyə ünvanladığı ərizədə bildirdi ki, o, iddianı bütövlükdə qəbul edir. Belə ki, o, İddiaçı ilə eyni mağazada işləmişdir. İddiaçı 2008-ci il tarixində "xxxx" ASC (indiki "xxxx" ASC) ilə kredit müqaviləsi bağlamış, həmin bankdan 30000 manat pul vəsaitini borc almış və ona vermişdir. O, ev tikmək üçün iddiaçıdan borc almışdır. Daha sonra iflic keçirmiş və bu səbəbdən ödəniş edə bilməmişdir. Odur ki, o, borcunu hissə-hissə ödəyəcəkdir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2010 saylı, 12 may 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı “Nikoyl” X4 ilə cavabdeh İddiaçı arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, RBB134(G) saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 2 nömrəli evin 45 saylı mənzilinə tutma yönəldilməsi, həmin mənzil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul hesabına cavabdeh İddiaçı “Nikoyl” X1 28.890 (iyirmi səkkiz min səkkiz yüz doxsan) manat əsas borcu, 06.04.2010-cu il tarixə hesablanmış 16.553 (on altı min beş yüz əlli üç) manat faiz borcu, kredit öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış 3.800 (üç min səkkiz yüz) manat dəbbə pulu borcu, ipoteka prcdmetino tutma haqqında bildirişinin qeydə alınması üçün ödənilmiş 10 (on) manat xidmət haqqı və 10 (on) manat dövlət rüsumu ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə, ödənilməmiş qalan borc məbləği cavabdeh İddiaçı tutulması, iddia tələbi ipoteka qoyan və ailə üzvlərinin ipoteka qoyulmuş mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması hissəsində təmin olunmaması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “Nikoyl” X2 ödənilməsi qət edilmişdir. İpoteka müqaviləsi etibarsız hesab edilmişdir. İddiaçı "xxxx" ASC-yə 28800 manat ödənilməmiş borcu qalmışdır. Hazırki iddia tələbi İddiaçı ilə Cavabdeh arasında olan məsələdir. Odur ki, iddianın təmin edilib-edilməməsin məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan 17 iyul 2008-ci il tarixli, RBB134(G) saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı 30000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 25.06.2021-ci il tarixində Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı tərəfindən 2008-ci ildə "xxxx" ASC-dən götürülən 30000 (otuz min) manat pul ona verilmişdir. Pulu tam ödəyə bilmədiyi üçün hissə-hissə ödəyəcəkdir. İlk 2 ay hər ay 200 manat, qalan ayları isə 100 manat ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, İddiaçı 2008-ci il tarixində "xxxx" ASC (indiki "xxxx" ASC) ilə kredit müqaviləsi bağlamış, həmin bankdan 30000 manat pul vəsaitini borc şəklində almış və Cavabdeh vermişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-568/2010 saylı, 12 may 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Nikoyl” X4 ilə cavabdeh İddiaçı arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, RBB134(G) saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 2 nömrəli evin 45 saylı mənzilinə tutma yönəldilməsi, həmin mənzil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul hesabına cavabdeh İddiaçı “Nikoyl” X1 28.890 (iyirmi səkkiz min səkkiz yüz doxsan) manat əsas borcu, 06.04.2010-cu il tarixə hesablanmış 16.553 (on altı min beş yüz əlli üç) manat faiz borcu, kredit öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış 3.800 (üç min səkkiz yüz) manat dəbbə pulu borcu, ipoteka prcdmetino tutma haqqında bildirişinin qeydə alınması üçün ödənilmiş 10 (on) manat xidmət haqqı və 10 (on) manat dövlət rüsumu ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə, ödənilməmiş qalan borc məbləği cavabdeh İddiaçı tutulması, iddia tələbi ipoteka qoyan və ailə üzvlərinin ipoteka qoyulmuş mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması hissəsində təmin olunmaması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “Nikoyl” X2 ödənilməsi qət edilmiş, sonradan Apellyasiya məhkəməsi tərəfindən İpoteka müqaviləsi etibarsız hesab edilmiş və İddiaçı "xxxx" ASC-yə 28800 manat ödənilməmiş borcu qalmışdır.Lakin cavabdeh iddiaçıya olan borcunu ödəməmiş və Cavabdeh 25.06.2021-ci il tarixli ərizədə İddiaçı 30000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar