Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3651/2022 08.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olaraq 2277.40 manat pul vəsaitinin alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-408/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası İddiaçınə həvalə edilmiş, xx.xx.2021-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və cavabdehin üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbaq məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh onun barəsində olan hökmün icrası məqsədi ilə idarəyə dəvət olunmuş və müəyyən olunmuşdur ki, məhkum ona təhkim olunmuş mobil qurğunu itirmişdir. Bu barədə məhkumun izahatı alınmış, izahatında cavabdeh mobil qurğunu naməlum şəraitdə itirdiyini və bu günə kimi bu barədə aidiyyəti polis orqanlarına məlumat vermədiyini göstərmişdir. Həmçinin, cavabdehə bildiriş təqdim olunaraq, ona təhkim olunmuş 01 ədəd mobil qurğunun dəyəri olan 2277.40 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da, bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda, cavabdehin təqsirindən, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnmiş və maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Beləliklə də, mübahisənin başqa həlli mövcud olmadığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-408/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası İddiaçınə həvalə edilməli, Cavabdeh barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-408/2021 saylı hökmün icrası barədə göstəriş məktubundan görünür ki, Cavabdeh barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-408/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü icra olunması üçün Bakı Şəhər Probasiya şöbəsinə göndərilmiş və həmin qurum tərəfindən xx.xx.2021-ci il tarixdə 301493 qeydiyyat nömrəsi ilə təhvil alınmışdır. -Maliyyə və təminat idarəsi tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış 21/3-1149 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli D-8/115 saylı məktubdan görünür ki, Elektron nəzarət vasitələrinin tətbiq olunduğu məhkumların izlənilməsi, nəzarətdə saxlanılması ilə bağlı fəaliyyətin təşkili ilə əlaqədar Ədliyyə Nazirliyinin balansında olan izlənmə avadanlıqları Probasiya Xidmətinin Elektron monitorinq, elektron nəzarət sisteminin server avadanlıqları və proqram təminatı (texniki xidmətin göstərilməsi üçün) İnformasiya-kommunikasiya texnologiyaları idarələrinin istifadələrinə təhvil verilməsi üçün müvafiq akt tərtib olunmuş və tərəflərə təqdim olunmuşdur. Tərtib olunmuş aktda sadə, ağıllı elektron qolbaqların və digər nəzarət avadanlıqlarının dəyəri və maliyyə məlumatları öz əksini tapmışdır. Həmçinin, elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq X1 aşağıda göstərilən hesabına köçürülməlidir. (X2, Müxbir hesab: AZ41NABZ******************** VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22, Bakı şəhər maliyyə idarəsi, Hesab nömrəsi: AZ66CTRE********************, Səviyyə kodu: 1, Təsnifat kodu: 142330, Valyuta: AZN, VÖEN: **********) -"xxxx" MMC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ED-M-96-21 saylı məktubdan görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında, aşağıdakı cədvəldə qeyd olunan həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulması üçün təqdim olunmuşdur. Sadə elektron qolbaq, sadə elektron qolbaq-x1, mobil nəzarət qurğusu-x1, elektrik adapteri-x1, proqram lisenziyası-x1 1 ədədi 1930 manat, ƏDV 347.40 manat olmaqla, ümumilikdə dəyəri 2277.40 manat hesablanmışdır. -Cavabdeh İddiaçındə verdiyi xx.xx.2021-ci il tarixli izahatından görünür ki, ona verilən suallara cavab olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-408/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünün icrasının təmin olunması məqsədilə idarəyə gəlmiş, hüquq və vəzifələri tam şəkildə izah olunmaqla yanaşı xəbərdarlıq olunmuş, üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Həmçinin, narkomaniyadan məcburi müalicə təyin olunmuş və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Eyni zamanda, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq olunmuşdur. -Azadlığın məhdudlaşdırması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbaq və çanta təhkim olunmuşdur. Məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-408/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü üzrə ona təhkim edilmiş mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbağı, istifadə təlimatını və çantanı qəbul etmiş, ona təhkim edilmiş, yuxarıda sadalanan elektron vasitələri korlayarsa, zədələyərsə barəsində qanunamüvafiq tədbirlərin görüləcəyi izah edilmişdir. -Cavabdeh İddiaçındə verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə ona tətbiq olunmuş elektron nəzarət vasitəsi olan mobil qurğunu naməlum şəraitdə itirmiş və bu barədə dərhal icra məmuruna və polis orqanlarına məlumat verməməsinin səbəbi özü tapmaq ümidi olmuş, daha sonra isə qorxduğu üçün icra məmuruna bu barədə məlumat verməmişdir. Hazırda, həmin elektron nəzarət vasitəsinin dəyərini müvafiq bank hesabına ödəməyə maddi imkanı yoxdur. -İddiaçı icra məmurları X3, X5 və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 408/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum Cavabdeh iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, məhkum Cavabdeh İddiaçınə gəlmiş və ona təhkim olunmuş mobil qurğunu xx.xx.2022-ci il tarixdə naməlum şəraitdə itirməsi aşkar olunmuşdur. Məhkuma itirilmiş qurğunun dəyərinin ödənilməsi təklifi edilmiş, lakin o, öz cavabında buna maddi imkanı olmadığını bildirmişdir. -İddiaçı Cavabdeh ünvanlandığı xx.xx.2022-ci il tarixli 21-1/3-1112519 saylı bildirişdən görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 408/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təhkim olunmuş və təhvil verilməmiş elektron nəzarət vasitəsi olan elektron qolbağın qaytarılmadığı və ya onun dəyəri olan 2277.40 manat pul vəsaitini könüllü şəkildə ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş və bildiriş Cavabdeh tərəfindən həmin tarixdə imza edilərək təhvil alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Qasımov X4 rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 1 saylı evin 14 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-408/2021 saylı hökmünə əsasən, iki il müddətinə azadlıqdan məhrum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən isə qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Sözügedən məhkəmə aktı icra olunması üçün xx.xx.2021-ci il tarixdə İddiaçınə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-408/2021 saylı hökmü ilə Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrası isə İddiaçınə həvalə edilmişdir. Göründüyü kimi, cəzanın icrasının təmin edilməsi məqsədilə sözügedən qurum tərəfindən məhkuma, yəni, hazırki iş üzrə Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilmiş və həmin vasitədən istifadə qaydaları, onu yararsız vəziyyətə salacağı təqdirdə, dəyərinin ondan tutulması izah edilmiş və yaddaş kitabçası verilmişdir. Hazırda, İddiaçı cavabdehə təhvil verilmiş elektron nəzarət vasitəsinin itirilərək yararsız hala salınmasına görə onun dəyəri olan 2277.40 manat pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə aktlarının icrası fiziki şəxslər üçün məcburi olmaqla, aktların məcburi icrası isə icra məmurları tərəfindən həyata keçirilməlidir. Hazırki iş üzrə cavabdehin təqsirinin sübuta yetirildiyini təsdiq edən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-408/2021 saylı hökmü icra olunması üçün İddiaçınə göndərilməklə, həmin qurum tərəfindən icra hərəkətləri həyata keçirilmişdir. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 saylı Qərarına əsasən, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı təsdiq edilmişdir. Qərarın:
1. bəndinə əsasən, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər: 1.1. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir. 1.2. mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir. 2.1. Elektron nəzarət vasitələri məhkəmənin müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən tətbiq olunur. 5.1. Elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərinə bağlanılmamışdan əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalı, sanitariya normalarına uyğun işlənilməlidir. 5.2. Nasaz, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər müşahidə olunan elektron nəzarət vasitələri nəzarət subyektinin üzərinə bağlanıla bilməz. 5.3. Nəzarət subyektinin üzərinə elektron nəzarət vasitəsinin bağlanılması eyni cinsin nümayəndəsi tərəfindən həyata keçirilir. 5.5. Növündən asılı olaraq elektron nəzarət vasitələrinin quraşdırılması aşağıdakı qaydada həyata keçirilir: 5.5.1. elektron qolbaq – nəzarət subyektinin ayağına topuğun əyilmə yerindən yuxarıda elastik kəmər və birdəfəlik pərçim vasitəsilə kilidlənir. Kəmərin sıxlığı ayaqda rahat hərəkət etmək, nəzarət subyektinə ağrı hissini verməmək, eyni zamanda hərəkət zamanı çıxmamaq baxımından tənzimlənir. Elektron qolbaq nəzarət subyektinin ayağına bağlandıqdan sonra işə salınır və bu zaman vibrasiya, habelə az görünən işıq siqnalı vasitəsilə işarə verir. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Müstəqil işləyən elektron qolbağa, həmçinin GSM kart taxılır və işə salındıqdan sonra GPS və GSM siqnalları yoxlanılır, nəzarət subyekti, tarix, saat, yer və məhdudlaşdırma şərtləri barədə məlumatlar monitorinq mərkəzi ilə sinxronlaşdırılır. Monitorinq mərkəzi ilə əlaqə yaradılaraq səs və data mübadiləsi, eləcə də xəbərdarlıq siqnallarının işlək olması yoxlanılır; Beləliklə də, Nazirlər Kabinetinin Qərarından göründüyü kimi, elektron qolbaq məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihaz olmaqla, Cavabdeh barəsində çıxarılmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-408/2021 saylı hökmünə əsasən, sözügedən elektron nəzarət qurğusu məhkuma təhvil verilmiş, istifadə qaydası ona izah edilmiş, yararsız hala salınacağı təqdirdə dəyərinin ondan tutulacağı, maddi məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Qaydaların 7.5. bəndinə əsasən, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Qaydaların 7.5-ci bəndinə istinad edərək, mülki iş materiallarından göründüyü kimi, məhkəmə aktının icrası məqsədilə cavabdehə təhkim edilməklə quraşdırılmış elektron nəzarət qurğusu cavabdeh tərəfindən itirilmiş və cavabdeh xx.xx.2022-ci il tarixli izahatında elektron nəzarət qurğusunu itirdiyini və bu barədə aidiyyəti orqanlara məlumat verməkdən qorxduğunu etiraf edərək onun və icra məmurlarının imzası ilə həmin tarixdə akt tərtib olunmuşdur. Beləliklə də, elektron nəzarət qurğusunun cavabdeh tərəfindən itirilməsi cavabdehin izahatı əsasında da təsdiq olunaraq sonuncunun təqsiri sübuta yetirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki iş materiallarına əlavə olunmuş, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə barədə maliyyə arayışından göründüyü kimi, “Attenti” markalı elektron nəzarət vasitəsinin təhkim edilmiş olduğu məhkumlar tərəfindən verilmiş elektron avadanlıqların itirilməsi və ya yararsız hala salınması hallarında ƏDV daxil olmaqla elektron nəzarət qurğusunun dəyəri 2277.40 manat dəyərində müəyyən olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə, həmçinin, Qaydaların 7.5. bəndinə istinad edərək məhkəmə qeyd edir ki, elektron nəzarət vasitəsinin zədələnməsinə və ya digər üsullarla yararsız vəziyyətə salınmasına görə həmin vasitənin dəyəri nəzarət subyektindən tutulmalı olduğundan, İddiaçı elektron nəzarət qurğusunun dəyəri olaraq 2277.40 manat pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Beləliklə də, məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edib qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, məhkəmə aktlarının icrasının təmin edilməsi məqsədilə məhkumlara təhkim edilmiş elektron nəzarət qurğusunun yararsız hala salınması dolayısı ilə məhkəmə qərarlarının da icrasını səmərəsiz etdiyindən, İddiaçı iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh elektron nəzarət qurğusu olan qolbağı yararsız hala salaraq onu itirməsi öz təsdiqini tapdığından həmin qurğunun dəyəri olan 2277.40 manat pul vəsaiti də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyərinə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinin hesabına (X2, Müxbir hesab: AZ41NABZ******************** VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22, Bakı şəhər maliyyə idarəsi, Hesab nömrəsi: AZ66CTRE********************, Səviyyə kodu: 1, Təsnifat kodu: 142330, Valyuta: AZN, VÖEN: **********) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov.