Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3662/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı mənzilin boşaldılması və pul tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasındaaçıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» MMCCavabdeh qarşı mənzilin boşaldılması və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin heç biri məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı «xxxx» MMC iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinəəsasən, iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyətiüzrə həll olunmasını tələb etmədikdə- ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçı «xxxx» MMC-niniddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasıbarədəərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı «xxxx» MMC-niniddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasıbarədəərizəsi təmin edilsin. İddiaçı«xxxx» MMC-ninCavabdeh qarşı mənzilin boşaldılması və pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3662/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3662/2020
03.11.2020 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver