Məhkəmə qərarları › İş №2(012)-3667/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3667/2024

31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3667/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4587/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş 175 manat məbləğində alimentin miqdarını artıraraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4587/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” X3 bağlanmış 1580 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun yanında saxlanılması, Cavabdeh onun xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X8 birlikdə ünvan 1 ünvanında yaşayır. Uşağın tələbatını ödəməkdə ona valideynləri kömək edir. Maddi cəhətdən əziyyət çəkir. Ona görə də alimentin artırılmasına ehtiyacı vardır. Göstərilənlərə əsasən iddia təmin olumalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, hazırda öhdəsində arvadı X4 və 2 azyaşlı övladı-xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 vardır. İşlədiyi fərdi sahibkar tərəfindən ona 350 manat əmək haqqı ödənilir. Həmin əmək haqqından o, iddiaçıya 173 manat aliment ödəyir. Məhkəmə tərəfindən aliment miqdarı artırıldığı halda, digər övladlarının saxlanılması üçün vəsait qalmayacaqdır. Bu isə ikinci nikahdan doğulmuş uşaqların hüquqlarını məhdudlaşdırmaq deməkdir. Hər bir uşağın yetkinlik yaşınadək saxlanılmasında hər iki valideyin məsuldur və məsuliyyət daşıyır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4587/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN XidmətÜ X3 bağlanmış 1580 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 onun yanında saxlanılması, Cavabdeh onun xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan AZ İV 322192 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşaq anadan olmuşdur. İşdə olan AZ-İİİ 209740 və AZ-İV 985919 saylı doğum haqqında şəhadətnamlərin surətlərindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı iki uşaq anadan olmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Rəhman adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Rəhman adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4587/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, təkrar nikaha girməsi, bu nikahdan iki uşağının olması cavabdehi azyaşlı Rəhmanın əvvəlki təminat səviyyəsinin saxlanmaması barədə valideynlik öhdəliklərindən azad edilməsi üçün əsas hesab edilmir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4587/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar