Məhkəmə qərarları › İş №2(012)-3669/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3669/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3669/2025 16.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat və ödənilmiş dövlət rüsumu üçün 120 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin iyul ayında oğlu İrşadı Milli Qvardiyaya işə düzəltmək üçün Cavabdeh ilə tanış olmuş, söhbət əsnasında Cavabdeh ona oğlu İrşadı Milli Qvardiyaya 10000 manat pulun müqabilində işə düzəldə biləcəyini demişdir. O, Nurlanla razılaşmış və 2022-ci ilin iyul ayında Nurlanla Mərdəkan qəsəbəsində görüşüb oğlu İrşadı işə düzəltmək üçün 10000 manat pul vermişdir. Lakin Cavabdeh hazırki vaxtadək nə oğlu İrşadı Milli Qvardiyaya işə düzəldib, nə də onun 10000 manat pulunu qaytarmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh onu aldatmış və pulunu mənimsəmişdir. O, dəfələrlə Cavabdeh ya oğlunun işinin həll olunması, ya da pulunun qaytarılmasını tələb etsə də, bu mümkün olmamışdır. Sonra bu barədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə rəsmi olaraq şikayət etmiş, ərizəsinə mahiyyəti üzrə baxılmış və Xəzər RPİ-nin İstintaq Şöbəsinin 19 mart 2023-cü il tarixli qərarına əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və ona mülki mübahisə ilə əlaqədar məhkəməyə müraqciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Xəzər RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində Şöbəyə etdiyi şikayətə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı müraciətinə mülki mühakimə icraatı qaydasında baxılması üçün məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında işə düzəltmə ilə bağlı şifahi razılaşma olmuş, iddiaçı cavabdehə oğlunu işə düzəltməsi üçün 10000 manat pul vermiş, lakin cavabdeh nə iddiaçının oğlunu işə düzəltmiş, nə də iddiaçıdan almış olduğu 10000 manat pulu qaytarmışdır. İşin faktiki hallarından, o cümlədən cavabdehin özünün etirafından görünür ki, cavabdeh iddiaçıdan onun övladını işə düzəltmək üçün 10000 manat pul almış, həmin vəsaitdən heç bir məbləği qaytarmamışdır. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış və müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan onun övladını işə düzəltmək üçün 10000 manat pul almış, həmin vəsaitdən heç bir məbləği qaytarmamış, beləliklə, onun hesabına əsassız varlanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, 10000 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalı, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 120 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat və dövlət rüsumuna görə ödənilmiş 120 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar