Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3670/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 (bir min) manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-MA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2006-cı il, universal tipli, mühərrik nömrəsi 214738 olan “KİA SORENTO MİNİK” markalı avtomaşın İddiaçı məxsusdur. 09 may 2021-ci il tarixdə saat 14:05 radələrində Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığında yerləşən Nəbz Klinikasının qarşısında svetoforun qırmızı işığında dayandığı zaman **-PB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomaşın iddiaçının idarə etdiyi **-MA-*** dövlət qeydiyyat nişanlı “KİA SORENTO MİNİK” markalı avtomaşının arxa bufer hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. “Hyundai Accent” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşın “Renta car” şirkətinə məxsusdur. Sözügedən yol-nəqliyyat hadisəsi həmin avtomaşını idarə edən şəxs Cavabdeh Bakı şəhər X3 Yol Patrul Xidmətinin Baş inspektoru polis leytenantı X2 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsinə dair 10 may 2021-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşınının arxa bufer hissəsi zədələnərək ziyan dəymişdir. Həmin zədələnmənin təmir edilməsi 1.000 (bir min) manat məbləğinə başa gələcəkdir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehlə dəfələrlə əlaqə saxlasa da, o hər dəfə bir bəhanə ilə iddiaçıya dəymiş ziyanı ödəməkdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh tərəfindən dəymiş zərərə görə 500 manat ödənilməsinə etiraz etmir. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, dəymiş zərərə görə İddiaçı 500 manat ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan AE seriyalı 096504 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA SORENTO MİNİK” markalı, **-MA- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Mülki işin materiallarından olan Bakı şəhər X5 İdarəsinin Yol Patrul Xidmətinin baş inspektoru polis leytenantı X1 10.05.2021-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolunun təsdiq olunmuş surətindən görünür ki, sürücü Cavabdeh 09.05.2021-ci il tarixdə saat 14:05 radələrində idarə etdiyi “HYUNDAİ ACCENT MİNİK” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mülki işin materiallarında olan Bakı şəhər X5 İdarəsinin Yol Patrul Xidmətinin baş inspektoru polis leytenantı X1 10.05.2021-ci il tarixli, TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 09.05.2020-ci il tarixdə, saat 14:05-də Q.Qarayev prospektində “HYUNDAİ ACCENT MİNİK” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan nəqliyyat vasitəsinin zədələnməsi barədə 045246 nömrəli arayışın surətindən görünür ki, 09.05.2021-ci il tarixdə saat baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “KİA SORENTO MİNİK” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi əzintilər almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, 09 may 2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “HYUNDAİ ACCENT MİNİK” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus “KİA SORENTO MİNİK” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddia ərizəsində iddiaçı ona məxsus avtomobilə 1.000 (bir min) manat məbləğində ziyan dəydiyini və qeyd olunan ziyanın cavabdehdən tutulmasını iddia etsə də, məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən dəymiş ziyana görə ona 500 manat məbləğində pulun ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh isə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 500 (beş yüz) manat məbləğində ziyan dəydiyini etiraf etmiş və maddi ziyana görə iddiaçıya qeyd olunan məbləğdə pul ödəməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 500 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 500 manat və ödənilmiş dövlət rüsumu üçün 15 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3670/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3670/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver