Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3676/2025 08.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1400 manat pul məbləğinin Cavabdeh alınaraq onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 710 manat məbləğində pulun Cavabdeh alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 2024-cü ildə restoranda tanış olmuşdur. Belə ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunda işlədiyini, ona xəstəliyə görə təqaüd düzəldəcəyini bildirmiş, o da bankdan borca pul götürərək cavabdehin verdiyi hesab nömrəsinə və kartına 2024-cü ilin iyul və avqust aylarında müxtəlif məbləğlərdə, yəni 1000 manat, 200 manat və 200 manat olmaqla, cəmi 1400 manat pul vəsaiti köçürmüşdür. Belə ki, Cavabdeh ona pensiya məsələsinin həllində köməklik edəcəyini bildirmiş, lakin artıq necə aydır ki, cavabdeh pullarını götürmüş, nə onunla mülki qaydada müqavilə bağlamış, nə də onun tərəfindən etibarnamə verilmişdir. O, cavabdehin dələduzluq etməsi barədə tədbir görülməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Hazırki məsələ ilə bağlı Binəqədi rayon Polis Bölməsində istintaq aparılmış və qərar qəbul edilmişdir. Borc məsələsi olduğundan hazırki işin mediasiyada baxılması qeyrimümkündür, hazırda isə müvafiq polis bölməsindən almış olduğu qərara əsasən məhkəməyə müraciət etmişdir. Cavabdeh Günəşli qəsəbəsində “Relax” şirkətində administrator işləmiş, ona cavabdehin orada tutulduğunu bildirmişdirlər. O, əvvəlcə Nəsimi rayonunun 8-ci polis bölməsinə yaxınlaşmış, orada ona Binəqədi rayon polis bölməsinə yaxınlaşmalı olduğu bildirilmişdir. Qeyd edir ki, məhkəmə prosesi gedişində cavabdeh ödəməli olduğu 1400 manatdan 350 manat, 240 manat və 100 manat olmaqla, ona cəmi 690 manat məbləğində pul ödəmişdir, ödənilməmiş 710 manat borc qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı Cavabdeh təqdim etdiyi bank kartlarına xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 1000 manat və xx.xx.2024-cü ildə 200 manat olmaqla, cəmi 1400 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh xəstəliyə görə təqaüd düzəltmək üçün 1400 manat məbləğində pul verməsi faktı iddiaçının məhkəmədə verdiyi izahatı ilə yanaşı, iş materiallarını təşkil edən sənədlərlə, o cümlədən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan “Whatsapp” yazışmaları və audioyazılar ilə tam təsdiq olunur. Belə ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunda işlədiyini bildirərək İddiaçı xəstəliyə görə təqaüd düzəldəcəyini vəd etmiş, iddiaçı cavabdehin təklifinə razı olaraq ona verilmiş bank kartlarına xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 1000 manat və xx.xx.2024-cü ildə 200 manat olmaqla, cəmi 1400 manat pul köçürmüş, lakin cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Daha sonra məhkəmə prosesi gedişində cavabdeh 1400 manat məbləğində pulun 690 manatını iddiaçıya ödəmiş, lakin ödəməli olduğu qalan 710 manat məbləğində pulu iddiaçıya geri qaytarmamış və heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 710 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 710 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3676/2025
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-3676/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver