Məhkəmə qərarları › İş №2(012)-3691/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3691/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3691/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3527.39 (üç min beş yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat pul vəsaitinin və ödədiyim 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, “xxxxxxxx” ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında xx xxxx 2019-ci il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan 15000 (on beş min) manat depozitinin altında cavabdehə 12 ay müddətinə 8000 (səkkiz min) manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq onunla xx xxxx 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxxx” ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 3527.39 (üç min beş yüz iyirmi yeddi 39 qəpik) borcunu ödəmişdir. xx xxxx 2019-ci il tarixli Zaminlik Müqaviləsinin 3.6-cı bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş “Zamin”ə “Bank”ın həmin öhdəlik üzrə hüquqları və “Bank”a girovsaxlayan kimi mənsub hüquqları "Zamin”in “Bank”ın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, “Zamin” həmçinin "Borclu”dan “Bank”a ödənilmiş məbləğdən faiz ödəməyi və “Borclu”nun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək məhkəmdən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin göstərişinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -«xxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00/14409/DİK saylı Kredit müqaviləsinin surətindən görünür ki, Bank cavabdehə 12 ay müddətinə qaytarmaq şərtilə illik 17 faiz dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit vermişdir. -«xxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00/14409/DİK saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, «Zamin» «Borclu»nun «Bank» qarşısında xx xxxx 2019-cu il tarixli, 00/14409/DİK saylı Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yeinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. -«xxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00/UNİ2019/0400 saylı “Universal” Bank Əmanəti müqaviləsinin surətindən görünür ki, İddiaçı 12000 (on iki min) manat məbləğində əmanəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək, 12 ay müddətinə, illik 12 (on iki) faizlə əmanət qoymuşdur. -«xxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00/14409/DİK saylı Pul vəsaitinin girovu haqqında müqavilənin surətindən görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixli 00/14409/DİK saylı kredit müqaviləsinə əsasən verilmiş pul vəsaitinin təminatı olaraq AZ40NBCB4111000AZN337000040 saylı depozit hesabına müvafiq olaraq 15000 (on beş min) manat pul vəsaitini girov qoymuşdur. -xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən «xxxxxxxx» ASC-yə 3527.39 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsindən görünür ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi öhdəlik müəyyən istisnalar olmaqla yalnız tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icrani gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayri qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, “xxxxxxxx” ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında xx xxxx 2019-ci il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan 15000 (on beş min) manat depozitinin altında cavabdehə 12 ay müddətinə 8000 (səkkiz min) manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq iddiaçı ilə xx xxxx 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxxx” ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 3527.39 (üç min beş yüz iyirmi yeddi otuz doqquz qəpik) manat borcunu ödəmişdir. Hazırda isə İddiaçı borc pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3527.39 (üç min beş yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat pul vəsaitinin və ödədiyim 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh əvəzinə 3527.39 (üç min beş yüz iyirmi yeddi otuz doqquz qəpik) manat məbləğində pul vəsaitini ödəməsi tədqiq edilmiş sübutlarla yanaşı xx.xx.2020-ci il tarixli mədaxil qəbzi ilə tam olaraq sübuta yetir, odur ki, iddiaçı vermiş olduğu pulun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyetklər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olnanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddia tələbi tam təmin edildiyindən cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını və sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdehdan İddiaçı xeyrinə 3527.39 (üç min beş yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehdan İddiaçı xeyrinə 3527.39 (üç min beş yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar