Məhkəmə qərarları › İş №2(012)-3692/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3692/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3692/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə 13 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9860,01 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 9860,01 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 60 ay müddətinə 40700 USD kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh miilkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 19 saylı fərdi-yaşayış evi 2014-cü il 11 noyabr tarixli 4-G- i-0-1299-14 saylı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 22 dekabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 29637.11 USD Mərkəzi Bankın 22 dekabr 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 52088.28 AZN təşkil edir və kreditin müddəti 22 dekabr 2026-cı il tarixədək uzadılmışdır. 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün 22 may 2018-ci il tarixdən 05 may 2021-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 9860.01 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 9860.01 manat borcıı vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçiin cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə borclunun deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq tənəsübii müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə xəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin qanunla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər fenindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, izznmca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra ıxrkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər ir xərəkətlərdən çəkinməlidirlər (MM-in 425ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan zərərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında Tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Qeyd edilənlərə əsasən, o, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9860,01 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 9860,01 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh onun doğma övladıdır. 2014-cü ildə İddiaçı ASC-dən 40700 ABŞ dolları kredit götürmüşdür. Kreditin təminatı olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 19 saylı fərdi yaşayış evini ipotekaya qoymuşlar. 2016-cı ilədək 40.200 manat pul ödənilmişdir. 2016-cı ildə bankən təklifinə əsasən, dollardan manata keçilmişdir. Müqavilənin şərtləri onlara izah edilməmiş və 52088 manat borc hesablanmışdır. Onlar aya 1147 manat ödəməli idi, lakin bu puldan 1100 manatı faizə çıxılmışdır. Bu səbəbdən də ödəniş etməyi dayandırmışdır. Cavabdeh şəkər xəstəsidir və 1 azyaşlı övladı vardır. İpoteka predmeti olan ev isə cavabdehin yeganə mülküdür. Əvvəlki qətnamə üzrə heç bir məbləğ ödənilməmişdir. Qeyd edir ki, onun həyat yoldaşı xərçəng xəstəsi olduğu üçün kredit götürmüşdür. Lakin devolvasiya olduqdan sonra o, ödəniş qabiliyyətini itirmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, bildirmişdir ki, İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9860.01 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 9860.01 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-121/2019 nömrəli iş üzrə 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, cavabdehdən əsas kredit borcuna görə 40.196,96 manat, faiz borcuna görə 21.514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61.731,54 qəpik məbləğində kredit borcuna, 55 manat məhkəmə xərcinə görə pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, həmin evin cavabdeh tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbinin təmin edilən hissəsində Banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehdən alınması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, evin ilkin satış qiymətinin likvid dəyərinin 118.000 manat müəyyən edilməsi edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2092/2021 saylı mülki iş üzrə 19 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bildirmək istəyirəm ki, kredit müqaviləsinin müddəti 22 dekabr 2026-cı il tarixədək uzadılmış, daha sonra isə ləğv edilmişdir. Plenum qərarında qeyd edildiyi kimi gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi tələbi kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədiyi şərtinə aid edilmişdir. Belə ki, yuxarıda qeyd etdiyim kimi bankla aramızda olan müqavilə əvvəlcə uzadılmış, daha sonra isə ləğv olunmuşdur. Bu səbəbdən də iddiaçının iddia tələbi Konstitusiya Məhkəməsinin Plenum qərarının təsirinə düşmür. Beləliklə, o, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-121/2019 nömrəli iş üzrə 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, cavabdehdən əsas kredit borcuna görə 40.196,96 manat, faiz borcuna görə 21.514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61.731,54 qəpik məbləğində kredit borcuna, 55 manat məhkəmə xərcinə görə pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, həmin evin cavabdeh tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbinin təmin edilən hissəsində Banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehdən alınması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, evin ilkin satış qiymətinin likvid dəyərinin 118.000 manat müəyyən edilməsi edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2092/2021 saylı mülki iş üzrə 19 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-121/2019 nömrəli iş üzrə 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6- Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, cavabdehdən əsas kredit borcuna görə 40.196,96 manat, faiz borcuna görə 21.514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61.731,54 qəpik məbləğində kredit borcuna, 55 manat məhkəmə xərcinə görə pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, həmin evin cavabdeh tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbinin təmin edilən hissəsində Banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehdən alınması qət edilmişdir. Daha sonra isə sözügedən qətnamədən iddaçının nümayəndəsi və cavabdeh apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, evin ilkin satış qiymətinin likvid dəyərinin 118.000 manat müəyyən edilməsi edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2092/2021 saylı mülki iş üzrə 19 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından iddiaçının nümayəndəsi və cavabdeh kassasiy şikayəti vermş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2092/2021 saylı mülki iş üzrə 19 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. İddiaçı Yelo Bank» ASC cavabdehdən 9860,01 manat məbləğində pulun Yelo Bank» ASC -nin xeyrinə tutulmasına səbəb kimi cavabdehin kredit müqaviləsilə götürdüyü və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmasını,həmin hərəkətlərin bankın qanuni mənafelərinin pozulması ilə nəticələnməsini, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olmasını göstərmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qey edir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas ayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməyib. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-in 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti daşıdığı halda bunu edə bilməmişdir. Bundan əlavə işin yuxarıda qeyd olunmuş faktiki hallarından göründüyü kimi, tələbin məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi qət edilmiş, hazırki borcun da həmin qətnamənin icra edilməməsi səbəbindən yaranmasını göstərilmiş, lakin məhkəmədə ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, ipoteka predmetinə tutmanın yönəlməsinə cavabdehlərin maneə yaradıb-yaratmaması halları ilə bağlı hər hansı bir sübut göstərilməmiş,yalnız formal mülahizə və izahata istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9860,01 manat məbləğində əldən çıxmış fayda olmaqla, üumilikdə 9860,01 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar