Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-37/2022 09.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair mülki işə 09 fevral 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X1 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09.07.2014-cü il tarixdə, 323/214 saylı Vakala borc müqaviləsinə əsasən əsas borc üzrə 2816,80 (iki min səkkiz yüz on altı manat, 80 qəpik) manat, faiz borcu üzrə 271,86 (iki yüz yetmiş bir manat, 86 qəpik) manat olmaqla, cəmi 3088,66 (üç min səksən səkkiz 66 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin,ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatını iddiaçı qismində cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmiş,məhkəməsinin qərarı ilə “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatı iddiaçı qismində işə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC-i ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-FK-İB-85 saylı, 10.04.2018-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə (bundan sonra – Bank) Cavabdeh (bundan sonra – borcalan) arasında 09.07.2014-cü il tarixdə, 323/14 saylı Vakala borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh illik 20% olmaqla 19 ay müddətinə 3234 manat məbləğində pul vəsaiti verilmişdir. Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan “Kirby” firmasının istehsalı olan Sentria” modelli ********** seriya №-li avadanlığın alınması məqsədi ilə 3234 (üç min iki yüz otuz dörd) manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bank qarşısında öhdəliklərini lazımi qaydada icra etməmiş və hazırda banka göstərilən borcu yaranmışdır. Cavabdeh Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik hazırki vaxta kimi yerinə yetirilməmişdir. İddiaçı “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, 2014-cü ildə“Kirby” firmasının istehsalı olan Sentria” modelli tozsoran aldığını, sonradan aparıb geri qaytardığını, həmin vaxtdan sonra iddiaçı tərəfindən ona qarşı hər hansı bir bildiriş gəlməmişdir. Həmçinin, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək,habelə cavabdehiniddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan 09.07.2014-cü il tarixdə, 323/14 saylı Vakala borc müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə (bundan sonra – Bank) Cavabdeh illik 20% olmaqla 19 ay müddətinə 3234 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, həmin kredit avadanlıq alınması üçün verilmişdir. Cavabdehin izahatına görə o, 2014-cü ildə ona nümayiş olunan tozsoranı qəbul etmiş, lakin sonradan aparıb geri qaytarmış, firmada işləyən texnikə təhvil vermişdir. Həmçinin, iddia müddəti də ötürülmüşdür.Lakin işin materiallarında cavabdein izahatını təsdiq edən hər hansı sübut yoxdur.Bununla belə, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi 09.07.2014-cü il tarixdə, 323/14 saylı Vakala borc müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə (bundan sonra – Bank) Cavabdeh illik 20% olmaqla 19 ay müddətinə 3234 manat məbləğində kredit verilmişdir, müqavilənin son müddəti 09 fevral 2016-cı il tarixdir.cavabdeh tərəfindən hər hansı məblğdə ödəniş aparılmamışdır.İddiaçı hazırkı iddia ilə məhkəməyə 31 oktyabr 2019-cu il tarixdə məhkəməəyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə tərəfindən 09.07.2014-cü il tarixdə bağlanmış 323/14 saylı kredit müqaviləsinin müddəti 09.02.2016-cı il tarixdə bitmiş,həmin tələb üzrə iddia müddəti isə 09.02.2019-cu il tarixdə bitmişdir. Lakin, iddiaçı hazırkı iddia ilə 31 oktyabr 2019-cu il tarixdə iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmiş.Cavabdeh isə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə hesablanmış 30 manat dövlət rüsumu iddiaçı “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh 09.07.2014cü il tarixdə, 323/214 saylı Vakala borc müqaviləsinə əsasən əsas borc üzrə 2816,80 (iki min səkkiz yüz on altı manat, 80 qəpik) manat, faiz borcu üzrə 271,86 (iki yüz yetmiş bir manat, 86 qəpik) manat olmaqla, cəmi 3088,66 (üç min səksən səkkiz 66 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməsin. Məhkəmə xərci olan iddia ərizəsinin verilməsinə görə hesablanmış 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-37/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-37/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver