Məhkəmə qərarları › İş №2(012)-3702/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3702/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3702/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə borclu Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli RPF-00014-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 2594,75 manat əsas, 12,2 manat faiz borcunun, cəmi 2606,95 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamənin çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə borclu Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış RPF-00014-17/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 2605,78 manat məbləğində kredit illik 1(bir) faizlə 12 ay müddətinə güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə borclu Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh “xxxx” ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli MK-02836-14/14A saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə “xxxx” ASC0yə qaytarmağı öhdəsinə götümüşdür. xxxx” ASC ilə borclu Cavabdeh arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış RPF-00014-17/19A saylı Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Lakin borclu Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Nəticədə borclu Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli RPF-00014- 17/19A saylı kredit müqaviləsi üzrə banka 2594,75 manat əsas, 12,2 manat faiz borcu, cəmi 2606,95 manat məbləğində borcu vardır. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə bildiriş almasına baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış RPF- 00014-17/19A saylı kredit müqaviləsindən müəyyən edilir ki, «xxxx» ASC tərəfindən borclu Cavabdeh illik 1% hesablanması şərti ilə 12 ay müddətinə 2605,78 manat məbləğində kredit verilmişdir. Məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilmişdir ki, borclu Cavabdeh “xxxx” ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli MK-02836-14/14A saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə “xxxx” ASC0yə qaytarmağı öhdəsinə götümüşdür. xxxx” ASC ilə borclu Cavabdeh arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış RPF-00014-17/19A saylı Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Lakin borclu Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış RPF-00014-17/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxx” ASC-yə 2594,75 manat əsas, 12,2 manat faiz borcu, cəmi 2606,95 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» ASC-i ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış RPF-00014-17/19A saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə Cavabdeh 2594,75 manat əsas, 12,2 manat faiz borcu, cəmi 2606,95 manat məbləğində pul alınaraq iddiaçı «xxxx» ASC-nə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış RPF-00014-17/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə imzalanmış RPF-00014-17/19A saylı kredit müqaviləsi üzrə 2594,75 manat əsas, 12,2 manat faiz borcu, cəmi 2606,95 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuna görə pul vəsaiti «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar