Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3718/2020 28.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh1 və X1 qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və X1 qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Finca Azerbaijan” MM QBKT-nın nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh1 tərəfindən gecikmə borcunu bağlaması və aylıq ödənişin cədvələ uyğun vaxtında ödənilməsi istiqamətində ilkin razılıq əldə edildiyindən mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Finca Azerbaijan” MM QBKT və cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT-nın nümayəndəsi Nümayəndə mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər Cavabdeh1 və X2 isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Finca Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh1 və X1 qarşı “borc tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3718/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3718/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver