Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-373/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı QSC -nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, Cavabdeh1 nümayəndəsi –Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 33R000000124 saylı Kredit Razılaşması üzrə 17396.97 ABŞ dolları məbləğində kredit borcu, 3605.82 ABŞ dolları məbləğində faiz borcu və 8355.55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 29.358.34 (iyirmi doqquz min üç yüz əlli səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC-ilə bağladığı xx.xx.2010-cu il tarixli, 21L000000393 saylı X7 əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. X10 üzrə Cavabdeh1, İddiaçı QSC-ilə bağladığı xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 33R000000124S saylı, xx.xx.2015-ci il tarixli, 33R000000124SA saylı, xx.xx.2015-ci il tarixli, 33R000000124SB saylı, xx.xx.2016-cı il tarixli, 33R000000124SC saylı,xx.xx.2016cı il tarixli, 33R000000124SD saylı, xx.xx.2017-ci il tarixli, 33R000000124SE saylı və xx.xx.2018-ci il tarixli, 33R000000124SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 Kredit Razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən etibarən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 12603.03 ABŞ dolları ödəniş etmiş, onun 17396.97 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri İddiaçı QSC-yə qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 256 gün üçün hesablanmış faiz borcu 3605.82 ABŞ dolları, cərimə borcu 8355.55 ABŞ dolları təşkil edir. X10 üzrə Cavabdeh1nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən İddiaçı QSC qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən X3 irəli gələn öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən, İddiaçı QSC iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan, İddiaçı QSC iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 33R000000124 saylı Kredit Razılaşması üzrə 17396.97 ABŞ dolları məbləğində kredit borcu, 3605.82 ABŞ dolları məbləğində faiz borcu və 8355.55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 29.358.34 (iyirmi doqquz min üç yüz əlli səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində ümumi sahəsi 82.1 kv.m.yaşayış sahəsi 55.3 kv.m., yardımçı sahəsi 26.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29.358.34 (iyirmi doqquz min üç yüz əlli səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh1 və X1 müştərək qaydada tutulması; Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində ümumi sahəsi 82.1 kv.m.yaşayış sahəsi 55.3 kv.m., yardımçı sahəsi 26.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirlməsinə, onların həmin fərdi evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbinin artırılması barədə ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC-ilə bağladığı xx.xx.2010-cu il tarixli, 21L000000393 saylı X10 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 33M000000001 saylı İpoteka Müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində ümumi sahəsi 82.1 kv.m.yaşayış sahəsi 55.3 kv.m., yardımçı sahəsi 26.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qeydiyyat şöbəsi tərəfindən 70 №-li reyestr kitabının 88 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində ümumi sahəsi 82.1 kv.m.yaşayış sahəsi 55.3 kv.m., yardımçı sahəsi 26.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qeyd edilənlərə və AR MPM-nin 12-ci fəslinin tələblərinə əsaslanaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi vəkil X9 iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında iddia tələbində qeyd olunan cərimə borcu məbləği ilə, eyni zamanda ipoteka predmeti olan fərdi yaşayış evinin qiyməti ilə razı olmadığını bildirərək, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsi vəkil X2 izahatlarını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı QSC-ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 21L000000393 saylı X3 görünür ki, Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 2xx xxx 2020-ci il tarixdən gec olmayaraq verilməklə 50000 (əlli min) ABŞ dollar məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 21L000000393 saylı X10 üzrə xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşmasından görünür ki, cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. -xx.xx.2014-cü il tarixli ödəniş planından görünür ki, müştəri Cavabdeh1 hər ayın 25dən gec olmayaraq, 36 ay müddətində hər ay 1181.65 ABŞ dolları məbləğində Banka ödəniş etməlidir. -Kreditin verilməsi barədə xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1, 30000 (otuz min) ABŞ dolları kredit məbləğini İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən imza edərək qəbul etmişdir. -İddiaçı QSC-ilə Cavabdeh1 arasında bağlanmış Kredit Razılaşmasına və Ödəniş Planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 33R000000124S saylı, xx.xx.2015-ci il tarixli, 33R000000124SA saylı, xx.xx.2015-ci il tarixli, 33R000000124SB saylı, xx.xx.2016-cı il tarixli, 33R000000124SC saylı,xx.xx.2016-cı il tarixli, 33R000000124SD saylı, xx.xx.2017-ci il tarixli, 33R000000124SE saylı və xx.xx.2018-ci il tarixli, 33R000000124SF saylı sazişlərdən görünür ki, Bank ilə Kredit Alan arasında xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşmaya dəyişiklik edilmiş və əlavələr edilmişdir. -xx.xx.2014-cü il tarixdə İddiaçıQSC ilə Cavabdeh2 arasında bağlanmış 33S000000199 saylı və xx.xx.2010-cu il tarixdə İddiaçıQSC ilə Cavabdeh3 arasında bağlanmış 21S000000834 saylı zaminlik müqavilələrindən görünür ki, Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən X3 və həmin müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları üzrə irəli gələn öhdəliklərinin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə zaminlər məsuliyyəti öz üzərlərinə götürmüşlər. -xx.xx.2019-cu il tarixdə verilmiş borca dair cədvəldən görünür ki, Cavabdeh1nun İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşması üzrə xx.xx.2018-ci il tarixinə 17396.97 ABŞ dolları məbləğində əsas, 3605.82 ABŞ dolları məbləğində faiz borcu və 8355.55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 29.358.34 (iyirmi doqquz min üç yüz əlli səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində borcu mövcud olmuşdur. -Xəbərdarlıq məktublarından və xəbərnamələrdən görünür ki, borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC tərəfindən müvafiq qaydada kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikləri barədə xəbərdar edilmişlər. -Azərbaycan Respublikası DİN-in MAPS şöbəsi tərəfindən verilmiş arayışdan və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 13077105 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Əzizova X4 rayonu, Ceyranbatan qəsəbəəsi, H.Əliyev küçəsi, döngə 4, ev 6-ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdehlərdən- Cavabdeh2 -ünvan 2ünvanında və Cavabdeh3 – ünvan 3 mənzil 20ünvanında qeydiyyatdadırlar. - İddia tələbinin artırılması barədə ərizəyə əlavə olunan- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı QSC-nin «Maştağa» filialı, hüququ yüklü edilən şəxs Cavabdeh1 arasında Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və rnun üzərində yerləşən fərdi yaşayış evi-xx.xx.2010-xx.xx.2020-ci il (120 ay) müddətinə ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət Reyestrində 70 saylı reyestr kitabının 88 nömrəli vərəqində, reyestr nömrəsi **********39- 10301, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Öhdəliyin əsas mahiyyəti və icra müddəti; xx.xx.2010-cu il tarixli, 21L000000393 saylı X10, Kreditin məbləği 50000 ABŞ dollarıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs Cavabdeh1 – daşınmaz əmlak –Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ynvanında olan 0.0295 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi – xüsusi mülkiyyət hüquq əsasında reyestr nömrəsi - **********39-10301, ümumi sahəsi 82.1 kv.m.yaşayış sahəsi 55.3 kv.m., yardımçı sahəsi 26.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tam pay hüquqi ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013- tarixdə qeydiyyata alınmışdır. -İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 11343 saylı, xx.xx.2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəsindən görünür ki, ipoteka predmeti olan, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx.xx.2018-ci il tarixdə ünvana çatdırılması diqqətə çatdırılaraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. -Cavabdeh1 ünvanlanmış 11018 saylı, xx.xx.2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaqları barədə xəbərdar edilmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinəəsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə vəbu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən cavabdehin bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında iddia ərizəsi, iddia tələbinin artırılması barədə ərizəni, iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsi vəkil X2 izahatları və digər sənədlərlə müəyyən edildi ki, Cavabdeh1 Banka xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşması üzrə 17396.97 ABŞ dolları məbləğində kredit borcu, 3605.82 ABŞ dolları məbləğində faiz borcu və 8355.55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 29.358.34 (iyirmi doqquz min üç yüz əlli səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. İşin məhkəmə iclasında araşdırılması zamanı məhkəmənin xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək və yazılı vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı QSC-i ona qarşı yönələn iddia tələbinin əsası kimi təqdim edilən xx xxx 2010-cu il tarixli X10 çərçivəsində bağlanmış 33R000000124 saylı Kredit Razılaşması üzrə tərtib edilmiş bəzi sazişlərdə onun adından çəkilmiş imzaların ona məxsus olmadığını bildirib, mülki iş üzrə Məhkəmə-Xətşünaslıq Ekspertizasının keçirilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-4860/2019 saylı qərardadına əsasən Məhkəmə Xətşünaslıq Ekspertizası təyin edilmiş və xx xxxxxx 2020-ci il tarixli, 1038 saylı keçirilmiş Məhkəmə Xətşünaslıq Ekspertizasının rəyindən görünür ki, Razılaşmalardakı mübahisələndirilən imzaların Cavabdeh1 aid olması müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi vəkil X9 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında iddia tələbində qeyd olunan borc məbləği ilə, eyni zamanda ipoteka predmeti olan fərdi yaşayış evinin qiyməti ilə razı olmadığını bildirərək iş üzrə Məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etməsi ilə əlaqədar, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş, H/01-RLS saylı xx.xx.2020-ci il tarixli “xxxx”MMC-nin Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə hesabat ilə - Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə yerləşən fərdi yaşayış evinin – əmlakın bazar qiyməti 35.000 manat, likvid qiyməti 27.000 manatdır, o cümlədən hesabata görə ödəniləcək məbləğ isə 200 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş, xx.xx.2020-ci il tarixl 9/4126 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2010cu il tarixli, 21L000000393 saylı X10 üzrə xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşmasına əsasən xx.xx.2017-ci il tarixli, 33R000000124SE nömrəli kredit sazişi Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə – 17.396.97 ABŞ dolları, faiz borcu üzrə – 2.566.62 ABŞ dolları, cərimə borcu üzrə - 2.566.62 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə, qeyd edilən Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə iddia tələbindəki məbləğ arasında fərq olduğundan ekspert rəyində göstərilən məbləğin daha dəqiq və obyektiv olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı QSC-i arasında bağlanmış xx.xx.2010-cu il tarixli 21L000000393 saylı X7 əsasən 120 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit Razılaşması ilə müəyyən olunmüş, X10 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 33R000000124S saylı, xx.xx.2015-ci il tarixli, 33R000000124SA saylı, xx.xx.2015-ci il tarixli, 33R000000124SB saylı, xx.xx.2016-cı il tarixli, 33R000000124SC saylı,xx.xx.2016-cı il tarixli, 33R000000124SD saylı, xx.xx.2017-ci il tarixli, 33R000000124SE saylı və xx.xx.2018-ci il tarixli, 33R000000124SF saylı Sazişlərlə Razılaşmaya və ödəniş planına dəyşiklik edilmiş, borcun təminatı olaraq İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 33M000000001 saylı İpoteka Müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bankın ipotekasına verilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kredit qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi üçün əsas yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti göstərilmədiyindən və mübahisəli olduğundan və H/01-RLS saylı xx.xx.2020-ci il tarixli “xxxx”MMC-nin Daşınmaz əmlakın (Fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə hesabat ilə - əmlakın bazar qiyməti 35.000 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh1 məxsus mənzilin ilkin satış qiyməti 35.000 manat müəyyən olunmaqla açıq hərracdan satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində ümumi sahəsi 82.1 kv.m.yaşayış sahəsi 55.3 kv.m., yardımçı sahəsi 26.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalıdır, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh1 və X1 müştərək qaydada tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh Əzizova X4 rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evdən, ev satıldıqdan sonra bir ay ərzində çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və alıcıya təhvil verilməlidir. İddia tələbinin “Cavabdeh1 mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evə istifadə hüququnun itirlməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının adına yüklü edilsə də hazırda Cavabdeh1 mülkiyyətindədir. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edə bilməz. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə, ekspertiza rəyinə əsasən, 17396.97 ABŞ dolları məbləğində əsas borc üzrə hesablanmış 2.566.62 ABŞ dolları məbləğində cərimənin azaldılaraq, 200 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Eyni zamanda işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə Cavabdeh2 və Cavabdeh3 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiary məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Beləliklə işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə borclunun əvəzinə hər hansı ödəniş etməmişlər və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də İddiaçı X5 xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşması üzrə 17396.97 (on yeddi min üç yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində kredit borcu, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21202.79 (iyirmi bir min iki yüz iki dollar yetmiş doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 21202.79 (iyirmi bir min iki yüz iki dollar yetmiş doqquz sent) ABŞ dolları borc, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə İddiaçı X5 xeyrinə ödənilməli, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh1 torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini boşaldaraq ən geci bir ay ərzində torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən çıxarılmalı, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 61 (altmış bir) manat məhkəmə xərclərinin (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı) cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatına görə ümumilikdə 244 (iki yüz qırx dörd) manat məbləğində pul vəsaiti cavabdehlərdən müşdərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 244 (iki yüz qırx dörd) manat, eləcə də iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 , 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X5 xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşması üzrə 17396.97 (on yeddi min üç yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində kredit borcu, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21202.79 (iyirmi bir min iki yüz iki dollar yetmiş doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulsun. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilsin. Satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 21202.79 (iyirmi bir min iki yüz iki dollar yetmiş doqquz sent) ABŞ dolları borc, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə İddiaçı X5 xeyrinə ödənilsin, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh1 torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini boşaldaraq ən geci bir ay ərzində torpaq sahəsindən və və üzərindəki fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 61 (altmış bir) manat məhkəmə xərclərinin (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı) cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatına görə ümumilikdə 244 (iki yüz qırx dörd) manat məbləğində pul vəsaiti cavabdehlərdən müşdərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-373/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-373/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver